Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akkomodasiya
Akkomadasiya — uyğunlaşma, uyğunlaşdırma. Akkomodasiya (biologiya) Akkomodasiya (dilçilik) == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akkomodasiya (biologiya)
Akkomodasiya — göz billurunun optik qüvəsini dəyişdirməklə cisimlərin əksinin (xəyalının), gözdən olan məsafədən asılı olaraq, tor təbəqədə aydın fokusa gətirilməsi prossesinə deyilir. Akkomodasiya - uyğunlaşma deməkdir. Akkomodasiya zamanı büllurun forması və onun şüanı sındırma qabiliyyəti dəyişir. Əşyaya yaxından baxdıqda büllur qabardığı üçün əşyanın müxtəlif nahiyələrindən gələn şüalar torlu qişada birləşir.
Akkomodasiya (dilçilik)
Akkomodasiya və ya samitlərlə saitlərin uyuşması — Bu hadisə assimilyasiya hadisəsinə oxşardır. Fərqi isə, bu hadisə saitlərlə samitlər arasında baş verir. Al, əl, ol, öl sözlərində l samiti dörd çalarda tələffüz edilir. Saitin keyfiyyəti samitə təsir edir, onu öz məxrəcinə çəkir. Örtülü-qapalı sözlərdə bu təsir söz əvvəlində də hiss olunur. Bal və bil sözlərində l samiti qalın və incə çalarlığa malik olduğu kimi, sözün əvvəlindəki b samiti də a saitinin təsiri altında, nisbətən, dil arxasında, i saitinin təsiri altında isə dil önündə deyilir.