AD

[ing. Name; ər. إعى ] – əski türkcədən gəlmədir, hal-hazırda çox işlənən və müxtəlif mənalara gələn sözlərdən biridir. Dili-mizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və cansız təbiətdə və kainatda olan hər var olanı tanıyır, bilirik. Adlar və sifətlər bütün var olanların ən mühüm xüsusyyətlərini təşkil edir. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s. ADAPTASİYA – [ing. Adaption; tr. adaptasyon] insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Ümumi mənada fəlsəfədə uyğunlaşma, həmahəng olmağa deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin adaptasiyası. ADƏT [ing. Habit; ər. آدج ]– müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu sosial birliklərin yüz, hətta min illərdən süzülüb gələn köklərə malikdir.
AÇIQLAMA
ADDİTİV
OBASTAN VİKİ
Azər (ad)
Azər — Dünyada daha çox Azərbaycanlılara məxsus kişi adı. Azər Axşam — azərbaycanlı aktyor. Azər Qasımov Azər Qasımov (mətbuat katibi) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov (alim) — Azərbaycan alimi. Azər Məmmədov (yazıçı) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azər Sarıyev — tanınmış Azərbaycan jurnalisti. Azər Kərimov — Azərbaycanlı alim.
Baba (ad)
Baba — Azərbaycanlı kişi adı.
Babək (ad)
Babək — ad. Babək — Azərbaycan və bütövlükdə İran sərkərdəsi.
.ad
.ad — Andorranın internet kodu
Ad
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur Həziyev Bahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971) Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Bahadur Baxşıyev — rentgenoloq-radioloq.
Bahar (ad)
Bahar — Azərbaycanda daha çox işlədilən qız adı və dörd fəsildən biri olan yaz fəsilinin digər adı.
Bayram (ad)
Bayram — Azərbaycan və Türkiyədə çox işlədilən ad və təxəllüs. Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. Bayram Bayramov — Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990) Bayram Apoyev — pedaqoji elmlər namizədi, dekan (2007-ci ildən), dosent. Bayram Salmanov — azərbaycan əsilli Rusiya rəssamı Bayram bəy Əliyev — Bayram xan Baharlı — Bayram Niyazi Kiçikxanlı — Bayram Hacıyev — Bayram Hüseynli — Bayram xoca — Bayram Allahverdiyev — Bayram Rüstəmov — Bayram Yusifov — Tofiq Bayram — Azərbaycan şairi.
Bəxtiyar (ad)
Bəxtiyar — Azərbaycanlı kişi adı. Bəxtiyar Vahabzadə — Azərbaycan şairi. Bəxtiyar Siracov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. Bəxtiyar Yaqubov — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar İskəndərzadə — kikboksinq üzrə ikiqat dünya çempionu. Bəxtiyar Nəbiyev (general-mayor) — Lotu Bəxtiyar — qanuni oğru.
Cavanşir (ad)
Cavanşir — Azərbaycanda daha çox işlədilən kişi adı və təxəllüs. Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Cavanşir Quliyev — tanınmış Azərbaycan bəstəkarı. Cavanşir Məmmədov Cavanşir Məmmədov (siyasətçi) Cavanşir Məmmədov (general) Cavanşir Məmmədov (rejissor) Cavanşir Zeynallı — Müğənni. Cazmen. Aktyor. Cavanşir Hadıyev — Azərbaycan aktyorları Cavanşir Axundov — Azərbaycanın İran İslam Respublikasındakı səfiri, Tarix elmləri namizədi. Cavanşir Nağıyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Cek (ad)
Cek — ad. Cek London — ABŞ yazıçısı. Cek Kilbi — Amerikalı elektrik mühəndisi.
Cessi (ad)
Cessi — ad.
Cəbrayıl (ad)
Cəbrayıl — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmışlar Cəbrayıl Əsgərov — şəhid. Cəbrayıl Rzaquliyev — Azərbaycan jurnalisti, ensiklоpedist-lüğətşünas, tərcüməçi. Cəbrayıl Vəliyev — iqtisadiyyat üzrə fəlsəfə doktoru. Cəbrayıl Əzimov — Azərbaycanın kino rəssamı. Cəbrayıl Həsənov — azərbaycanlı güləşçi. Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası. Cəbrayıl Cəbrayılov — şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri.
Cəmilə (ad)
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Damla (ad)
Damla — ad. Damla (müğənni) — Azərbaycanlı müğənni, aktrisa. Damla Debre — Türk teleserial aktrisası. Damla Colbay — Türk aktrisası. Damla Sönməz — Türkiyə aktrisası.
Davud (ad)
Davud — Kişi adı. Davud (David) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Davud Danişdust — İran futbolçusu, müdafiəçi. Davud Məlikov — dəri zöhrəvi həkimi. Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu. Davud Dəmirli — Azərbaycan yazıçısı.
Diva (ad)
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçi. Diva Universal — ilk növbədə qadın auditoriyasına yönəlmiş serialların və verilişlərin yayımında ixtisaslaşan əyləncəli televiziya kanalı. Diva Zappa — amerika rəssamı. Frenk Zappanın kiçik qızı.
Domen ad
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Elisa (ad)
Elisa — Finikiya mənşəli qadın adıdır. Əfsanəyə görə ilk Karfagen kraliçasının adı olub. Bəzən Elisabet və ya Bibliyada adı çəkilən Elizabet adının qısaldılmış forması kimi qəbul olunur. Elissa, Eliza, Lisa, Elsa, Elişa adları Elisa adına qohum adlar hesab olunur.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elxan (ad)
Elxan — Kişi adı. Elxan — Elxanilər dövlətinin banisi Hülaku xana Arıq Buğaya qalib gəldikdən sonra verdiyi titul. Elxan Əliquluzadə — Azərbaycanlı ağır atlet. Elxan Süleymanov — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri. Elxan Cəfərov — Azərbaycan aktyoru və rejissoru Elxan Cəfərov (alim) — Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Elçin (ad)
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Faiq (ad)
Füzuli (ad)
Füzuli — Azərbaycanda daha çox işlədilən kişi adı. Füzuli — görkəmli Azərbaycan şairi. Füzuli Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Füzuli Hüseynov — Aktyor, Əməkdar artist. Füzuli Məmmədov Füzuli Məmmədov (aktyor) — Aktyor. Füzuli Məmmədov (iş adamı) — İş adamı. Füzuli Məmmədov (futbolçu) — Futbolçu. Füzuli Ramazanoğlu — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı Füzuli Sabiroğlu — ssenari müəllifi, rejissor Füzuli İsmayılov — televiziya aparıcısı, İctimai Televiziyada Analitik proqramlar departamentinin direktoru. Füzuli Ələkbərov — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.
Fərhad (ad)
Fərhad — Azərbaycanda geniş yayılmış kişi adı. Fərhad Ağayev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağazadə — Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Bədəlbəyli — pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı Fərhad Əhmədbəyli — Azərbaycanlı geoloq; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor. Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001–2005). Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fərhad xan Qaramanlı — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı Fərhad Xəlilov — Azərbaycan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad İsrafilov — Azərbaycan aktyoru. Fərhad Kərimov — azərbaycanlı hərbi jurnalist və teleoperator. Fərhad Yusifov — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Azadlıq adasında (film, 1967)
Azadlıq adasında filmi rejissor Tofiq Sultanov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Kuba adasında keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüyünə həsr olunmuşdur. Film Kuba adasında keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüyünə həsr olunmuşdur. Filmdə Kubanın əməkçi xalqı haqqında geniş söhbət açılır. Nümayəndə heyətimizin uşaq bağçasına və Havana tütün fabrikinə getmələri, burada qonaqların mehribanlıqla qarşılanmaları, xalqlarımız arasındakı dostluq və həmrəylik öz əksini tapmışdır.
Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
Azadlıq adasının elçiləri Azərbaycanda qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunub. Film Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunmuşdur.
Aziak adası
Aziak adası (ing. Aziak Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Böyük Sitkin adasından cənubda yerləşir. 1,8 km uzunluğa malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Aleut dilində ha-azax sözündən törəmişdir, tərcümədə "on" deməkdir. Adanın maksimal hündürlüyü 117 metrdir.
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor adaları zəlzələsi (1980)
Azor adaları zəlzələsi (1980) — Portuqaliyanın Azor adalarında 1 yanvar 1980-ci ildə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 41 nəfər ölmüş, 600 nəfər yaralanmış, Terseyra və San Corci adalarında böyük dağıntılar baş vermişdir. Rixter şkalasına görə 7.2 bal gücündə olan zəlzələ Piko və Fayal adalarına da zərər vermişdir. Bu zəlzələ tektonik zonada yaranmışdır. Zəlzələ səbəbi ilə dövrün Portuqaliya prezidenti Ramalyu Eaniş ölkədə 3 günlük matəm elan etmişdir. Portuqaliya Hava Qüvvələri tərəfindən başladılan xilas işlərinə daha sonra başqa qurumlar qatıldı. Zəlzələ 1950-ci ildən sonra Azor adalarında baş vermiş ən güclü zəlzələdir. Vulkanik mənşəli olan Azor adaları tektonik bir zonada yerləşir.
Azor adası
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azərbaycan SSR fəxri adlarının siyahıları
Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçilərinin siyahısı
Azərbaycan adına bələdiyyə məktəbi (Braziliya)
Azərbaycan adına bələdiyyə məktəbi — Braziliyanın patraxtı Rio-de-Janeyroda yerləşən bələdiyyə məktəbi. Braziliyanın paytaxtı Rio-de-Janeyronun da şəhər bələdiyyəsinin üzvü Joao Ribaş parlamentə məktəbə Azərbaycan adının verilməsini təklif edib. Bu təklif parlamentdə böyük səs çoxluğu ilə qəbul olunub. Həmin təhsil müəssisəsi 2016-cı ilin yanvar ayəndan Azərbaycanın adını daşıyır. Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada V–XI siniflərdə 700-dən artıq şagird təhsil alır. Sinif otaqlarında Azərbaycana dair kitablar, Azərbaycana həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər şagirdlərə təqdim edilir. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı var. Həmin otaqda bu qəbildən uşaqlar üçün xüsusi dərslər keçirilir, onların əl işləri təqdim olunur. Təhsil müəssisəsinin direktoru Fabio Minionidir.
Azərbaycan iri addımlarla addımlayır (film, 1979)
Azərbaycan iri addımlarla addımlayır filmi rejissor Vasif Babayev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında sənədli film bütün 4 münsiflər heyətinin Xüsusi Prizinə layiq görülmüşdür.
Açinkinkan adası
Açinkinkan adası (rus. Ачинкинкан, çuk. Эчъынкпикэн) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Senyavin boğazında, Pekneqney buxtası, Çukot yarımadasının cənub-şərqində yerləşir. çuk. Эчъынкпикэн çukot dilindən tərçümədə — "kök" mənasını verir. Bu isə yaxınlığında yerləşən Merkinkan adasına nisbətə görə adlandırılmışdır — "Cılız". İlk dəfə 1828-ci ildə Fyodor Litke tərəfindən Orlov adası olaraq xəritəyə salınmışdır. Adada 1,3 min berinq qarabatdağı, iri qağayı, sakit okean təmizçisi kimi quşlar yuva qurur.
Ağ adam (film, 2004)
Ağ adam filmi rejissor Rafiq Dadaşov tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Azərbaycanda onların ən nümayəndəsi şair, tərcüməçi; "Səməd Vurğun medalı" laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvilidir. Film şairin həyat və yaradıcılığından bəhs edir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Azərbaycanda onların ən nümayəndəsi şair, tərcüməçi; "Səməd Vurğun medalı" laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvili dir. Film şairin həyat və yaradıcılığından bəhs edir. Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir.
Ağ adam (film, 2016)
Ağ adam qısametrajlı sənədli televiziya filmi rejissor Orxan Hüseynli tərəfindən 2016-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.
Ağ adası (Şpitsbergen)
Ağ adası (norv. Edgeøya) — Şpitsbergen arxipelaqının şimal-şərqində yerləşən, yaşayışı olmayaq ada. Arxipelaqın sahəsinə görə 5-ci adasıdır. Sahəsi 682 km² təşkil edir. Üstəlik Norveçin ucqar şərq nöqtəsidir. Ondan 82 km şərqdə Rusiyaya məxsus olan Viktoriya adası yerləşir. Adada avtomatik meteoroloji stansiya fəaliyyət göstərir. Burada ancaq buzqıran gəmilərlə gəlmək mümkündür. Təyyarələrin uçuşuna isə qadağa qoyulmuşdur. Ada buzlaq örtüyünə sahibdir.
Ağ ciyər adenomatozu
Ağ ciyər adenomatozu – qoyunlarda, bəzən keçilərdə və s. heyvanlarda ləng inkişaf edən infeksion xəstəlik. Ağ ciyərdə şiş əmələ gəlməsi ilə xarakterizə olunur. İlk dəfə 1825-ci ildə Cənubi Afrikada təsvir edilmiş, 1894-cü ildə isə Ağ ciyər adenomatozu adı ilə Böyük Britaniyada qeydə alınmışdır. Avstraliyadan başqa bütün qitələrdə məlumdur. Yoluxma mənbəyi xəstə heyvanlardır. İnkubasiya dövrü bir neçə ildir, çox vaxt 4–9 ay çəkir. Diaqnoz klinik əlamətlərə görə qoyulur məsələn tənəffüs zamanı fitə bənzər səslərin çıxması, burundan çoxlu ifrazatın axması və s. laboratoriya üsulu və patoloji anatomik yarma ilə təsdiq olunur. Müalicəsi işlənilməmişdir.
Ağ kətandakı adam (film, 2000)
Ağ kətandakı adam tammetrajlı sənədli film rejissor Şamil Nəcəfzadə tərəfindən 2000-ci ildə çəkilmişdir. Film Simurq kinostudiyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağabaş (İrəvan kənd adı)
Ağabaş-İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ağabaş — 1590-cı ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş — əkin yeri sözündəndir. Ermənistanda ağ və ağa sözləri ilə başlayan çoxlu yaşayış məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə ağa formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə qardaş) sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdilər. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar.
Ağdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
BES adaları
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Babilin Ən Varlı Adamı
Babilin ən varlı adamı, Corc S. Cleyon-un 1926-cı il kitabıdır ki, bu, Qədim Babildə 4000 il əvvəl təyin olunan məsəllər toplusu vasitəsilə maliyyə tövsiyələrini bölüşdürən bir kitabdır. Kitab məsəllərin ilkin nəşrindən təxminən bir əsr sonra çapda qalır və şəxsi maliyyə məsləhətlərinin klassiki kimi qəbul edilir. Nümunələri "Babilin ən zəngin adamı" olmuş kasıb mirzə Arkad adlı uydurma Babil personajı danışır. Arkadın məsləhətlərinə "Yeddi Müalicə" (yaxud pul və sərvət yaratmaq yolları) və "Qızılın Beş Qanunu" (yaxud sərvəti necə qorumaq və investisiya etmək) daxildir. Arkadın məsləhətlərinin əsas hissəsi "əvvəlcə özünüzə ödəyin", "öz imkanlarınız daxilində yaşamaq", "bildiyinizə sərmayə qoymaq", "uzunmüddətli qənaət" və "ev sahibi olmaq"dır. Məzmun 1920-24-cü illərdə ABŞ bankları və sığorta şirkətləri tərəfindən paylanmış bir sıra broşürlərdəndir; broşuralar bir-birinə bağlandı və 1926-cı ildə kitab şəklində nəşr olundu. Kitaba tez-tez şəxsi maliyyə məsləhətlərinin klassiki kimi istinad edilir, və şəxsi maliyyə məsləhətləri və sərvətlərin idarə edilməsi ilə bağlı müasir tövsiyə olunan oxu siyahılarında görünür. Satılan 2 milyon nüsxə ilə ilk nəşrindən təxminən 90 il sonra çap edin. Klason özü 1930-cu ildə "Babilin Ən Zəngin Adamı və Digər Hekayələr" adlı illüstrasiyalı cildli nəşri nəşr etdirdi və bu nəşr indi 1250 ABŞ dollarına satılır. Kitabın qeyri-adi quruluşu məsəllər haqqında əlavə müzakirələr və anlayışlar təmin edən bir çox müasir törəmə əsərlərə ilham verdi.
Babur adına Oş Dövlət Akademik Özbək Musiqi və Dram Teatrı
Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı (rus. Ошский Государственный академический узбекский музыкально-драматический театр имени Бабура) — Qırğızıstanda ən qədim peşəkar teatr, Mərkəzi Asiyada ikinci qədim teatr. 1914-cü ildə Rahmonberdi Madazimovun rəhbərliyi ilə Oş yerli məktəb müəllimi Baltyhodzha Sultanov ilə teatr dərnəyi yaradılmışdır. 1918-ci ildə Oş vilayətində Rahmonberdi Madazimov rəhbərliyi ilə digər maarif rəhbərləri və müəllimlər Ibrohim Musaboev, Beknazar Nəzərov, Zhurahon Zaynobiddinov, Nazirhan Kamolov, A.Saidov, A.Eshonhonov, Abdukodir Iskhokov, Isroiljon İsmoilov, Cəlil Sobitov tərəfindən Türküstan cəbhəsində İnqilab Əsgəri Şura konsert briqadası əsasında Qırğızıstanda ilk dəfə həvəskar teatr dərnəyi təsis edildi. Rahmonberdi Madazimov teatr qrupunun ilk bədii rəhbəri, Qırğızıstanda isə teatr hərəkatının ilk təsisçisi və təşkilatçısı idi. 1919-cu ildə teatr dərnəyi drama truppası yaradılmışdır. Bu teatr truppası yalnız teatr sənətinin inkişafına deyil, həm də Qırğızıstanın cənubunda peşəkar musiqi sənətinin inkişafına xidmət etmişdir. Teatr truppasının repertuarında istehsaldan əlavə çoxsaylı konsertlər olmuşdur, həmçinin peşəkar musiqiçilərin meydana gəlməsinə qatqı təmin tamaşaların musiqi müşayiəti xalq melodiyalarının emal ilə həyata keçirilir. Gələcəkdə bu teatr truppası Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının yaradılması üçün əsas oldu. Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı Daşkənddə Həmzə adına Özbəkistan milli akademik dram teatrından (1913–27 fevral 1914 ildə yaradılmışdır) sonra Mərkəzi Asiyada ən qədim teatr hesab edilir.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Babuşkin adası
Babuşkin adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 40 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Çaev körfəzinin akvatoriyasına aiddir. 1930-cu ildə Otto Şmidt və Vladimir Vizenijn rəhbərliyi altında "Qeorqi Sedov" gəmisində təşkil olunmuş ekspedisiyada iştirak etmiş, sovet təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Mixail Babuşkinin şərəfinə adlandırılmışdır.

Digər lüğətlərdə