Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nausithoe albatrossi
Nausithoe albatrossi (lat. Nausithoe albatrossi) — nausithoe cinsinə aid heyvan növü.
Albatros
Albatros (lat. Diomedea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin fırtınaquşukimilər dəstəsinin albatroslar fəsiləsinə aid heyvan cinsi.
Albatros silsiləsi
Albatros silsiləsi — Sakit okeannın şərqində Yaylaya bənzər okean altı qalxma. Ekvatordan başlayaraq Kaliforniya körfəzinə qədər uzanır. Onun uzunluğu 2500 km təşkil edir. Eni 1000 km, su səthindən dərinliyi 1500–1000 arasında dəyişir. Dərinliyi 3357–3871 metr təşkil edir. Albatros silsiləsinin bəzi hissələri səthə çıxaraq Revilya-Xixedo, Klipperton və sualtı dayazlıqlar əmələ gətirir. Silsilə öz adını "Albatros" gəmisinin şərəfinə adlandırılıb. Gəmidən 1888–1905 illərdə Sakit okeanın sualtı tətqiqatları zamanı iştirak etmişdir.
Aero L-39 Albatros
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.