Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amatory
Amatory — Rusiya metal musiqi qrupu. == Haqqında == Əsl adı "[AMATORY]" olan qrup Rusiyanın məşhur alternativ metal qruplarından biridir. 2001-ci ildə Sankt Peterburqda yaradılıb. 2005-ci ildə isə Rock Alternative Music Prize ilinin qalibi adına sahib olmuşlar. Və həmən ildə Rock Alternative Music Prize tərəfindən "Çyorno-belıe dni" (rus. Черно-белые дни) adlı mahnılarına klip çəkdirildi. 2006-cı il 13 oktyabrda buraxdıqları "Kniqa myortvıx" (rus. Книга мертвых) albomlarından sonra qrup Rusiyanın şəhərlərində və bir sıra ölkələrdə konsertlər verib. 2007-ci ildə "Amatory"nin "Live Tour Evil" dvd-si satışa buraxılır. Dvd qrupun kliplərindən və müxtəlif konsertlərindən ibarətdir.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Amadori qruplaşması
Amadori qruplaşması- aldozun N-glikozidlərinin 1-amino-1-deoksiketozaya izomerləşməsidir. İtalyan kimyaçısı Mario Amadori [de] tərəfindən kəşf edilmişdir. Amadori qruplaşması turşular tərəfindən kataliz edilir və aldiminlərin aralıq birləşmə əmələ gələrkən yaranır.Bu zaman N-qlikozid 1-in piranoz tsiklinin açılması zamanı əmələ gələn və iminin 3-dən 2-hidroksienaminin (və ya ekvivalent olaraq, 2-aminoenol) 4 turşu katalizli tautomerləşməsindən əldə edilir. Öz növbəsində 1-amino-1-deoksiketoza 5 2-oksoaminə - tautomerləşir: Amadori qruplaşması eləcə də, qliserindehiddən alınan əsaslar üçün də xarakterikdir: R-CH(OH)CHO + R'NH2 → {\displaystyle \to } R-CH(OH)CH=NR' + H2O R-CH(OH)CH=NR' → {\displaystyle \to } R-COCH2NHR'Birincil aromatik aminlərin N-glikozidləri daha asanlıqla qruplaşır; Amadori qruplaşması da birinci və ikinci alifatik aminlərin qlikozil törəmələri halında baş verir. Amadori qruplaşması karbohidrogenlər kimyasında aldozları ketoza çevirmək üçün istifadə olunur, bu məqsədlə ketozdan və birinci aminlərdən alınan 1-amino-1-deoksiketozlar azot turşusunun təsiriylə zərərsizləşdirilir; məsələn, fruktoza qlükozadan sintez edilə bilər. Amadori qruplaşması həm də aldozlarla amin turşuları arasındakı Mayyar reaksiyasının ilk mərhələsidir ki, bu da yemək hazırlığı zamanı tünd rəngli qidaların (melanoidinlər) əmələ gəlməsinə səbəb olur. Ketoz təsiri altında N-glikozid ketozlar, analoji olaraq 2-amino-2-deoksialaldozlarda (yenidən qruplaşma Amadori və ya Hayans qruplaşması) oxşar bir mexanizm ilə yenidən qruplaşır. == Mənbə == О. А. Реутов, А. Л. Курц, К. П. Бутин Органическая химия в 4-х частях, Изд.: «БИНОМ. Лабораторя знаний», М., 2004. Ли Дж. Дж.
Yelena Amato
Yelena Amato (5 noyabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Amato İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Amador qraflığı (Kaliforniya)
Amador — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 38,091 nəfər olmuşdur. Mərkəzi Cekson şəhəridir.
Alber Jan Amato
Alber Jan Amato (türk. Albert Jean Amateau; 20 aprel 1889, Milas[d], Muğla ili – 9 fevral 1996, Santa-Roza[d], Kaliforniya) — əslən Türkiyədən olan ABŞ ravvini, biznesmeni, hüquqşünası və ictimai xadimi. O, erməni soyqırımını inkar edənlərdəndir. == Həyatı == Alber Jan Amato 20 aprel 1889-cu ildə Osmanlı imperiyasının Milas şəhərində (indiki Türkiyə) səfərad yəhudisi ailəsində anadan olmuşdur. O, Türkiyənin İzmir şəhərində Amerika Beynəlxalq Kollecində oxumuşdur. Amato 1908-ci il "Gənc türklər" inqilabından sonra hərbi xidmətdən yayınmaq üçün 1910-cu ildə ABŞ-yə mühacirət etmişdir.O, erməni soyqırımını andiçmə bəyanatı ilə inkar etmiş, ABŞ Senatında senator Robert Dol tərəfindən təqdim edilmiş sözügedən soyqırımın tanınması ilə bağlı qətnamənin təsdiqlənməsinə qarşı çıxmışdır.Amato 1996-cı ildə 106 yaşında vəfat etmişdir.