Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amoun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amur
Amur çayı — Rusiyada çay
Rabab Aşour
Amor caecus
Amor caecus — latın dilində məşhur ifadə "sevgi kordur" ya "eşqin közü kordur", sevən, eşqə düşən insanın gözü kor olar mənasını daşıyır. Buna bənzər ifadə azərb. "Sən ona Məcnunun gözlərilə bax"‎, rus dilində isə rus. "Любовь зла, полюбишь и козла" — sevgi kordur, keçini də sevə bilərsən və s.
Amor fati
Amor fati — latınca tale sevgisi və ya birinin taleyinə duyduğu sevgi kimi tərcümə olunan ifadə. Bu ifadənin özündə ehtiva etdiyi yanaşma tərzinə əsasən həyatda insanın başına gələn hər bir şey, hətta iztirab və itki belə mühüm əhəmiyyət daşıyır. Amor fati Nitsşenin ədəbi təkrarlanma adı verilən konsepsiyası ilə bağlıdır. Onun fikrincə, hər şey sonsuz bir zaman müddətində sonsuz sayda yenidən təkrarlanır. Buradan da o, özünə ucsuz-bucaqsız zaman ərzində eyni həyatı olduğu kimi təkrar-təkrar yenidən yaşamaq arzusunu aşılayır (...bu əbədi təsdiqlənmədən və damğadan başqa heç nəyi belə atəşli dərəcədə arzulamamaq). == Nitsşe == Amor fati konsepsiyası Epiktetin adı, eləcə də Mark Avrelinin yazıları ilə (o, latınca yox, yunanca yazdığından yazılarında bu sözləri işlətməmişdi) əlaqələndirilsə də, ən geniş ifadəsini Nitsşedə tapdı. Tale sevgisi onun fəlsəfəsinin mərkəzində yer alırdı. O, "Ecce Homo" əsərinin "Niyə belə ağıllıyam?" adlı 10-cu hissəsində belə yazır: Bu ifadəyə Nitsşenin başqa əsərlərində də rast gəlinir. "Şən elm" əsərinin 276-cı hissəsində o, həyata olan ümumi münasibətini belə ifadə edir: Nitsşe "hə" deyən ifadəsini hər hansı siyasi və ya sosial vəziyyətlə bağlı işlətmir. O, burada xoşagəlməz reallığı qəbul edə bilən insana istinad edir.
Amur (mifologiya)
Amur — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
Amur məxmərağacı — Sədokimilər fəsiləsinə aid bitki. == Ümumi yayılması == Çində və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. == Coğrafiyası == Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Amur çayı
Amur çayı (çin. 黑龍江, rus. Амур) — Uzaq şərq və Şimali Asiya ərazisindən axan çay. Çay Rusiya və Çin sərhədi boyunca axır. Onun uzunluğu 2824 metr təşkil edir. Çay Oxot dənizi və Yapon dənizinə tökülür. == Adı == Çayın adı tunqus-mancur dillərində "amar", "damur" olaraq "böyük çay" mənasında işlədilir. Çinlilər Amuru "Xeyxe" (çin. 黑河) — "qara çay", sonra isə "Xeylunszyan" — (çin. 黑龙江) "Qara əjdaha çayı" adlandlrmışlar.
Amur üzümü
Vitis amurensis (lat. Vitis amurensis) — Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir. == Botaniki təsviri == Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir.
Qara amur
Qara amur və ya Çin külməsi (lat. Mylopharyngodon piceus) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. == Təsvir == Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmcinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır.
Aleksis Amor
Aleksis Amor (29 dekabr 1978, Lima) — Peru əsilli amerikalı porno ulduz və model.
Amur kirpisi
Amur kirpisi — Amur kirpisi (Erinaceus amurensis), həmçinin Mançuriya kirpisi də adlanır, daha açıq rəngli olsa da, görünüşü və davranışı ilə Avropa kirpisinə bənzəyən kirpidir. Digər kirpilər kimi, ov axtararkən qoxu və eşitmə duyğusundan istifadə edir və "kirpi" adı yem axtararkən etdiyi donuza bənzər homurtulara aiddir. == Təsviri == Bu kirpi Avropa kirpisi ilə yaxından əlaqəlidir və ondan bir qədər böyük və daha açıq rəngdədir, baş və bədən uzunluğu 160 ilə 290 mm (6 və 11 düym) arasındadır və çox qısa quyruğu var. Çəkisi 600 ilə 1000 q (21 və 35 unsiya) arasındadır. Baş, arxa və yanlar uzun, iti tikanlarla örtülmüşdür. Bunlar iki fərqli rəngdədir; bəziləri düz ağdır; digərlərinin ağ və ya sarımtıl-qəhvəyi əsası və ucu, mərkəzi hissəsi isə ortadan tünd qəhvəyi rəngə malikdir və heyvana tamamilə solğun, qəhvəyi-boz rəng verir. Başındakı tüklər bir-birindən çılpaq dərinin ensiz zolaqları ilə ayrılır. Keratinlə örtülmüş tüklər möhkəmdir ki, qırılmasın və yıxılmasın. Bu onurğalar təhlükə zamanı müdafiə mexanizmi kimi istifadə olunur. Kirpi qıvrılaraq topa çevrilir, burada onların tükləri çölə baxır və üzü/başı içəriyə bükülür.