AMORAL
AMORFİZM
OBASTAN VİKİ
Amorf cümlə
Amorf cümlə — Cümlənin adi, kanonik (müəyyən dil üçün məqbul sayılan) üzvlərinə görə bölünə bilməməsi.
Amorf dillər
Amorf dillər — Sözdəyişdirici şəkilçiləri olmayan dillərdir ki, belə dillərdə qrammatik mənalar ya yanaşma əlaqəsi, ya da köməkçi sözlər vasitəsilə ifadə olunur. Məs.: çin dili. Sözün tam mənasında amorf dil yoxdur.
Amorf hal
Amorf hal (A.h)-(yun. amorphos-formasız) maddənin qeyri-kristal quruluşlu bərk halı olub, xassələrin izotropluğu və ərimə nöqtəsinin olmaması ilə xarakterizə olunur. İzotropluq, yəni onların bütün fiziki xassələri (mexaniki, istilik, elektrik, optik və s. xassələri) təbii şəraitdə kristallarınkından fərqli olaraq, maddə daxilində hər hansı istiqamətdə eynidir (bax. Anizotropluq). Temperaturun yüksəlməsi zamanı amorf maddə yumşalır və maye hala tədricən keçir. Bu xüsusiyyət, atom, molekul, ion və onların qruplarının yüz və min period davamında kristallardaki kimi ciddi periodikliyin A.h.-dakı maddələrdə olmaması ilə əlaqədardır. Eyni zamanda A.h.-da maddələrdə qonşu zərrəciklərin yerləşməsində (n.d. yaxın düzülüş, şək., b) uyğunlaşma mövcuddur. Məsafənin böyüməsilə bu uyğunlaşma kiçilir və qəfəs sabitinin bir neçə mislinə bərabər məsafədə itir (bax.
Amorf metallar
Amorf metallar (A.m)-qeyri-kristallik bərk metallar və onların ərintiləridir. Metal (və qeyri-metal) maddələrin amorfluğu təcrübi olaraq kristallar üçün xarakter olan nümunələrin rentgen-, neytron- və elektronoqramlarında difraksiya maksimumlarının olması ilə müəyyən olunur. A.m.-ın əsas alınma üsulları bunlardır: 1) maye ərintinin sürətlə soyudulması (q ≥ {\displaystyle \geq } 105−106 К/с sürətilə); alınan amorf ərinti metallik şüşə adlanır; 2) soyuq altlıqda A.m.-ın nazik təbəqəsi alınana kimi buxarın kondensasiyası və ya atomların tozlandırılması; 3) elektrokimyəvi çökdürmə; 4) kristallik metalları ion və ya neytronların intensiv axını ilə şüalandırma. A.m.-kristallizasiya prosesinə nisbətən termodinamik dayanıqsız metastabil sistemlərdir; onların mövcudluğu yalnız aşağı temperaturlarda kinetik proseslərin astalığı ilə əlaqədardır. Amorflaşdırıcı aşqarların mövcudluğu A.m.-in stabilləşməsinə kömək edir. Təmiz metallardan alınan amorf nazik təbəqələr ərintidən alınanlardan daha az stabildir, təmiz metallardan metallik şüşələrin alınması üçün isə yüksək sürətli soyutma tələb olunur (~1010 К/с). İlk dəfə 1960-cı ildə alınmış metallik şüşələr daha çox maraqlıdır. Metallik şüşələrin əsas sinifləri: М1-х Yх — sistemlərи, М — keçid və ya təsirsiz metal, Y-amorflayıcı qeyri-metal və keçid metallarının və ya digər metalların ərintiləri. Tərkiblərin müəyyən intervalında [1–3] metallik şüşələrin əksəriyyəti nadir mexaniki, maqnit və kimyəvi xassələrə malikdir. Bir sıra metallik şüşələrin axıcılıq və şəffaflıq sərhəddi çox yüksəkdir və nəzəri sərhədə yaxındır.
Amorf yarımkeçiricilər
Amorf yarımkeçiricilər (A.y) — amorf maddə olub, yarımkeçirici xassələrinə malikdirlər. A.y.-kovalent A.y.-ə (Ge və Si, GaAs və s. amorf halında), halkogenid şüşələrə (məs., As31 Ge30 Se21 Те18), oksid şüşələrinə (məs., В2О5-P2О5) və dielektrik nazik təbəqələrə (SiOх, AL2О3, Si3 Н4 və s.) ayrılır. A.y.-nə yüksək leqirlənmiş kompensə edilmiş yarımkeçirici kimi də baxmaq olar ki, onun keçiricilik zonasının "dibi" və valent zonasının "tavanı" enib-qalxır, lakin bu dəyişmə (fluktuasiya) qadağan olunmuş zonanın eni ε {\displaystyle \varepsilon } D tərtibindədir. Keçiricilik zonasındakı elektronlar və valent zonasındakı deşiklər hündür çəpərlərlə ayrılmış potensial relyefin çuxurlarında yerləşən "damcılara" ayrılır. Aşağı temperaturlarda elektrik keçiriciliyi sıçrayışlı xarakter daşıyır. Daha yüksək temperaturlarda A.y.-in elektrik keçiriciliyi elektronların delokallaşmış hal oblastına istiliklə ötürülməsi ilə əlaqədardır. A.y. bir sıra nadir xassələrə malikdirlər ki, bu da onların müxtəlif praktiki tətbiqi üçün imkanlar yaradır. Halkogenid şüşələr spektrin İQ oblastındakı şəffaflığına, yüksək müqavimətinə və fotohəssaslığına görə ötürücü televiziya borularının elektrofotoqrafik lövhələrinin hazırlanması üçün və holoqram yazılarında tətbiq olunur.
Amorfa
Amorfa (lat. Amorpha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Dekorativ məqsədlə yaşıllaşdırmada geniş istifadə olunur. Cavan zoğlarından göy boya hazırlanır. Efir yağlı bitkidir. Meyvələrində efir yağı daha çoxdur (1%-dən çox). Yarpaqlarında 0,05-0,08%-ə qədər yağ vardır. == Azərbaycanda yayılması == Azərbaycanda kolvari amorfa növü mədəni halda becərilir. == Sinonimləri == === Heterotipik sinonimləri === Bonafidia Neck. Monosemeion Raf.
Kaliforniya amorfası
Kaliforniya amorfası (lat. Amorpha californica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü. == Təbii yayılması == Növün arealı Meksikanın şimalı, Kaliforniya, Arizona, Yeni Meksikadır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m-ə çatan sıx budaqlı koldur. Zoğları, salxımın oxları, yarpaqların saplaqları və xırda yarpaqların aşağı hissəsinin damarcıqları ipəkvari tükcüklərlə örtülmüşdür. Yarpaqların uzunluğu 9-20 sm, 11-17 xırda yarpaqcıqlıdır. Xırda yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,3-4 sm, eni 1,2-2,2 sm, ucu yumru və ya xırda oyuqlu, iynəsiz, enli bünövrəli, üstü parlaq yaşıl, alt tərəfi açıqdır. 2-4 ədəd bənövşəyi çiçəkləri uzunluğu 28 sm-dək olan salxımlarda yerləşir. Kasacığı tükcüklü, üçkünc dişli, onlardan yuxarıda olan ikisi enli və bir az digərlərindən qısadır; yelkənin uzunluğu 5 mm-dir. Paxlaların uzunluğu təxminən 6 mm, qabarıq kürəkli, çılpaq, nöqtəli vəziciklidir.
Kolvari amorfa
Kolvari amorfa (lat. Amorpha fruticosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır.

Digər lüğətlərdə