Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ante Markoviç
Ante Markoviç — sosialist Xorvatiyasının 7-ci prezidenti; Yuqoslaviyanın sonuncu baş naziri Ante Markoviç 25 noyabr 1924-cü ildə Konitsa şəhərində anadan olub. 1954-cü ilə Zaqreb univesitetini bitirmişdir. 1986-1988-ci illərdə sosialist Xorvatiyasının 7-ci prezidenti olmuş, 1989-cu ildə isə Yuqoslaviyanın baş naziri təyin olunmuşdur. 1990-cı ildə Ante Markoviç siyasətdən uzaqlaşaraq biznesə başlamışdır. 2000-ci illərdə Makedoniya hökuməti yanında iqtisadi sahədə məsəhətçi işləmişdir. 2011-ci ilin noyabr ayının 28-də vəfat etmişdir.
Ante Rebiç
Ante Rebiç (xorv. Ante Rebić ; 21 sentyabr 1993, Split) — xorvatiyalı futbolçu, "Beşiktaş" klubunun və Xorvatiya milli komandasının cinah hücumçusu. 2014 Dünya Kubokunun iştirakçısı. 2018 Dünya Çempionatının gümüş mükafatçısı. 2 sentyabr 2023-cu il tarixindən "Beşiktaş" klubunun formasını geyinir.
Ante Paveliç
Ante Paveliç (xorv. Ante Pavelić; 14 iyul 1889[…] – 28 dekabr 1959[…], Madrid) — radikal millətçi cərəyandan olan xorvat siyasi və dövlət xadimi, Ustaş faşist təşkilatının qurucusu və lideri (1929 - 1945 ). 1941-ci ildən 1945-ci ilə qədər o, 1941-ci ilin aprelində Ox ölkələrinin hərbi və siyasi dəstəyi ilə yaradılmış Müstəqil Xorvatiya Dövlətinin (MXD) diktatoru (“Poqlavnik”) olmuşdur. 1915-1929-cu illərdə Xorvatiya Hüquq Partiyasının katibi olmuşdur. Təhsilinə və peşəsinə görə vəkildir. Paveliçin hakimiyyəti illərində MXD ərazisində serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırım və ayrı-seçkilik siyasəti aparılıb, Ustaş rejiminin əleyhdarlarına qarşı da terror həyata keçirilib. Paveliçin rəhbərlik etdiyi rejim İkinci Dünya müharibəsinin sonuna qədər Üçüncü Reyxin sadiq müttəfiqi olaraq qalmış və öz hissələrini SSRİ-yə qarşı müharibəyə də göndərmişdir. 1945-ci ilin mayında MXD-nin dağılması zamanı Paveliç ölkədən qaçmışdır. Avstriya, İtaliya, Argentina, İspaniyada gizlənmişdir. Elə həmin il Yuqoslaviya məhkəməsi tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilmişdir.
Status quo ante bellum
Status quo ante bellum — latın dilində müharibədən əvvəlki vəziyyətin bərpası mənasını verən hüquqi termin. Müqavilələrdə bu termin düşmən qüvvələrin geri çəkilməsi və müharibədən əvvəlki vəziyyətin bərpa olunmasını nəzərdə tutur. Yəni tərəflərdən heç biri ərazi, iqtisadi və siyasi hüquqlar itirmir və ya qazanmır. Bu uti possidetis vəziyyəti ilə əkslik təşkil edir. Həmin halda tərəflər ələ keçirdikləri əraziləri və ya digər mülkiyyəti müharibədən sonra da əllərində saxlayırlar.
ANTV
ANTV — Cənubi Qafqazda vətəndaş jurnalistikasının internet TV sahəsində ilk layihəsidir.
ARTE
ARTE (fr. Association relative à la télé européenne) — Fransa və Almaniyanın ortaq televiziya kanalı Mərkəzi Strasburqda yerləşir. ARTE kanalı Avropanın əksər ölkələrində 14 fərqli dildə yayımlanır.
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Antep
Qaziantep — Türkiyənin Qaziantep ilinin inzibati mərkəzi.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
ANT
Ant
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar - (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. == Metil-tret-butil efiri == Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7-8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54-55 °C, sıxlığı 0,74 q / sm3- dir. Tədqiqat üsuluna görə oktan ədədi 115-135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Arte (manqa)
Arte (Yapon. アルテ, Hepburn: Arute) — Kei Ohkubo tərəfindən yazılmış Yapon manqa seriyasıdır. O, 2013-cü ilin oktyabr ayından Tokuma Şotenin seinen manqa jurnalı Monthly Comic Zenon-da seriallaşdırılıb. O, on altı tankobon cildində toplanmışdır. Manqa Şimali Amerikada Media Do tərəfindən lisenziyalaşdırılıb. Seven Arcs tərəfindən 2020-ci ilin aprelindən iyun ayına qədər televiziya seriyası yayımlandı. == Mövzu == 16-cı əsrin əvvəllərində İtaliyanın Florensiya şəhərində Arte varlı, lakin iflasa uğramış Spalletti ailəsinin yeganə qızıdır. Uşaqlıqdan Artenin qeyri-adi rəssamlıq istedadı olduğunu sübut etdi, lakin atası öldükdən sonra anası onu sənət sevgisindən əl çəkməyə və mümkün qədər tez evlənmək üçün varlı bir gənc tapmağa məcbur edir. Ancaq Arte xəyallarından əl çəkmir və dövrünün inancının əksinə olaraq, bir gün özünün də ustad rəssam olacağı ümidi ilə birlikdə işləmək üçün ustad rəssam axtarmağa başlayır. Onun güclü qətiyyəti gənc tanınmış rəssam Leonun diqqətini çəkir və nəticədə onu şagirdi kimi qəbul edir.
Anje (rayon)
Anje (fr. Angers) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Men və Luara. Suprefektura — Anje. Rayonun əhalisi 2006-cı ildə 383,063 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 180 adam / kv². Rayon ərazisi — 2127 km².
Anje Tavçar
Anje Tavçar (2 dekabr 1994, Lyüblyana) — Sloveniyalı üzgüçü. Anje Tavçar Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anje Tavçar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.38 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anje Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). == Bioqrafiyası == 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Antye Traue
Antye Traue (alm. Antje Traue‎; 18 yanvar 1981) — alman aktrisa. == Həyatı == Traue keçmiş Qərbi Almaniyanın (ADR) Saksoniya vilayətinin Mitvayda şəhərində anadan olmuşdur. Anası rəqqas və müğənni idi. Traue rus dilində danışaraq böyümüşdür. İngilis və alman dilində axıcı danışır.
Con Fante
Con Fante (ing. John Fante-( 8 aprel 1909- 8 may 1983) italyan əsilli amerikan yazıçı və ssenaristdir. Onun bəlkə də ən məşhur əsəri 1938-85-ci illər arasında çap olunan dörd cildlik romanlarından üçüncüsü olan və Los-Ancelesdəki həyatından bəhs edən yarı-avtobioqrafiq “Tozdan Soruş” romanıdır. == Həyatı == Con immiqrant qızı əslən Çikaqolu amerikan olan Meri Kapolunqo və italyan əsilli immiqrant, Nikol Fantenin övladları olaraq 1909-cu il 8 apreldə Kolorado ştatının Denver şəhərində doğulmuşdur. Fante çox çətin bir uşaqlıq dövrü keçirməsinə baxmayaraq məktəbi bitirə bilir və çox tez bir zamanda işləməyə başlayır. Yoxsulluq vəziyyəti və atası ilə səngimədən davam edən fikir ayrılıqları onu ailəsi ilə yaşadığı Bolderi tərk edib 1930-cu ildə Los-Ancelesə gəlməyə vadar edir. Universitet həyatınındakı uğursuzluq, onu yazıçılığa doğru aparır. Bu illər ərzində ilk hekayələri çap olunur və anası ilə qardaşları da Kaliforniyaya köçürlər. O dövürlərdə Henri Luizin dəstəyi ilə həm də “The American Mercury” və “The Atlantic Monthly” dərgilərinə mütəmadi olaraq məqalələr yazır. 30 yaşlarının başlanğıcında ssenarist kimi Hollivud ilə əməkdaşlığa başlayır.
Dante Aligyeri
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Meridian
Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən qısa xətt meridian adlanır. Meridianlar yarım çevrədir. Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Bütün meridianların uzunluqları eynidir. Onların uzunluğu 20 003,93 km-dir.Beynəlxalq praktikada meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindəki Qrinviç rəsədxanasından keçir. Başlanğıc meridianı, ya da sıfırıncı meridian da deyilir. Xəritədə digər meridianlardan daha qalın göstərilir. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür.
Müridizm
Müridizm — İslamda mənəviyyatın inkişaf yollarını göstərən Təsəvvüf təlimin bir cərəyanı. Qafqazda müridizmin banisi Şeyx Muhamməd bu hərəkatı ləzgilərin arasında Rus İmperyasina qarşı savaşmaq üçün yaradır, lakin sonra bütün Qafqaz xalqların arasında yayılır. Şeyxin üsyanlara rəhbərlik edən iki ən tanınmış tələbəri avar İmam Şamil və ləzgi İmam Qazi Muhamməddir. == Tarixi == === Müridizm və Qafqaz === İslam təsəvvüfünə görə mürid, özünü dinə, yəni İslama təslim edən şəxsə verilən addır. Ancaq Qafqaz xalqlarının dilində mürid sözü təsəvvüflə birlikdə ruslara qarşı savaşmaq anlamında da işlənmişdir. Müridlər uzun illər ruslara qarşı azadlıq mübarizəsi apardıqlarından, bu sözü bir "din döyüşçüsü" kimi də ifadə etmək olar. Müridizm hərəkatına iştirak edən insanların çoxu kəndlilər idi. Bu insanların bir çoxu müridizmin onları azadlığa çıxaracağına və rusları Qafqazdan qovacağına inanırdı. Müridizm əslində Nəqşibəndi təriqətinin mənsubları tərəfindən mənimsənən bir hərəkat idi. Müridlər, hökm etdikləri bütün Qafqaz xalqlarından İslam şəriətinə və peyğəmbərin sünnətinə uyğun yaşamağı tələb edirdilər.
Meridian (coğrafiya)
Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən qısa xətt meridian adlanır. Meridianlar yarım çevrədir. Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Bütün meridianların uzunluqları eynidir. Onların uzunluğu 20 003,93 km-dir.Beynəlxalq praktikada meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindəki Qrinviç rəsədxanasından keçir. Başlanğıc meridianı, ya da sıfırıncı meridian da deyilir. Xəritədə digər meridianlardan daha qalın göstərilir. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür.
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
180-ci meridian
180-ci meridian — Bu meridian Qrinviç meridianının davamını təşkil edir. Meridianın böyük qismi Sakit okean ərazisindən keçir. 180-ci meridian Qrinviç meridianı ilə birlikdə Yer planetini xəyali olaraq Qərb yarımkürəsi və Şərq yarımkürəsinə bölür. Şimal qütbündən şimal qütbünə qədər keçdiyi ərazilər: 180-ci meridianın yaxınlığında yerləşən ərazilər: Hilberta adaları və Feniks adası, Kiribati; Şimal adası və Kermadek, Yeni Zelandiya; Baunti adaları və Çatem arxipelaqı, Yeni Zelandiya.
Meridian qum siçanı
Meridian qum siçanı (lat. Meriones meridianus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Araz boyunca (Naxçıvan MR-də) nadir rast gəlir.
Cəmil Mərdəm Bəy
Cəmil Mərdəm Bəy (ərəb. جميل مردم بك‎; 1893, Dəməşq – 30 mart 1960, Qahirə) — 1936–1939-cu və 1946–1948-ci illərdə Suriyanın baş naziri.
Xəlil Mərdəm Bəy
Xəlil Mərdəm Bəy (ərəb. خليل مردم بك‎; 1 iyul 1895, Dəməşq – 21 iyul 1959, Dəməşq) — Suriya himninin ("Hümat əd-Diyar") sözlərinin müəllifi.