Marqarita Annenskaya
Marqarita Matveyevna Annenskaya (30 iyul 1896, Tiflis – 11 yanvar 1967, Bakı) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1956)
== Səhnə fəaliyyəti ==
Marqarita Annenskaya 30 iyul 1896-cı ildə Tiflisdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildə Tiflis Xalq Teatrında başlamış, sonralar Tiflisin digər teatrlarında işləmiş, Armavir və Tula şəhərlərində çıxış etmişdir. 1930–1937-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Əsas rolları: Panova ("Lyubov Yarovaya", K.Trenyov), Nadejda ("Sonuncular", M. Qorki), Elmira ("Tartüf", J.B. Molyer), Anna Karenina ("Anna Karenina", L. Tolstoy), Oliviya ("On ikinci gecə", U. Şekspir), Mariya Aleksandrovna ("Ailə", İ. Popov), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", V. Rozov), nənə ("Ağaclar ayaq üstə ölür", A. Kasona) və s. M. Annensakayanın yaratdığı obrazlar üçün bütövlük, səmimilik, incə yumor səciyyəvi idi.