Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antifaşist hərəkatı
Antifaşist hərəkatı (it. Antifascismo) - XX əsrin 20-ci illərində Almaniyada Nasional-Sosialist Partiyasına və digər ifrat sağ terrorçu qruplara qarşı meydana gəlmişdir. 1921-ci ildə İtaliyada faşistlərin hücumuna cavab olaraq genişləndi. Antifaşist hərəkatı daha sonra diktatura rejimi yaradılan Macarıstan, Bolqarıstan, Polşada da vüsət aldı. 1923-cü ildə Bolqarıstandakı Sentyabr antifaşist üsyanı digər ölkələrdə ki antifaşist hərəkatının təcrübəsini zənginləşdirdi. Bir müddət sonra antifaşist hərəkatı Polşada Yozef Pilsudski sanasiya rejiminə qarşı genişləndi. 1923-cü ilin mart ayında Frankfurt-Maynda konfrans keçirildi, hərbi təhlükə və faşizmə qarşı K.Setkin, F.Hekkert və Anri Barbüsün başçılığı ilə Beynəlxalq komitə yaradıldı. Antifaşist hərəkatı 1932-ci ildə Antifaşist aksiya adlanan kampaniyanın başlamasıyla ən yüksək mərhələyə çatdı. Antifaşist qüvvələrin səyi nəticəsində 1932-ci ilin sonlarında Almaniyada faşist hərəkatı zəiflədi. Sosial-demokratların liderlərinin kommunistlərlə əməkdaşlıq etməməsindən istifadə edən alman inhisarçıları 1933-cü ilin yanvarında Adolf Hitleri hakimiyyət başına gətirdilər.
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında - İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri. == Avropada Antifaşist müavimət hərəkatında Azərbaycanlıların iştirakı == Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər. === Polşada === Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar. Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".
Makedoniya Qadın Antifaşist Cəbhəsi
Makedoniya Qadın Antifaşist Cəbhəsi (mak. Антифашистички фронт на жените на македонија / Antifašistički front na ženite na Makedonija) — Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi zamanı Yuqoslaviya Makedoniyasında meydana gələn feminizm hərəkatı. Şimali Makedoniyadakı bir neçə müasir feminist təşkilatın təşəbbüskarıdır. Cəbhə işğal altında olan Yuqoslaviyada digər qadın antifaşist cəbhələri ilə birlikdə 1942-ci ildə yaradılmışdır. Bu hərəkatın ən görkəmli siması Veselinka Malinskaya idi ki, o, xalq qurtuluş müharibəsi və Makedoniyanın Qurtuluşu üçün Anti Faşist Məclisinin iştirakçısı idi və onun atası 1903-cü il İlinden üsyanında iştirak etmişdir. Hərəkatın əsas məqsədi qadınlar üçün məktəb təhsilini yaxşılaşdırmaq və qadınların savad səviyyələrini artırmaq idi, çünki o dövrdə savadsızların əksəriyyəti qadınlar idi. İkinci Dünya Müharibəsindən sonra Yunanıstan Vətəndaş Müharibəsi dövründə (1946-1949) digər təşkilatlar kimi bu cəbhə də yunan kral hökuməti tərəfindən “cinayətkar” adlanaraq qadağan edildi.
Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi
Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi (Serb-xorvatcaː Antifašistička fronta žena/SlovencaːProtifašistično fronta žensk) — Yuqoslaviyanın Qadın Antifaşist Cəbhəsi və ya da sadəcə Qadın Antifaşist Cəbhəsi olaraq da bilinirdi. Milli Yuqosloviya qadın antifaşist təşkilatı, Kommunist Partiyası tərəfindən idarə olunan və alman-faşist işğalçılarına qarşı mübarizə aparan xalq azadlıq partizan hərəkatına yardım etmək üçün Yuqoslaviya qadınlarının cəlb olunduğu kütləvi təşkilat. Cəbhə 6 dekabr 1942-ci ildə Bihac Respublikası ərazisindəki Bosanski-Petrovac qəsəbəsində, İlk Milli Qadın Konfransında təsis edilmişdir. Əvvəlcə bu təşkilatı Qadın Antifaşist Təşkilatı adlandırırdılar. Vahid ölkənin müxtəlif regionları üzrə bölmələrin adları fərqlənirdi: Xorvatiyada Xorvatiya Qadın Antifaşist Cəbhəsi; Sloveniyada Qadın Antifaşist Assosiasiyası; Qadın Antifaşist Cəbhəsi və Antifaşist Qadın Cəbhəsi, rəsmi olaraq Sloven Qadın Antifaşist təşkilatı idi. (Sloveniyada Qadın anti-italyan birliyi də fəaliyyət göstərdi) Makedoniyada Makedoniya Qadın Antifaşist Cəbhəsi idi, Serbiyada — Serbiyanın Qadın Antifaşist Cəbhəsi (qərargahı Subotiçada yerləşən Voyevodina Qadın Antifaşist Cəbhəsi də daxil olmaqla) var idi. Yuqoslaviyadakı müharibələrarası illərdə qadınların Balkan cəmiyyətindəki yeri ilə bağlı ənənəvi baxışdan imtina edilməsini müdafiə edən feministlərə dəstək üçün bir sıra hərəkatlar oldu. Xüsusilə, qadınlara seçki hüququ verilməsi və yüksək vəzifələrdə çalışmaq imkanını müdafiə etdilər(1934-cü ildə 2 min mədənçinin arvadı Trbovledəkı tətili dəstəklədi). Polad paktı və tərəfdarlarına qarşı həm ölkə daxilində, həm də xaricdə hər cür şəkildə danışdılar (1935-ci il Zaqrebdə Alman konsulluğunun binası yaxınlığında keçirilən etiraz aksiyasının 5 min iştirakçısı; 1936-cı ildə Avropada barışı dəstəkləyən qadınların 600 min imzası). 1939-cu ildə "Jena danas" (Bu gün qadın) jurnalı qadınlara səsvermə hüququ aksiyasını dəstəklədi.
Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi
Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi (serb-xorv. Антифашистички фронт жена Босне и Херцеговине / Antifašistički front žena Bosne i Hercegovine) — Bosniya və Herseqovina Sosialist Respublikasında mövcud olmuş qadın təşkilatı. Bosniya və Herseqovina Kommunist Partiyasının əmrilə qadınların partizan hərəkatında daha fəal iştirakını təmin etmək üçün 1942-ci ilin fevral ayında yaradıldı. Cəbhənin əsasında 1942-ci ilin dekabr ayında Bosanski Petrovats şəhərində vahid Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi yaradıldı. == Öncəki dövr == İkinci Dünya Müharibəsindən əvvəl Yuqoslaviya əhalisinin əhəmiyyətli hissəsi şəhərlərdə yaşayırdı, lakin qadınların cəmiyyətdəki mövqeyi dəyişmirdi. Xristianlıq ilə İslam arasında faktiki mübarizə mövcud olan Bosniya və Herseqovinada vəziyyət daha da çətin idi. Antropoloq Vera Ştayn Erlixin sözlərinə görə, bir sıra kəndlərdə qız qaçırılması və onlara qarşı təcavüz halları adiləşmişdir, qadınlardan yalnız müəyyən paltarların geyinməsi tələb olunurdu və demək olar ki, dükan və fabriklərdə işləməyə icazə verilmirdi. Çox sayda yerli qadın sakinləri savadsız idilər və müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər.