Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antonim
Antonim (yun. αντί όνομα) — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ - qara, dost - düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək - ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say). Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək - ağza su alıb oturmaq.
Antonimlər
Antonim (yun. αντί όνομα) — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ - qara, dost - düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək - ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say). Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək - ağza su alıb oturmaq.
Antonio
Antonio — Ad. Antonio Krapovikas — Argentina botaniki. Antonio Bertoloni — İtaliya botaniki. Antonio Qramşi — italyan filosof, jurnalist və siyasi xadim; Antonio Kasseze — italyan hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis Antonio Bonfini — İtalyan intibahının nümayəndəsi və şair. Antonio Meuççi — İtalyan alimi Antonio Salyeri — İtalyan əsilli Avstriya bəstəkarı, dirijor və pedaqoq.
Anonim
Anonim (yun. ανώνυμος - adsız, imzasız və ya biimza — müəllifinin adı bəlli olmayan, yaxud göstərilməyən əsər. İmzasız mətn kimi məktub, SMS, şikayət, məlumat ola bilər."Anonim" kimi həm imzasız və ya digər adla imzalanma götürülə bilər. Əsas motiv kimi imzalayan şəxsin qeyri-müəyyənliyi götürülür. Ədəbiyyatda anonim kimi imzası olmayan əsər götürülür. Ləqəb və şərti ad anonim hesab edilmir. Müəllif mürtəce qüvvələrin, senzuranın təqibindən qorunmaq məqsədilə, yaxud bu və ya başqa bir səbəbə görə öz müəllifliyini bildirmək istəmədikdə əsərlərini anonim – adsız, imzasız nəşr etdirməli olur. M. F. Axundzadə istibdad və fanatizm əleyhinə yazılmış "Kəmalüddövlə məktubları" adlı fəlsəfi əsərində müəllifliyini gizlətməyə məcbur olmuşdur. "Molla Nəsrəddin" jurnalında satirik yazıların və miniatürlərin çoxu imzasız dərc edilmişdir. Anonim əsərin müəllifinin müəyyənləşdirilməsi tarixi sənəd və məxəzlərin dərindən araşdırılmasını, əsərin dil və üslubunun müqayisəli təhlil olunmasını tələb edir.
Antoni
Antoni — ad. Mark Antoni — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Antonia Santilli
Antonia Santilli (it. Antonia Santilli; 8 avqust 1949) — italyan aktrisası. == Bioqrafiya == Antonia Santilli 8 avqust 1949-cu ildə İtaliyanın Latina vilayətinin Spiqno-Saturniya şəhərində anadan olub. 1973-cü ildə Roma Sapienza Universitetini bitirib. == Filmoqrafiya == Bokaçço — 1972 Paolinanın yaxşı tərəfi — 1973 İtalyanların Rusiyada ağlasığmaz macəraları — 1973 O və mən — 1973 == Ədəbiyyat == Manlio Gomararasca, Davide Pulici: 99 Donne. Milano, 1999. Manlio Gomararasca, Davide Pulici: Nocturno Dossier n.36: Le sorelle di Venera.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Antonin Dvorjak
Antonin Dvorjak (çex. ; 8 sentyabr 1841[…] – 1 may 1904[…], Praqa, Avstriya-Macarıstan[…]) — çex bəstəkar, musiqidə romantizm cərəyanının təmsilçisi. Onun əsərlərində Moraviya və Bohemiyanın xalq musiqisi motivlərindən, elementlərindən geniş istifadə olunur. O, Bedrjix Smetana ilə birlikdə çex milli musiqi məktəbinin banisi sayılır. Əsas musiqi əsərlərinə "Yeni dünyadan" Simfoniya № 9 (ABŞ-də yazılıb), "Su pərisi" operası, Orkestrli violençel üçün konsert, "Amerika" simli kvarteti, Rekviyem, Stabat Mater və "Slavyan rəqsləri" aid edilir. == Həyatı == Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřich Smetenanın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb. Dvorjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib.
Antonin Panenka
Antonin Panenka (d. 2.12.1948, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Antonio Arroyo
Antonio Arroyo (9 may 1994) — İspaniyalı üzgüçü. Antonio Arroyo İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antonio Arroyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:12.61 saniyəlik nəticəsi ilə 26-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Friç Antonin
Friç Antonin (çex. Antonín Frič; 30 iyul 1832, Praqa, Bohemiya tacı torpaqları[d] – 15 noyabr 1913[…]) — çex zooloqu və paleontoloqu. Çex botaniki, etnoqrafı və tədqiqatçısı Alberto Voytex Friçin dayısı (1882–1940). == Həyatı == Friç Antonin 1832-ci ildə Praqa şəhərində anadan olmuş və burada o, hüquq elmini və sonralar tibb elmini öyrənmişdir. O, 1862-ci ildə tibb elmləri doktoru olmuş, 1862-ci ildən ali texniki məktəbdə, 1863-cü ildən Praqa universitetində mühazirələr oxumağa başlamışdır. Sonralar o, Çexiya Kral muzeyinin paleontologiya və zoologiya bölməsinin direktoru və zoologiya professoru təyin edilmişdir. Antonin Friç 1902-ci ildə London Geologiya Cəmiyyəti tərəfindən elmi nailiyyətlərə görə təsis olunan Layell medalı ilə təltif olunmuşdur. == Əsərləri == "Naturgeschichte der Vögel Europas" (Прага, 1853–1872); "Cephalopoden der böhmischen Kreideformation" (вместе с Шлёнбахом, Прага, 1872); "Geologische Bilder aus der Vorzeit Böhmens" (Прага, 1873); "Reptilien und Fische der böhmischen Kreideformation" (Прага, 1878); "Fauna der Gaskohle und der Kalksteine der Permformation Böhmens" (3 т., Прага, 1879–1896); "Fossile Arthropoden aus der Stenikohlen und Kreideformation Böhmens" (в сочинении Neumayr u. Mojsisovics, "Beitr. z.
Kalia Antoniu
Kalia Antoniu (d. 6 aprel 2000) — Kiprli üzgüçü. Kalia Antoniu Kipri 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == === Avropa Çempionatı === Kalia Antoniu birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.13 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. === Dünya Çempionatı === Kalia Antoniu birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.59 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nerva-Antonin
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
San-Antonio
San-Antonio - əhali sayına görə (1.3 milyon) ABŞ-nin yeddinci, Texas ştatının isə ikinci ən iri şəhəridir.
Antonio Neqri
Antonio "Toni" Neqri (it. Antonio "Toni" Negri; 1 avqust 1933[…], Padova, İtaliya – 16 dekabr 2023, Viljüif, Fransa) — İtaliya siyasi filosofu. O, avtonomizmin ən görkəmli nəzəriyyəçilərindən biri hesab olunur. Neqri həmçinin, "İmperiya" kitabının həmmüəllifliyinə və Spinoza üzərində işinə görə tanınmışdır. Padua şəhərində anadan olmuş, doğulduğu universitetdə siyasi fəlsəfə üzrə professor kimi çalışmışdır. Neqri 1969-cu ildə "İşçi qüvvəsi" qrupunu qurmuş və "İşçilər muxtariyyəti" aparıcı üzvü olmuşdur. O, "inqilabi şüur"a çağıran çox təsirli kitablar nəşr etmişdir. Antonio Neqri 1970-ci illərin sonlarında müxtəlif ittihamlarla, o cümlədən "Qırmızı briqadalar" solçu ekstremist təşkilatın qurucusu olmaqda ittiham olunurdu. Təşkilat 1978-ci ilin mayında İtaliyanın iki dəfə baş naziri olmuş Aldo Moronun oğurlanmasında iştirak etmişdir.. Neqri "Qırmızı briqadalar" adından hədələyici telefon zəngi etməkdə şübhəli bilinirdi, lakin məhkəmə onun əlaqələrini qəti şəkildə sübut edə bilməmişdir.
Antonio Labriola
Antonio Labriola (2 iyul 1843[…], Kassino[d] – 12 fevral 1904, Roma) — ilk italyan marksisti, filosof, publisist, sosialist hərəkatı xadimi. 1874-cü ildən Roma universitetinin professoru idi. 90-cı illərin əvvəlində burjua demokratizmi və Hegel idealizmi ilə əlaqəni kəsərək marksizm mövqeyinə keçmişdi. 1890-cı ildən Fridrix Engelslə yazışırdı. İtaliya Sosialist Partiyasının yaradılmasına (1892) kömək göstərmiş, lakin onun fəaliyyətində iştirak etməmişdir. Labriolanın əsərlərində tarixi inkişafın həlledici amili, siniflər və sinfi mübarizə, xalq kütlələrinin və şəxsiyyətin tarixdə rolu, dövlət, inqilab və s. problemlər tədqiq olunmuşdur. 1870–1874-cü illərdə "Gazzetta di Napoli", "Il Piccolo", "L‘Unita Nazionale" və "Monitore di Bologna" kimi siyasi jurnallar üçün məqalələr yazmışdır. Antonio ictimai inkişafın əsl hərəkətverici qüvvələrini açıb göstərməyi tarixi materializm anlayışının başlıca vəzifəsi sayırdı. Sosialist hərəkatı ilə marksizm nəzəriyyəsinin əlaqəsinin zəruriliyi fikrini inkişaf etdirmişdir.
Antonio Banderas
Xose Antonio Dominqes Banderas (isp. José Antonio Domínguez Banderas; 10 avqust 1960[…], Malaqa, Əndəlüs), daha çox Antonio Banderas adı ilə tanınır — Hollivudda məşhurluq qazanmış ilk ispan aktyoru. == Həyatı == Antonio Banderas 10 avqust 1960-cı ildə Malaga-İspaniyada doğulmuşdur. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Dominqez isə polis olmuşdur. Özündən böyük Xavyer adlı qardaşı var. Uşaqkən ən böyük arzusu professional futbolçu olmaq idi, lakin o, 14 yaşında ikən ayağı sınır və bu arzusunun üzərindən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçədə öz bacarığının nümayiş etdirən Banderas nəhayət ki, Milli İspaniya Teatrına daxil ola bilir. Aktyor səhnə adı kimi anasının soyadını götürüb.
Antonio Bertoloni
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Antonio Bonfini
Antonio Bonfini (lat. Antonius Bonfinius; 1427[…], Ankona, Marke – 1502 və ya 1503, Buda) — İtalyan intibahının nümayəndəsi və şair. Ömrünün son illərində Macarıstanda Kral I Matyaşın yanında hakim kimi fəaliyyət göstərmişdir. Kral I Matyaş ona Macarıstanın tarixi ilə bağlı əsər yazmağı tapşırdı.
Antonio Diabelli
Antonio Diabelli (d. 5.9.1781, Matzeye, Avstriya - ö. 7.4.1858, Vyana, Avstriya) — italyan mənşəli Avstriya bəstəkarı.
Antonio Fernandez
Antonio Fernandez (12 iyun 1991) — İspaniyalı oxatan. Antonio Fernandez İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antonio Fernandez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Kao Hao-Ven ilə üz-üzə gəldi. Həmin görüşdə Antonio Fernandez rəqibinə 6:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə o, İtaliya nümayəndəsi David Paskualuççini 6:2 hesabı ilə məğlub etdi. Daha sonra Antonio Fernandez 1/8 final mərhələsində Avstraliya təmsilçisi Teylor Vort ilə üz-üzə gəldi. Həmin görüşdə Antonio Fernandez rəqibinə 3:7 hesabı ilə uduzdu.
Antonio Frilli
Antonio Frilli (? – ölüm 1902) — fərdi və ictimai sifarişçilər üçün mərmər və alebaster heykəllər üzrə ixtisaslaşmış florensiyalı heykəltaraşdır. == Həyatı və yaradıcılığı == 1860-cı ildə o, Florensiyada ilk və xüsusi Atelyesini qurdu. O, Florensiyada bir neçə köməkçi ilə əzəmətli qəbirstanlıqlar və şəxsi villalar üçün böyük ağ Karrara mərmər və zərif orta ölçülü rənglənmiş alebasterlə işləyirdi. Onun əsərləri Florensiyada Porte Santi və Allori kimi məşhur qəbirstanlıqları bəzəyir. Ölümündən sonra Frilinin mərmər portreti atelyesinə həkk olunub və bu, Cimitero degli Alloridə ailə türbəsinə yerləşdirilib. Frilli və onun qalereyası Avropada, Amerika Birləşmiş Ştatlarında, Avstraliyada məşhurdur. Buna səbəb onun əsərlərinin dünyada bir çox sərgilərdə iştirak etməsidir. O, 1876-cı ildə Filadelfiyada Yüzillik Sərgidə iştirak edib və 1881-ci ildə onun abidələri və bağ avadanlıqları Avstraliyada, Melburnda İtalyan pavilyonunda nümayiş etdirilib. 1904-cü ildə Frilinin ölümündən iki il sonra onun oğlu Sent-Lüisdə Yüzillik Sərgidə iştirak edib.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
Antonio Kasseze
Antonio Kasseze (it. Antonio Cassese; 1 yanvar 1937, Atripalda, İtaliya krallığı – 21 oktyabr 2011, Florensiya) — italyan hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis. Keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prezidenti (1993-1997), Livan Xüsusi Tribunalının Prezidenti (2009-2011). == Bioqrafiyası == Atripalda anadan olub, Pisa Universitetinin Hüquq fakültəsini bitirib. 1972-1974-cü illərdə bu universitetdə beynəlxalq hüquq professoru olmuşdur. 1975-2008-ci illərdə Florensiya Universitetinin professoru. Erasmus mükafatı laureatı. Antonio Cassese beynəlxalq strukturlarda geniş təcrübəyə malikdir. 1984-1988-ci illərdə Avropa Şurasının İnsan hüquqları üzrə Rəhbər Komitəsinin üzvü və sədri, 1989-1993-cü illərdə Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin üzvü və sədri olmuşdur. 1993-1997-ci illərdə keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prezidenti vəzifəsində çalışıb.
Antonav
Antonav (fr. Antonaves, oks. Antonavas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər (15-64 yaş) arasında 73 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 67.0%). Fəal olan 73 nəfərdən 67 nəfəri (36 kişi və 31 qadın), 6 nəfəri işsiz (2 kişi və 4 qadın) idi.
Antonov
Antonov — soyad. Aleksey Antonov — Sovet hərbi komandiri, ordu generalı. Oleq Antonov — Sovet təyyarə dizayneri.
Atonizm
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Etnonim
Etnonim (yun. έθνος — qəbilə, xalq və όνυμα — ad) — xalqların, millətlərin, qəbilələrin, qəbilə birliklərinin və etnik birliklərin adı.
Pantomim
Pantomima — ən sadə izahatıyla sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Qısaca "mim" olaraq ifadə edilir. Pantomimada sənətçi üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bu mənada pantomima bəzən universal teatr dili olaraq qəbul edilir. Miladdan əvvəlki dövrlərdə mim sənətinin tətbiq olunduğu məlumdur. Mim sözü "təqlid etmək" və ya "təmsil etmək" mənasını verən yunanca "mimeisthai" sözündən yaranmışdır. Fransızca "pantomime" mənşəli söz olan pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə bəzən rəqslə, bəzən də gövdə və üz hərəkətlərilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur. Bir əlin ürək üzərinə qoyulması "eşq" duyğusunu ifadə edir. Gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi "göz yaşı" təəssüratı verir.
Antoniya
Antoniya — ad. Antoniya Moraiti — Yunanıstanı təmsil edən su poloçusu. Antoniya Brentano Antoniya Misura Antoniya Tomas — Böyük Britaniya aktrisası. Antoniya Misura — Xorvatiyanın peşəkar basketbolçusu.
Avtonom
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Antonina
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.