Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apiterapiya
Apiterapiya (lat. apis – arı + terapiya) – arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə. Apiterapiya arı zəhərinin iltihaba və ağrıya qarşı, həmçinin desensibilizasiya təsirinə əsaslanır. Onun təmizlənmiş preparatları daxilə (tablet şəklində) qəbul olunur, dəriyə sürtülür, inhalyasiya edilir. Müəyyən bioloji aktiv nöqtə və zonaları bilavasitə arı sancdıqda, təsiri daha effektiv olur. Apiterapiyadandan nevrolgiya, işias, xroniki artrit və artroz, bronxial astma, miqren, ləngsağalan yaralar, tromboflebit, obliterasiyalı endarteriit, ocaqlı dazlıq, irit və iridosiklit, xroniki adneksit zamanı istifadə edilir. Göz, dəri, sinir sistemi və s. xəstəliklər zamanı metabolik proseslərin stimulyasiyası üçün arının həyatı fəaliyyət məhsulları olan propolis, arı südü, tozcuq dəmləmə, tablet, məlhəm, quru maddə (apilak) və s. şəklində işlədilir. Apiterapiya qaraciyər, böyrək, mədəaltı vəzi, diabet, şişlər, vərəm, ürək çatışmazlığı, qan xəstəlikləri, infeksiyalar, kəskin arıqlama, psixi xəstəliklər zamanı əks göstərişdir.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.