Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Typhlodromalus arawak
Arama beni (mahnı)
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Aralsk
Aralsk (qaz. Арал) — Qazaxıstanın Qızılorda vilayətində şəhər, Aral bölgəsinin inzibati mərkəzi. Dəmiryol stansiyası Aral dənizi (qaz. Арал Теңізі). I Arıs —Kandıaqaş dəmir yolu xətti cüt yolludur, normal kalibrli, dizel çəkicidir. Aral dənizi stansiyasından şərq-şimal-şərqə, Zhaksykylysh kəndi ərazisində sodyum xlorid və sodyum sulfatın inkişafına xidmət edən uzunluğu 32 km olan bir yollu dəmir yolu qolu yola düşür. İrqiz - Aralsk - Ayteke-Bi magistral yolu (M-32 Samara - Çimkent şossesinin hissəsi) şəhərdən 2 km şimalda uzanır. 2009-2011-ci illərdə yolda əsaslı təmir işləri aparıldı (əvvəllər Aralskdan bölgənin sərhədinə qədər yolun asfalt örtüyü var idi, daha sonra İrgiz tərəfə pis vəziyyətdə olan yalnız torpaq yol var idi). Küçələrin düzeni rüblük binalarla düzbucaqlıdır; evlər əsasən birmərtəbəli, kərpic, mərkəzdə - ikimərtəbəli, daşdır. Əsas prospektlər asfaltlanıb, qalanları çınqıldır.
Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi. Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi.
Arkadak
Arkadak — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Artsak
Arsak — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı.
Arzamas
Arzamas — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir. == Tarixi == Arzamas şəhəri (Rusiya) Şamka çayının Teşi çayına (Oka çayının sol qolu) töküldüyü mənzərəli bir yerdə salınmışdır. Arzamas tarixən mordva tatarlarının məskənidir. Ad yerli mordvalıların tayfa adı olan "arza" və ya "erza" adı ilə bağlıdır. Ryazan yer adı da bu böyük tayfanın adı ilə əlaqədardır.1. Arzamasın ərazisi XV əsrdən Rus dövlətinin (daha doğrusu, hələ Moskva knyazlığının) tərkibinə daxil edildisə də bu ərazilərə rusların geniş ayaq açmaları qalaların tikilib möhkəmləndirilməsilə XVI əsrdə başa çatdı. XVI əsrdən başlayaraq Moskva çarı xüsusi inayət göstərdiyi boyarları istila olunmuş ərazilərdə, o cümlədən Arzamas qəzasında torpaqlarla mükafatlandırırdı. Məhz Kazan xanlığının istila olunub məhv edildiyi vaxtdan dərhal sonra, bu torpaqlara ruslar köçürüldü və yerli əhalinin xristianlaşdırılmasına başlanıldı. 2.(Qeyd: İvan Qroznı Arzamas qalasını Kazan üzərinə üçüncü yürüşündə ələ keçirmişdi) Arzamas artıq 1578-ci ildən rus şəhəri sayilmaqdadır; şəhəri dağıdılmış mordva-erza qalasının yerində salırdılar, o hələlik Moskva knyazlığının son hüdudunda dayanırdı. Bununla XVI əsrdə Bryansk-Tula-Arzamas xətti Moskva Rus dövlətinin sərhəddini təşkil edirdi.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Azavak
Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi. == Tarixi == Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında Afrika və Asiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır. Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir.
Ağarak
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Saravak
Saravak — Kalimantan adasında yerləşən Malayziyanın iki ştatından biri. Ştat həmçinin Sabah, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Bu ərazi Malayziya yarımadasının ştatlarından kənarda qaldığına görə xüsusi muxtariyyət hüququna malikdir. İndiki dövrdə ştat Bumi Kenyalang (kərgədan quşlarının torpağı) kimi tanınır. Ştat müstəqil Bruney dövlətinin ətrafını əhatə etməklə bərabər, cənubdan İndoneziya dövləti ilə, şimal-şərqdən Sabah ştatı ilə sərhədlərə malikdir. Saravak Kalimantan adasının şimal-qərbində yerləşir. Ştatın inzibati mərkəzi əhalisinin sayı 700,000 olan Kuçinq şəhəridir. Saravakın əsas şəhərləri Miri, Sibu və Bintuludur. 2010-cu il sıyahıyaalmasına əsasən ştatın əhalisi 2,420,009 nəfərdir.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədilə sal quraşdırılmışdır.
Arçman
Arçman — Türkmənistanın Beherden rayonunda, təxminən 11 km məsafədə yerləşən eyniadlı isti bulaqları ilə məşhur olan kənd. == Etimologiya == Rəvayətə görə, isti bulaqlar (və kənd) dəri xəstəliyindən sağaldıqdan sonra onun müalicəvi xüsusiyyətlərini kəşf edən bir çobanın adını daşıyır. Türkmənlərin qədim əfsanəsinə görə Arçman adlı bir çobanı bütün xəstəliklərin sirayətedicisi hesab edərək onu öz doğma kəndlərindən didərgin salırlar. O, özünə sığınacaq axtararkən bir bulağa rast gəlir, onun suyundan içir, sonra bu suda çimərək özünü tamamilə sağlam sayır. Müalicə əhəmiyyətinə malik bu bulaq o vaxtdan Arçman bulağı adlanır. == Tibbi turizm == Arçman Sanatoriyası (türkm. Arçman şypahanasy ) 1915-ci ildə açılmışdır. 2001-ci ildə prezident Niyazov keçmiş sovet obyektlərini əvəz edən kurortu açmış və bura 2009-cu ildə 920 çarpayılıq mərkəzə çevrilmişdir. Kurortun yaxınlığında Qoçqar ataya həsr olunmuş kiçik bir məqbərə var. === Limnologiya === Su bir qədər qələvidir və sulfid səviyyəsi aşağıdır; içməli su kimi təsnif edilir.