Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araxnologiya
Araxnologiya — hörümçəklər sinfini öyrənən elm sahəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Arxeologiya
Arxeologiya (yun. arxayos - qədim, loqos - bilik "köhnə haqqında bilik") deməkdir. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir. İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir. Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: Əmək alətləri Silahlar Məişət əşyaları Dini-inanc xarakterli əşyalar Bəzək əşyalarıArxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər,qayaüstü rəsmlər- petroqliflər aid edilir. == Azərbaycanda arxeologiyanın tarixi == Azərbaycan tarixinin öyrənilməsində, xalqın təşəkkülü və formalaşması prosesinin izlənilməsində arxeologiya elminin rolu son dərəcə böyükdür. Bəşər cəmiyyətinin bütün dövrlərinə aid zəngin abidələr diyarı olan Azərbaycan hələ kecən əsrdən dünyanın müxtəlif ixtisas sahiblərinin diqqətinin cəlb etmişdir.
İranologiya
İranşünaslıq – İran xalqlarının tarixi, ədəbiyyatı, incəsənəti və mədəniyyəti üzrə aparılan tədqiqatlara verilən ümumi ad. Şərqşünaslığın bir sahəsidir. İranşünaslıq, müasir Fars dili və ədəbiyyatının konkret olaraq tədqiq olunduğu Farsşünaslıqdan daha geniş və fərqlidir. İranşünaslıq fənni təkcə Farsların deyil, həm də azərbaycanlılar, kürdlər, lurlar, giləkilər, talışlar, taciklər, puştunlar, Osetinlər, Bəluclar, İskitlər, Sarmatlar, Alanlar, Parfiyalılar, Soğdlar, Baktriyalılar, Xorazmlar, Mazandaranilər və s. kimi müxtəlif çağdaş və tarixi İran xalqlarının mədəniyyətində, tarixində, dilində və digər aspektlərində geniş cərəyanlara yönəlmişdir.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1-40 metr, eni isə 1000-1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Adana Arxeologiya Muzeyi
Adana Arxelogiya Muzeyi — Türkiyədə, Adana vilayətində yerləşən və arxeoloji əsərlərin sərgiləndiyi muzey. Muzey 1924-cü ildə yaradılmışdır. == Tarixi == İlk illərdə Polis Dairəsində xidmət göstərən muzey 1928-ci ildə Daşkörpü bölgəsindəki Cəfərpaşa Məscid Mədrəsəsinə, daha sonra Qurukörpü Yunan kilsəsinə daşındı. 1935-ci ildə muzeyə etnoqrafiya salonu əlavə edildi. 1950-ci ildə muzey Etnoqrafiya Muzeyinin binasına köçürüldü. 1966-cı ildə isə Mədəniyyət Parkında yeni muzey binasının inşasına başlanıldı. 1972-ci ildə bu bina xidmətə verildi. Alyanaqzadə Həlil Kamil Bəy və Ali Rza Yalman muzeyin inkişafında böyük rol oynamış müdirlərdir. == Sərgilənənlər əsərlər == Adana Arxeoloji Muzeyində Tarsus-Gözlügüllə, Mersin-Yümüktəpə, Milis, Qaratəpə, Soyuqsutəpə və başqa arxeoloji qazıntı yerlərində tapılan və Adana tarixi ilə əlaqədar əsərlər nümayış olunur. Bunlar tarix öncəsi, Hitit, Assuriya, Finikiya, Frig, Ellen, Roma və Bizans dövrlərinə aid heykəl, kitabə, stel, memarlıq parçaları kimi daş əsərlər, bişmiş torpaqdan düzəldilmiş müxtəlif qablar, silindir və maqma möhürləri, dəmir pullar və digər tarixi əşyalardır.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Naxçıvan mədəniyyəti (arxeologiya)
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
İstanbul Arxeologiya Muzeyi
İstanbul Arxeologiya Muzeyi müxtəlif mədəniyyətlərə aid olan bir milyondan artıq əsərlə dünyanın ən böyük muzeyləri arasındadır. Türkiyənin muzey binası olaraq tikilmiş ən qədim binasıdır. XIX əsrin sonlarında rəssam və muzeyşünas Osman Hamdi bəy tərəfindən İmperiya muzeyi olaraq inşa edilmişdir və 13 iyun 1891-ci ildə açılışı baş tutmuşdur. == Muzeyin binaları (hissələri) == Muzeyin kolleksiyasında Balkan yarımadasından Afrikaya, Anadolu və Mesopotamiyadan Ərəb Yarımadasına və Əfqanıstana qədər, Osmanlı İmperiyasına daxil olan bütün mədəniyyətlərə aid əsərlər mövcuddur. Muzey üç əsas binadan ibarət olduğu üçün "İstanbul Arxeologiya Muzeyləri" olaraq adlandırılır. Arxeologiya Muzeyi (əsas bina) Qədim Şərq Əsərləri Muzeyi Çinilii Köşk Muzeyi == Tarixi == Osmanlı İmperiyasından Türkiyə Cümhuriyyətinə miras qalan bir qurum olan İstanbul Arxeologiya Muzeyi Türkiyədəki ilk muzeyşünaslıq işlərini özündə birləşdirir. Qeyd etmək yerinə düşər ki, Osmanlı İmperiyasında tarixi əsərlərin toplanmasına olan maraq Fateh Sultan Mehmedin dövründən başlanıb. Lakin sistemli bir şəkildə muzeyşünaslığın inkişafı İstanbul Arxeologiya Muzeyinin 1869-cu ildə "Muzeyi-Hümayun" yəni, İmperiya Muzeyi olaraq qurulması ilə əlaqədardır. Aya İrini Kilsəsində o günə qədər toplanmış arxeoloji əsərlərdən ibarət olan Muzey-i Hümayun İstanbul Arxeologiya Muzeyinin bünövrəsini təşkil edir. Dövrün Maarif naziri Saffet Paşa muzeyin işləri ilə yaxından maraqlanmış, muzeyə əsər qazandırmaq üçün şəxsən özü də çox əmək sərf etmişdir.
Alanya Arxeologiya Muzeyi
Alanya Arxeologiya Muzeyi — Türkiyənin Alanya şəhərində yerləşən arxeoloji muzey. Muzey arxeoloji və etnoqrafik eksponatların nümayiş olunduğu 2 hissəyə bölünür. Burada çoxsaylı keramika, mərmər, tunc və şüşə məmulatları, həmçinin Ellinistik, Roma və Bizans dövrlərinə aid mozaikalar var. II-ci əsrə aid olan, hündürlüyü 52 sm. (20 düym) çatan Heraklın tunc heykəli xüsusi diqqət çəkir.1967-ci ildə yaradılmış muzey 2012-ci ildə təmir edilmişdir. == Tarixi == Muzeyin əsası 1967-ci ildə qoyulub. Muzeyin açılışı zamanı eksponatlar Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyi tərəfindən təmin edilib. Bu əsərlər erkən tunc dövrü, Urartu, Frigiya və Lidiya dövrlərinə aiddir. 2 bölmədə arxeoloji və etnoqrafik artefaktlarla bağlı eksponatlar nümayiş etdirilir. Muzeyin kolleksiyalarına Ellinistik, Roma və Bizans dövrlərinə aid əşyalar daxildir.
Bursa arxeologiya muzeyi
Bursa arxeologiya muzeyi (türk: Bursa Arkeoloji Müzesi) — eramızdan əvvəl 3000-ci illərə aid Bizans dövrünün sonuna qədər Bitinya və Mysia bölgələrinə aid əsərlər nümayiş etdirən arxeoloji muzey. 1904-cü ildə İstanbul Arxeologiya Muzeyinin filialı kimi qurulan muzey İstanbul Arxeologiya Muzeyindən (1899) və Konya Arxeologiya Muzeyindən (1902) sonra Türkiyənin 3-cü ən qədim muzeyidir. Bu gün Bursa Mədəniyyət Parkı daxilində yerləşir. Mədəniyyət və Turizm Nazirliyinə bağlı olan muzeydə 2 mini sərgilənən 25 min eksponat var. == Tarixi == Eramızdan əvvəl 3000-ci ildən Bizans dövrünün sonuna qədər olan dövrlərə aid Vifiniya və Misiya bölgələrində tapılan tapıntılar 1904-cü ildən Bursa İdadi-i Mülkîsinin (Bursa oğlanlar üçün lisey) bir hissəsində toplanmağa başlamışdır. Sultan II Əbdülhəmid-in taxta çıxmasının ildönümü olan 1 sentyabr 1904-cü ildə Bursa Təhsil Müdiri Əzmi bəyin (Akalın) səyləri və qubernatorluğun təsdiqi ilə liseyin binasının bir hissəsində İmperator Muzeyinin şöbəsi açıldı.Muzeyin ilk kataloqu fransız arxeoloqu Qustav Mandel tərəfindən hazırlanmışdır. 1908-ci ildə nəşr olunan bu fransız kataloqu 189 səhifədən ibarət idi. Muzey 1929-cu ilə qədər yerləşdiyi liseyin rəhbərliyi tərəfindən idarə olunub. 1929-cu ildə liseydəki əsərlər Yaşil Mədrəsəyə köçürüldü və 8 aprel 1930-cu ildən etibarən bu yeni məkanda sərgilənməyə başladı. Muzey 1972-ci ildə memar Ertem Yücelin layihəsi ilə Bursa Mədəniyyət parkında inşa edilən yeni binaya köçürülmüş və 15 iyul 1972-ci ildə ziyarətçilərin istifadəsinə verilmişdir.
Arxeologiya və Etnoqrafiya Muzeyi
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir. == Haqqında == Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyır. Muzey iki hissədən — "Arxeologiya" və "Etnoqrafiya" bölmələrindən ibarətdir. "Etnoqrafiya" bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid etnoqrafik materiallarla yanaşı eləcə də qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti əks olunub. "Arxeologiya" bölməsində Azərbaycanın tarixi inkişafı, qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntılar var. 2008-ci ildə muzeydə bərpa işləri aparılıb və muzey eksponatların sayını 2000-ə qədər artırıb. == Muzey binası == Muzey binası XX əsrin əvvəllərində inşa edilmiş və "Zincirli Ev" olaraq adlandırılmışdır. 1920-ci ildə binanın sahibi Hacı Məmmədhüseyn Məmmədov idi. 1928-ci ildə Məlikov qardaşları bina aldı. 1930-cu ildə Azərbaycan Gümrük İdarəsi binaya mal kaçakçılığından məhkəmə tərəfindən el qoydu, eyni il Nəriman Narimanov adına bir dikiş fabriki quruldu.
Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir. == Struktur bölmələri == “Daş dövrü” şöbəsi “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsi “Tunc və ilk dəmir dövrləri arxeologiyası” “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsi “İlk orta əsrlər arxeologiyası” şöbəsi “Orta əsrlər” şöbəsi “Etnoarxeologiya” şöbəsi “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektoru “Çöl tədqiqatları” sektoru “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektoru “Arxeoloji texnologiya” sektoru “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru “Tədris, beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsi “Epiqrafika” şöbəsi “Numizmatika” şöbəsi “Tarixi etnoqrafiya” “Müasir dövr etnoqrafiyası” şöbəsi “Etnososioloji tədqiqatlar” şöbəsi “Elmi ekspozisiya” şöbəsi “Xalçaşünaslıq” sektoru == Elmi şura == AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində "Gənc alimlər və mütəxəssislər şurası", "Dissertasiya şurası", "Həmkarlar təşkilatı" bölmələri fəaliyyət göstərir.
Tacikistan Milli Arxeologiya Muzeyi
Tacikistan Milli Arxeologiya Muzeyi (tac. Осорхонаи миллии бостоншиносии Тоҷикистон) — Tacikistanın paytaxtı Düşənbədə yerləşir. Muzey xüsusilə Pəncəkənd freskaları ilə məşhurdur. == Muzeyin yaranma tarixi == Tacikistan Milli Arxeologiya Muzeyi 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Tacikistan bazasının Xalq Təsərrüfatı Nailiyyətləri və Ekspedisiya Tədqiqatları Sərgisi əsasında yaradılmışdır. Həmin dövrdə muzeydə cəmi 530 eksponat var idi. Zamanla muzeyin kolleksiyası arxeoloji və etnoqrafik tapıntılarla, o cümlədən keramika, metal, silahlar, zərgərlik, numizmatika, əlyazmalar, heykəltəraşlıq, məişət əşyaları, tikmələr, Tacikistan xalqlarının təsviri incəsənəti və mədəniyyəti abidələri ilə doldu. Muzeydə region tarixinin müxtəlif dövrlərinə aid tək və təsadüfi tapıntıların toplandığı numizmatika şöbəsi yaradılmışdır. Əvvəlcə muzeyin bütün kolleksiyası Tacikistan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunun dar otaqlarında və zirzəmilərində (anbarlarında) yerləşirdi. Tacikistan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif qeyri-hökumət təşkilatları və xarici ölkələrin səfirlikləri muzeyin təchiz olunması üçün qrantlar ayırmağa başlayıblar. 4 aprel 1996-cı ildə muzey 2001-ci ildə açılmış Tacikistan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Tacikistanın Milli Qədim Əsərlər Muzeyi adlandırıldı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir. == Struktur bölmələri == “Daş dövrü” şöbəsi “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsi “Tunc və ilk dəmir dövrləri arxeologiyası” “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsi “İlk orta əsrlər arxeologiyası” şöbəsi “Orta əsrlər” şöbəsi “Etnoarxeologiya” şöbəsi “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektoru “Çöl tədqiqatları” sektoru “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektoru “Arxeoloji texnologiya” sektoru “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru “Tədris, beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsi “Epiqrafika” şöbəsi “Numizmatika” şöbəsi “Tarixi etnoqrafiya” “Müasir dövr etnoqrafiyası” şöbəsi “Etnososioloji tədqiqatlar” şöbəsi “Elmi ekspozisiya” şöbəsi “Xalçaşünaslıq” sektoru == Elmi şura == AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində "Gənc alimlər və mütəxəssislər şurası", "Dissertasiya şurası", "Həmkarlar təşkilatı" bölmələri fəaliyyət göstərir.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Bakı)
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir. == Haqqında == Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyır. Muzey iki hissədən — "Arxeologiya" və "Etnoqrafiya" bölmələrindən ibarətdir. "Etnoqrafiya" bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid etnoqrafik materiallarla yanaşı eləcə də qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti əks olunub. "Arxeologiya" bölməsində Azərbaycanın tarixi inkişafı, qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntılar var. 2008-ci ildə muzeydə bərpa işləri aparılıb və muzey eksponatların sayını 2000-ə qədər artırıb. == Muzey binası == Muzey binası XX əsrin əvvəllərində inşa edilmiş və "Zincirli Ev" olaraq adlandırılmışdır. 1920-ci ildə binanın sahibi Hacı Məmmədhüseyn Məmmədov idi. 1928-ci ildə Məlikov qardaşları bina aldı. 1930-cu ildə Azərbaycan Gümrük İdarəsi binaya mal kaçakçılığından məhkəmə tərəfindən el qoydu, eyni il Nəriman Narimanov adına bir dikiş fabriki quruldu.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Ufa)
Arxeologiya və Etnoqrafiya Muzeyi (R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutu Ufa Elmi Mərkəzi balansındadır.) — Cənubi Uralın arxeologiya və etnoqrafiyasına həsr edilmiş, akademik tədqiqat müəssisəsinə daxil olan dövlət muzeyi. Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutu nəzdində 1976-cı ildə fəaliyyətə başlamışdır. Muzey Ponosovoy-Molla binasında yerləşir. Binanın özü XX əsrin əvvəllərinə aid memarlıq və şəhərsalma abidəsi sayılır. Muzey Başqırdıstan Respublikası, Ufa şəhəri, Karl Marks küç. 6 ünvanında yerləşir. == Tarixi == Ufa şəhərində Akademik Arxeologiya və Etnoqrafiya Muzeyinin təşkil olunmasının təşəbbüskarı tanınmış alim-etnolog, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rail Kuzeev olur. Muzeyin təsis olunması haqqında qərar 20 yanvar 1976-cı ildə verilir. Muzey ziyarətçilər üçün tam olaraq açılır. Muzey 1999-cu ildən Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutunun balansındadır.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi əsasında yaradılmışdır. == Elmi nəticələr == Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 06 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəkildə davam etdirilməklə başa çatdırılmışdır. Haliyədə 1200-dən artıq abidə qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 800-dən artığı indiyədək elm aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Aparılan tədqiqatlarla yanaşı 2008-ci ildə Institutun həyatında mühüm hadisə kimi "Naxçıvan abidələri" ensiklopediyası, 2010-cu ildə isə "Naxçıvanın tarixi atlası" çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Sərəncamına əsasən 2013-2015-ci illər ərzində "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması işi əsasən İnstitutun əməkdaşları tərəfindən həyata keçirilmişdir. Tədqiqatlar zamanı Ovçulartəpəsində aparılan arxeoloji araşdırmalar Eneolit dövründən Kür-Araz mədəniyyətinə keçidi, o cümlədən Naxçıvanın qədim mədəniyyətlərinin Şimali Mesopotamiya və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə imkan verir. Ovçulartəpəsindəki araşdırmalar Eneolit dövrünün sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin meydana çıxdığını göstərir. Oğlanqala yaşayış yerində aşkar olunan arxeoloji materialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq edir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir. == Struktur bölmələri == “Daş dövrü” şöbəsi “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsi “Tunc və ilk dəmir dövrləri arxeologiyası” “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsi “İlk orta əsrlər arxeologiyası” şöbəsi “Orta əsrlər” şöbəsi “Etnoarxeologiya” şöbəsi “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektoru “Çöl tədqiqatları” sektoru “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektoru “Arxeoloji texnologiya” sektoru “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru “Tədris, beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsi “Epiqrafika” şöbəsi “Numizmatika” şöbəsi “Tarixi etnoqrafiya” “Müasir dövr etnoqrafiyası” şöbəsi “Etnososioloji tədqiqatlar” şöbəsi “Elmi ekspozisiya” şöbəsi “Xalçaşünaslıq” sektoru == Elmi şura == AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində "Gənc alimlər və mütəxəssislər şurası", "Dissertasiya şurası", "Həmkarlar təşkilatı" bölmələri fəaliyyət göstərir.
Xəzər Universiteti Tarix və Arxeologiya Departamenti
AMEA Naxçıvan Bölməsi Arxeologiya və Etnoqrafiya muzeyi
=== MUZEY HAQQINDA ÜMUMİ MƏLUMAT === Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı meydanı və muzeyi, həmçinin son günlərdə Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 12.09.2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır . Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır. Onların bir qismi Sərgi salonunda, digərləri isə Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir. Etnoqrafik materiallar cəhrə, teşi, nehrə, keçə və digər tədricən unudulmaqda olan məişət əşyalarından ibarətdir.
AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi

Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.