Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Architectural Record (jurnal)
Architectural Record - ABŞ-də nəşr olunan memarlıq jurnalı. == Haqqında == "Architectural Record" aylıq yayımlanan və memarlıqdan bəhs edən ABŞ jurnalıdır. "MakQrav-Hill Construction" tərəfindən Nyu-York şəhərində nəşr olunur. Jurnalın 120 ildən çox yaşı var. Jurnalın əsas məqsədi yeni yetişən və ya təcrübəli memarlar haqqında son xəbərləri və memarlıq sahəsində baş verən yenilikləri oxucular çatdırmaqdır. Jurnal ilə Amerika Memarlıq İnstitutu (AMİ) arasında sıx əlaqə mövcuddur. Jurnalda və jurnalın rəsmi saytında tez-tez AMİ ilə bağlı xəbərlər yayınlanır. Architectural Record jurnalının 1910-cu il may buraxılışında Pablo Pikassoya aid ən vacib əsər olan "Aviynonlu Qızlar"la bağlı və Qelett Burqesə aid "The Wild Men of Paris" (Parisdəki Çılğın Adamlar) adlı bir məqalə yayınlandı. Bu yazı Pablo Pikasso və Corci Braquein əsasını qoyduqları kubizm cərəyanının Amerika mətbuatındaki ilk yayınlarından biridir. Jurnalın ofisi Nyu-York şəhərinin Manhetten bölgəsindəki "Two Penn Plaza" binasının 9-cu mərtəbəsində yerləşir.
Intel Architecture
IA-32 (Intel Architecture-32) — Intel şirkətinin 32-mərtəbəli arxitekturaya malik 80386, 80486, Pentium, Pentium Pro, Pentium II, Celeron və Xeon mikroprosessorlarının ümumi işarəsi. Bu arxitekturanın bir sıra çatışmazlıqları Intel’i yeni IA-64 arxitekturasını işləyib hazırlamağa məcbur etdi. IA-64(Intel Architecture-64)– Intel şirkətinin 64-mərtəbəli arxitekturaya malik Merced, Itanium tipli prosessorlarının ümumi işarəsi. 1994-cü ildən Hewlett-Packard şirkətinin fəal iştirakı ilə işlənib hazırlanıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .
Industry Standart Architecture
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
ISA (Industry Standart Architecture)