Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alisa güzgü arxasında
Alisa güzgü arxasında (ing. Through the Looking-Glass, and What Alice Found There) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" əsərinin davamı olaraq yazdığı və 1871-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. == Ədəbiyyat == Tymn, Marshall B.; Kenneth J. Zahorski and Robert H. Boyer (1979). Fantasy Literature: A Core Collection and Reference Guide. New York: R.R. Bowker Co. p. 61. ISBN 0-8352-1431-1. Gardner, Martin (1990). More Annotated Alice.
Cəbhə Arxasında (1943)
Cəbhə arxasında (film, 1943)
Diverqent 3: Divar arxasında
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.
Maskalı beşlər intiqam arxasında
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Diverqent: Divarın arxasında (film, 2016)
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.
Alisa güzgü arxasında (film, 2016)
Alisa güzgü arxasında — rejissor Ceyms Bobinin, ssenari müəllifi Lind Vulverton və prodüser Tim Börtonun fentezi, macəra janrında çəkdiyi amerikan filmi. Film Luis Kerrollun eyniadlı əsərinin personajlarının motivləri əsasında çəkilmişdir. "Alisa möcüzələr ölkəsində" filminin davamıdır. Əsas rolları Mia Vasikovska, Conni Depp, Helena Bonem Karter, Ene Hetevey və Saşa Baron Koen oynayıb. Filmin ABŞ-də premyerası 27 may 2016-cı ildə baş tutdu. Film Alan Rikmanın xatirəsinə həsr olunmuşdur. Kəpənək Absolemin səsləndirilməsi onun kinodakı son fəaliyyəti olmuşdur. == Məzmun == Qəzəbli fırtına. Kapitanı Alice Kinqsli olan "Möcüzə" gəmisi quldurlardan uzaqlaşır. Alice hiylə ilə, düşmən gəmilərini quruya yan almağa məcbur edir və onları Londona istiqamət götürməyi əmr edir.
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. == Təsvir == Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır. == İstinadlar == == Ədəbiyyat == Zamanov, Nadir.
İki od arasında
Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə çap olunan “İki od arasında” romanıdır. Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. == Məzmun == Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «İki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin - Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır. M.P.Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr.
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Dövlətlər arasında siyasət (kitab)
Dövlətlər arasında siyasət – Hans Morgentaunun yazdığı kitab. Bu kitab ilk dəfə 1948-ci ildə "McGraw-Hill" nəşriyyatı tərəfindən "Politics Among Nations. The Struggle for Power and Peace" adı ilə nəşr edilib, sonrakı illərdə isə dəfələrlə yenidən nəşr olunub. Əsər "McGraw-Hill" nəşriyyatının 2006-cı ildə nəşr olunan orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evində məxsusdur. Hans Morgentaun Çikaqo Universitetinin siyasi elmlər və müasir tarix üzrə mərhum professoru idi, həmçinin Çikaqo Universitetində Amerika Xarici Siyasətinin Araşdırılması Mərkəzinin mərhum direktoru idi. Hans Morgentaunun bu klassik əsəri realizmi beynəlxalq münasibətlərə dair düşüncənin fundamental üsulu kimi müəyyən etdi. Realizmin öz tənqidçiləri olsa da, "Dövlətlər arasında siyasət" əsərinin beynəlxalq münasibətlərə dair kurslarda istifadə olunmaqda davam etməsi onun hələ də böyük dəyər kəsb etdiyini göstərir. Bəziləri deyir ki, yarım əsr ərzində beynəlxalq münasibətlərin tədqiqi Morgentau ilə onun tərəfdarları arasında dialoqdan başqa bir şey olmayıb. Morgentaunun ideyaları ilə müxtəlif ölkələrdən olan alimlər arasındakı dialoq, – hətta beynəlxalq terrorçuluğun dünyada əsas problemə çevrildiyi bir dövrdə də, – 50 ildən sonra da zamana uyğun formada davam edir.
Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları — 1993-cü ildə başlayan çoxnövlü beynəlxalq idman yarışması. Tədbir İslam Qadın İdmanı Federasiyası (IFWS) tərəfindən təşkil edilmişdir. Oyunlarda iştirak etmək üçün istənilən millətdən olan müsəlman qadınlara icazə verilirdi. Yarış tədbiri 1993, 1997, 2001 və 2005-ci illərdə İranda keçirilmişdir. == Məqsədlər == İslam dininə görə, müsəlman qadınlar beynəlxalq idman yarışlarında qapalı geyim və baş örtüyü olmadan yarışa bilməzlər. Müsəlman qadınları regional, qitə, qlobal və olimpiya miqyasında qlobal rəqabətə nail olmağa ruhlandırmaq. Qadınlar arasında İslam Oyunları beynəlxalq yarışa çevriləcək və idmançıların çıxışlarının qeydiyyatı aparılacaqdır. == Keçirilmiş arışlar == == Medal cədvəli == 25 ölkə Qadın İslam Oyunlarında ən azı bir medal qazanmışdır. 23 ölkə ən azı bir qızıl medal qazanmışdır. Bu günə qədər ən çox medal qazanan ölkə İrandır.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1997 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ikinci dəfə 1997-ci ildə İranın Tehran şəhərlərində keçirilmişdi. Oyunlarda 21 ölkədən 748 idmançı, 95 komanda, 290 hakim və 8 beynəlxalq müşahidəçi iştirak etmişdilər. Ən çox medal qazanan ev sahibi İran komandası oldu. == İştirakçılar == == İdman növləri == Oyunlarda keçirilən idman növləri arasında atletika, badminton, qılıncoynatma, həndbol, cüdo, üzgüçülük və voleybol var idi.
2001 Qadınlar arasında İslam Oyunları
Qadınların İslam Oyunları üçüncü 2001-ci il noyabr ayının 2–8 tarixlərində İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 23 ölkədən 795 idmançı və 84 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışda 34 ölkə iştirak edirdi, lakin ABŞ-də 11 sentyabr hücumları və Əfqanıstan müharibəsi səbəbiylə beynəlxalq müşahidəçilərin sayı kimi ölkələrin sayı da azaldı. Yarışa 389 hakim və 9 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Ən çox medal qazanan 185 medalla ev sahibi İran oldu, bu da oyunlarda təqdim olunan medalların təxminən yarısı qədər idi. == İştirakçılar == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: badminton, basketbol, şahmat, qılıncoynatma, futzal, gimnastika, həndbol, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
2005 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları dördüncü dəfə 2005-ci il sentyabr ayında İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 45 ölkədən 1316 idmançı və 200 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışa 12 ölkədən olan 516 hakim və 15 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Bir çox ölkə budəfəki yarışa ilk dəfə qatılmışdır, o cümlədən ABŞ, Şərqi Asiya, Avropa və Afrikadan olan ölkələr. Ən çox medal qazanan 102 medalla ev sahibi İran oldu. == İştirakçı ölkələr == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: atletika, badminton, basketbol, qılıncoynatma, futzal, qolf, gimnastika, həndbol, cüdo, karate, skvoş, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
Albaniyada kişilər arasında basketbol çempionatı
Albaniyada kişilər arasında basketbol çempionatı 1946-cı ildən keçirilir. Hazırda A liqasında olduğu kimi B liqasında da 6 komanda iştirak edir. Albaniyada ən nüfuzlu basketbol klubu ölkə çempionatında 33 dəfə qalib olan "Partizan" komandasıdır. İlk vaxtlar milli basketbol çempionatı yaz-payız sistemi üzrə oynanılırdı, 1966-1967-ci il mövsümündən başlayaraq payız-yaz sistemi üzrə oynanılır. Son illərdə çempionatda ən çox fərqlənən komanda "Vlazniya" komandasıdır.. == İstinadlar == == Çempionlar == == Xarici keçid == "Kampionët meshkuj" (alban). Federata Shqiptare e Basketbollit. 2012-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-15.
Qadınlar arasında Albaniya Basketbol Kuboku
Qadınlar arasında Albaniya Basketbol Kuboku — Albaniyanın qadın peşəkar basketbol klublarından ibarət yarışma və Albaniya Basketbol Liqasından sonra ikinci əhəmiyyətli turnir. 1956-cı ildə Albaniya Basketbol Assosiasiyası tərəfindən təsis edilmişdir. Ən çox kuboka sahib olan komanda 26 kubok qazanan Tirana klubudur.
Sekundantlar, rinq arxasına!.. (film, 1974)
== Məzmun == Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. == Film haqqında == Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Sekundantlar, rinq arxasına! (film, 1974)
== Məzmun == Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. == Film haqqında == Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Səpələnmiş ölümlər arasında (film, 2020)
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Yerlə göy arasında (film, 1999)
== Məzmun == == Film haqqında == Film Bəxtiyar Qaracanın eyniadlı əsəri əsasında çəkilmişdir.
Aşkarlıq Aynasında (1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. == Mövzu == 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Alisa möcüzələr adasında
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Aşkarlıq aynasında (film, 1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.