Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araxçın
Araxçın və ya tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib. Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir.
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Arxaşan (Çaldıran)
Arxaşan (fars. ارخشان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (31 ailə).
Arazın səsi
Altayın Qızıl Dağları
Altayın Qızıl Dağları — 1998-ci ildə YUNESKO Altay dağlarının Rusiyadakı üç hissəsini Dünya İrsi daxil edib belə adlandırdı: Altay Təbiət Qoruğu və Teletskoye gölünün bufer zonası (965,753 ha); Beluxa dağının Katunski ehtiyat və bufer zonası (392,800 ha); Ukok Yaylası (252.904 ha). Qorunan ərazinin ümumi sahəsi 16 178 km²-dir. Bu ərazilərin seçimi, ümumilikdə Sibirdə alp bitki örtüyü zonalarının: çöl, meşə-çöl, qarışıq meşələr, subalp və alp zonalarını təmsil etmələri ilə bağlıdır. Bundan əlavə, qar bəbiri, Sibir dağ keçisi və Altay arkalı kimi nadir heyvanların populyasiyasının qorunması üçün bu ərazilərin əhəmiyyəti nəzərə alınmışdır. Mühafizə zonasında Pazırık məzarlığının yerləşdiyi bəzi yerlər var. Təbiəti Qoruma üzrə Beynəlxalq Birlik bu ərazilərin xüsusi qorunan statusa zəmanət verməli olduqları Dünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq burada brakonyerliyin çiçəklənməkdə davam etməsindən narahatdır. Ekoloqlar həmçinin Ukokdan Çinə gedən Koş-Aqağdan qaz kəməri və ekspress magistral yolunun çəkilişi layihəsindən narahatdırlar. Рудой А. Н. . Обратная сторона Луны? (Алтайский вестник).
Uyuk Arxan
Uyuk Arxan — Abidə Uyuk çayının sol sahilindən 2 km aralıda tapılmışdır. Abidə çay daşından ibarətdir. Orxon-Yenisey əlifbası ilə yazılmış 5 sətrlik yazının üstündə maral və qaban şəkilləri var. Abidə qədim türk-run abidələrini tədqiq edən alimlərin bir çoxu tərəfindən tərcümə və nəşr edilmişdir.
Abayın qara sözləri
Abayın qara sözləri (qaz. Абайдың қара сөздері) — Qazaxıstan akını və pedaqoqu Abay Kunanbayevin 45 qısa məsəl və fəlsəfi traktatdan ibarət fundamental əsəri. Nəsrdə yazılmış bu poemada milli tərbiyə və dünyagörüşü, əxlaq və hüquq problemləri, qazaxların tarixi qaldırılır. Abay "Qara sözləri"ni ömrünün son illərində yazmışdır. O, bu dövrdə gücün vəsvəsələrini və torpaq işlərinin sıxıntılarını bilirdi, xalqı tanıyırdı və əzizlərini itirmişdi. Bu poemalar hər yeni əlyazma kitabına daxil edilərək paylanmışdır. "Qara sözlər"in bəziləri ilk dəfə akinin ölümündən sonra 1918-ci ildə "Abay" jurnalının səhifələrində çap edilmişdir. Kitabdan bir çox qənaət və ibrətamiz nəticələr bu gün aktualdır. Əsər xalqın köhnə, köksüz problemlərini dəqiq təsvir edir. Abayın əsərləri dünyanın bir çox dillərinə, o cümlədən rus, Çin, fransız və başqa dillərə tərcümə edilmişdir.
Arayış (film, 1986)
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Arazın səsi (qəzet)
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Arazın sahillərində (film, 1953)
Arazın sahillərində tammetrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1953-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır. Film Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır.
Arxalı dağlar (film, 1985)
Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir. Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir. 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.
Arxası qibləyə (film, 2009)
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Sekundantlar, rinq arxasına!.. (film, 1974)
Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Sekundantlar, rinq arxasına! (film, 1974)
Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Karxarin
Karxarin (lat. Carcharhinus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinə aid heyvan cinsi.
Andrey Arşavin
Andrey Arşavin (rus. Андре́й Серге́евич Арша́вин; d. 29.5.1981, Sankt-Peterburq, Rusiya SFSR, SSRİ) — futbol üzrə Rusiya yığmasının keçmiş kapitanı, Rusiyanın Zenit Sankt-Peterburq klubunun oyunçusu. Andrey Arşavin Sankt Peterburqda doğulub. Atası həvəskar futbolçu olub. Alisa evli olub və iki uşağı var. Cütlük Londonda hələ Arşavin Arsenalda oynadığı vaxtda tanış olublar. Onlar birgə basketbol oyununda paparazzilərin kamerasına tuş gəliblər. May ayının sonlarında futbolçu yeni sevgilisi ilə birgə Mayaminin tanınmış çimərliklərindən birində görünüb. Arşavin həyat yoldaşı ilə boşanıb.
Arayik Arutünyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Arayik Harutyunyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Arxaik təbəssüm
Arxaik təbəssüm — Arxaik Yunanıstanda xüsusilə e.ə. VI əsrin ikinci rübündə heykəltəraşlar tərəfindən istifadə edilmiş heykəltəraşlıq detalı. Bu, ehtimal olunur ki, heykəllərin mövzusunun canlı olduğunu və rifah hissi ilə aşılandığını çatdırmaq üçün icra edilmişdir. Arxaik təbəssümün ən məşhur nümunələrindən biri Kryoz Kuros, digəri isə Peplos Koradır. Qədim Yunanıstanın Arxaika dövrünün ortalarında (təqribən e.ə. 800–480-ci illər) populyar sənətdə arxaik təbəssümə malik insanların təsvirləri müşahidə olunurdu. Bunu bütün materik Yunanıstanında, Kiçik Asiyada və Egey dənizində yerləşən adalarda aparılan qazıntılarda tapılan heykəllər sübut edir. Konvensiyanın əhəmiyyəti məlum deyil, baxmayaraq ki, adətən yunanlar üçün belə bir təbəssüm ideal sağlamlıq və rifah vəziyyətini əks etdirirdi. Həmçinin, belə bir fikir də irəli sürülmüşdür ki, bu, sadəcə olaraq, arxaik heykəltəraşlıq üçün xarakterik olan bir qədər bloka bənzər başın ağzının əyri formasını uyğunlaşdırmaqda yaranan texniki çətinliyin nəticəsidir. Riçard Nir Yunanıstanın bir çox şəhərinin aristokratlarını "gülümsəmişlər" adlandırdıqları üçün arxaik təbəssümün həqiqətən statusun göstəricisi ola biləcəyini nəzəriyyə etmişdir.
Arazın o tayında (film, 1947)
Arazın o tayında tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1947-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir. Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır. Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də M.Dadaşov imtina etdi.
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında (vokal-xoreoqrafik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Tarixi-aləm arayi-Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.