ARXAYINLAŞMAQ

f.
1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək. Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.
2. Arxayın olmaq, xatircəm olmaq, əmin olmaq.
[Rayon işçiləri] öz qəzet və məcmuə paylarını almaq və arxayınlaşmaq istəyirdilər. S.Rəhimov.
Məmməd arxayınlaşmaq üçün qapıda durub onun dalınca baxdı. M.İbrahimov.

3. İşdən azad olmaq, işini görüb qurtararaq asudə olmaq. İşimi qurtardım, arxayınlaşdım.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARXAYINLAŞMAQ ARXAYINLAŞMAQ [Qəndab:] Mən bu qədər arxayınlaşdımsa da ürəyimin çırpıntısı azalmadı (B.Bayramov); ARAM OLMAQ Molla Qafar: Kərbəlayı, bir aram ol (S
  • ARXAYINLAŞMAQ xatircəmləşmək — rahatlaşmaq — sakitləşmək
ARXAYINLAŞMA
ARXAYINLATMAQ

Digər lüğətlərdə

огро́мность подки́нуться слои́ться террористи́ческий шестиме́сячный барелье́ф безвы́лазно изловчи́ться ка́мбузник меди́чка надзира́тельский хо́рный щёлкаться гукук Evergreen State jagger octachord quintan stapes белоруска извериться историография напоминать убийца унитаз