Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxey
Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və həyat inkişaf etdi. == Etmologiyası və istifadəsi == Arxey sözü qədim yunan dilində Αρχή (Arkhē ) - "başlanğıc, mənşə" mənasını verir. İlk dəfə 1872-ci ildə "ən erkən geoloji çağ" mənasında istifadə edilimişdir. Katerxey eonunun öyrənilməsindən əvvəl Arxey eonunun 4,540-2,500 milyon il əvvəl Yerin yaranması ilə başlamış ilk geoloji çağ olduğu düşünülürdü. Eonun başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən 4 milyard il əvvəl olaraq qəbul edilmişdir. == Geologiya == Arxeyin başlağıcında Yerin istilik axını bugünkü ilə müqayisədə üç dəfə və Arxeydən Proterozoya keçiddə (2,500 milyon il əvvəl) isə iki dəfə çox idi. Əlavə istilik planetar akkresiyadan, metal nüvənin meydana gəlməsindən və radioaktiv elementlərin çürüməsiylə yaranan istiliklə meydana gəldi. Əsas mineral qalıqlarının Katerxeydən olduğu bilinsə də, Yer səthində meydana gələn ən qədim qaya birləşmələri Arxeyə aiddir. Arxey qayaları Qrenlandiyada, Sibirdə, Kanada qalxanında, Montana və Vayominqdə, Baltik qalxanında, Bolqarıstandakı Rodop Massifində, Şotlandiya, Hindistan, Braziliya, Qərbi Avstraliya və Cənubi Afrikada rast gəlinir.
Arxeya
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Arxeyalar
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Arxeylər
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Arkey
Arkey — Fransanın İle-de-Frans regionunda yerləşən Val-de-Marn departamentindəki kommunadır. Kommunanın əhalisi 2018-ci il yanvarın 1-nə olan statistik məlumatlara əsasən 21 727 nəfər təşkil edir.
Axey
Axeylər, axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası Bizim e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Arxe
Arxe (q.yun. ἀρχή — "başlanğıc, təməl, mənşə; birinci səbəb, prinsip") — Sokrataqədərki qədim yunan fəlsəfəsində dünyanın əsasını təşkil edən birinci prinsip, ilkin substansiya, ilkin element. Aristotel bu termindən ilk filosofların təlimlərini xarakterizə etmək üçün istifadə etmişdir. Fales üçün su arxe rolunda çıxış edir (ən "formasız" maddə, element kimi). Anaksimandrda arxe — apeyrondur (q.yun. ἄπειρον — hüdudsuz və ya qeyri-müəyyən) — hər hansı konkret bir şey olmayan, özlüyündə "heç nə" olan, lakin dörd elementi və müəyyən şeylərin bütöv bir dünyasını doğuran birinci element. Anaksimendə arxe "qeyri-müəyyən hava"dır (q.yun. ἀήρ ἄπειρος — aer (və ya airos) apeiros). Onun fikrincə, hava həm qeyri-müəyyən, həm də müəyyəndir. Konsepsiya ziddiyyəti izah etmək cəhdi kimi ortaya çıxmışdır: əsas prinsip müəyyən bir şey olmamalıdır ki, hər şey ondan qaynaqlana bilsin (axı, müxtəlif şeylər müxtəlif müəyyənliklərə malikdir, çox vaxt bir-birinə ziddir, məsələn, soyuq və isti), lakin müəyyən bir şeydən nəyinsə yarana bilməsi üçün bu bir şeyin artıq bir növ əminliyi olmalıdır.
Aaxen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Ardea
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ariel
Ariel (Uranın peyki)
Arjen
Arjen (fr. Argein) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09014. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15–64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 69,1%). Fəal olan 66 nəfərdən 52 nəfəri (26 kişi və 26 qadın), 14 nəfər işsiz (9 kişi və 5 qadın) idi. 28 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşv etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Arxar
Arxar (lat. Ovis ammon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Arxarlar ev qoyunlarının əcdadları sayılırlar. Aralıq dənizi adalarının bir neçəsində, Orta , mərkəzi, Şimal-şərqi, Şimali asiyada və Şimali Amerikanın qərbində yayılmışdır. == Xarici görünüşü == Arxarların kütləsi 200-220 kq-a qədər olur. Dişilər nisbətən kiçik olur. Olçulərindən başqa dişilərdə buynuz 10-30 sm əksər vaxtlarda isə olmur. == Davranışı == Bu heyvanlar dəniz səviyyəsindən 5500 metr yüksəklikdə açıq yamaclarda yaşayırlar. Payızda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Arxarların hamiləlik dövrü 170 gün sürür.
Arxiv
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. == Ümumi məlumat == Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki “arkheon” sözündən törəyib, latın dilindəki “archivum” sözünə keçmişdir. Məna etibarı ilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
A.Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
Aaxen döyüşü
Aaxen döyüşü — İkinci Dünya müharibəsi zamanı, 2–21 oktyabr 1944-cü il tarixlərində Aaxen vilayətində və şəhərin özü uğrunda ABŞ və Almaniya qoşunları arasında döyüş. == Döyüş == 7 oktyabrda Ziqfrid xəttinə qarşı döyüşlərdə Kortni Hocesin komandanlığı altındakı 1-ci ABŞ Ordusu Aaxen istehkamlarına hücum etmişdir. Bir sıra döyüşlərdən sonra şəhər 10 oktyabrda mühasirəyə alınmışdır ​​və üç gün sonra amerikalılar şəhərə daxil olmuşdur. Buna baxmayaraq, alman qarnizonu yalnız 21 oktyabrda təslim olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Aaxen döyüşü ilə əlaqəli mediafayllar var.
Aaxen kafedralı
Aaxen kafedralı (alm. Aachener Dom‎) – Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Aaxen şəhərində yerləşən kafedral. Şimali Avropanın ən qədim kafedralıdır. Orta əsrlərdə "Müqəddəs Məryəm kilsəsi" adlanırdı. 936–1531-ci illəri arasında bu kafedralda 30 alman kralının və 12 kraliçanın tacqoyma mərasimi keçirilib. == Tarixi == Böyük Karl 976-cı ildə Palatin kapellasının tikintisini başlatmışdır. Tikinti layihəsinin müəliffili Metsli Odo olmuşdur. Tamamlanma tarixi dəqiq bilinməsə də, 798-ci ilə aid bir məktubda tamamlanmağa yaxın olduğu qeyd edilmişdir. 1355-ci ildə struktura qotik xor zalı əlavə edilmişdir. 1881-ci ildə kafedralda təmir-bərpa işləri aparılmışdır.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Abbey teatrı
Abbey teatrı və ya İrlandiya Milli Teatrı - İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən oyun və tamaşa teatrı. 1904-cü ilin 27 dekabr tarixində istifadəyə verilmişdir. == Haqqında == Əsasən Uilyam Batler Yeyts, Leydi Qreqori, Con Millinqton Sinqi, Padrayk Kalum, Corc Fatmauris, Avqust Strindberq, Henrik İbsen, Corc Bernard Şou kimi yazarların əsərlərinə yer verən teatr 1909-cu ildə C.M.Sinqinin "Qərb dünyasının pleyboyu"(1907) tamaşasından sonra böyük tənqidlərlə üzləşmişdi. Teatr binası 1951-ci ildə böyük yanğına məruz qalmışdır.
Afina arxesi
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Agnes Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
ARXKX
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Aryej
Aryej (fr. Ariège, oks. Arièja) — Fransanın cənubunda yerləşən departament. Oksitaniya regionunnun departamentlərindən biri. Sıralama nömrəsi 9. İnzibati mərkəzi Fua, əhalisi 157 582 nəfər. == Coğrafiya == Ümumi sahəsi 4890 km². Departament cənubda İspaniya və Andorra ilə sərhəddir. Relyef Pireney dağ sistemində departamentin yeri ilə müəyyən edilir. == Tarix == Aryej, 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə meydana gələn ilk 83 departamentdən biridir.
Arşay
Arşay (fr. Archail, oks. Archalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 11 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 6 nəfər arasında (15-64 yaş) hamısı iqtisadi cəhətdən aktiv idi (fəaliyyət göstərici 100.0%, 1999-cu ildə 66.7%). Fəal olan 6 nəfərdən 4 nəfər (3 kişi və 1 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın).
Alley-op
Alley-op (ing. Alley-oop, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank). Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur. Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur.