ARXİ́V

[ lat. ]
1. Qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə. Arxiv sənədləri. Arxiv binası. Arxiv idarəsi.
// Bir idarənin köhnə kağızları, kitabları, sənədləri saxlanılan şöbəsi.
□ Arxivə vermək1) işə xitam vermək;
2) məc. unutmaq, köhnəlmiş hesab etmək.
2. Bir idarə və ya şəxsin fəaliyyətinə aid olan yazılar (məktublar, kağızlar, əlyazmaları və s.). Cəlil Məmmədquluzadənin arxivi.
ARXİTEKTÚRA
ARXİVÇİ

Digər lüğətlərdə