Abbey teatrı
Abbey teatrı və ya İrlandiya Milli Teatrı — İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən oyun və tamaşa teatrı. 1904-cü ilin 27 dekabr tarixində istifadəyə verilmişdir.
== Haqqında ==
Əsasən Uilyam Batler Yeyts, Leydi Qreqori, Con Millinqton Sinqi, Padrayk Kalum, Corc Fatmauris, Avqust Strindberq, Henrik İbsen, Corc Bernard Şou kimi yazarların əsərlərinə yer verən teatr 1909-cu ildə C. M. Sinqinin "Qərb dünyasının pleyboyu"(1907) tamaşasından sonra böyük tənqidlərlə üzləşmişdi.
Teatr binası 1951-ci ildə böyük yanğına məruz qalmışdır.