Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artuqlu bəyliyi
Artuklu bəyliyi — Mardin Diyarbakır Harput və Həsənkeyf tərəflərində 1102-1409 illəri arasında hökm sürmüş bir Anadolu bəyliklərindən biri. 1102-ci ildə Cənub və Şərqi Anadoluda Artuq bəy tərəfindən qurulmuş bir bəylikdir. Adını Türkmən bəyi olan Artuq bəydən almışdır. 1086 ildə Qüdsü alan Artuq bəy eyni il burada öldü. Daha sonrasında Artuqlular Həsənkeyf Mardin ve Harput olmaq üzrə üç ana qoldan idarə edildilər.
Aruqula (roka)
Gürcü Arzusu
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Həmid Arzulu
Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev; 15 may 1937, Naxçıvan) – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq, filologiya elmləri doktoru. == Həyatı == Həmid Arzulu Naxçıvanda dünyaya gəlmişdir. Tədqiqatçı Həsənalı Eyvazov 2005-ci ildə "H. Arzulunun yaradıcılığında tarixilik" adlı monoqrafiyasını nəşr etdirmişdir. == Fəaliyyəti == === Ədəbi fəaliyyəti === O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində fəaliyyət göstərmişdir. Onun ədəbi fəaliyyətinə əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı "Deyirsən ki, açıq danış" poeması, ənənəvi janrda dərc etdirdiyi "Kəndimizin dastanı", "Bayramım-Novruzum gəlir" və nəhayət, "Şərq qapısı" qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən "Heydərnamə"[1] poeması, digər şeir və mənsur hekayələri aiddir. H. Arzulu həm də yazıçı-dramaturq kimi fəaliyyət göstərmişdir. Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında altı əsəri; dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuş, iki dram əsəri ("Ürəyə qəsd" və "Dəfinə axtaranlar") Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir. Tarixi mövzuda Həmid Arzulunun bir sıra hekayələri ("Göy geyimli fateh", "Çinarlar qurumur", ("Qaya altında səs"), bir povesti ("Günahsız şikəstlər"), iki romanı ("Qaçaq Quşdan" və "Qara Xəncər") nəşr edilmişdir. Bununla yanaşı, "İnam", "Əlincə Qalası", və "İtilənən xəncərlər" pyesləri, "Qaçaq Quşdan", "Qara Xəncər" romanları və "Günahsız şikəstlər" povesti dərc olunmuşdur. === Tərcümələri === Alman dilindən alman klassik şairlərindən Henrix Heynenin "Hars səfəri" povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfqanq Hötenin məşhur "Qərb-Şərq" divanını, Qothold Efraim Lessinqin "Müdrik Natan" mənzum dramını, Fridrix Şillerin "Balladaları"nı, həmçinin Qothold Efraim Lessinqin "Emiliya Qalotti" faciəsini , "Minna fon Barnhell" komediyasını, Bertold Brextin "Təbaşir xaç" dramını, Stefan Sveyqin "Novellaları"nı Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
Torpağın arzusu
"Torpağın arzusu" — azərbaycanlı rəssam Səttar Bəhlulzadənin 1963-ci ildə çəkdiyi rəsm əsəri.
Arzunu yarat (film, 1977)
Arzunu yarat qısametrajlı bədii-cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1977-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Bu eksperimental cizgi filmi klounun arzuları haqqında söhbət açır. == Məzmun == Bu eksperimental cizgi filmi klounun arzuları haqqında söhbət açır. == Film haqqında == Qarışıq texnika filmidir. Bu, aktyor və animasiyadan istifadə olunmuş film-klip də sayıla bilər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Arif Əliyev Rejissor: Firəngiz Qurbanova Operator: Valeri Kərimov, Aleksandr Milov Rəssam: Firəngiz Qurbanova Bəstəkar: Azər Dadaşov == Rollarda == Fəxrəddin Manafov — artist Lyudmila Letyagina — arzu == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ata arzusu (film, 2002)
Ata arzusu sənədli televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2012-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir.
Gürcü arzusu — Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcüstan arzusu-Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.