ŞÖVQ
ŞÖVQMƏND
OBASTAN VİKİ
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. == Həyatı == Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu. 1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü.
Şövqi Göyçaylı
Şövqi Göyçaylı — Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından biri, Coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Göyçaylı Şövqi Yusifziya oğlu 1935-ci ildə Göy­çay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ADU-nin Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmişdir. 1960-cı ildə "İqtisadi coğrafiya" ixtisasında Unversitetin aspiranturasına qəbul edilmişdir. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq Unversitetində «Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən professordur. == İş fəaliyyəti == 1982-ci ildən BDU-də "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının müdiridir (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Ş.Y.Göyçaylının elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələlərinə, coğrafi ekologiyanın inkişafına və tədrisinin təkmilləşdirilməsinə yönəldilmişdir. O, 130-dan çox əsərin, o cümlədən monoqrafiyaların, dərsliyin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycanın irimiqyaslı İqtisadi və Əhali xəritələrinin həmmüəllifi və müəllifi olmuş­ dur.
Şövqi Hüseynov
Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972, Cəlilabad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı , "Stanislavski" medalı laureatı (2015). == Həyatı == Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. == Mükafatları == İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şövqi Novruzov
Şövqi Novruzov(tam adı:Novruzov Şövqi Heydər oğlu; 3 may 1937, Bakı) — ədəbiyyatşünas və jurnalist. == Həyatı == Novruzov Şövqi Heydər oğlu 3 may 1937-ci ildə Bakı şəhərində anadan olub. === Vəfatı === 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini, 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun(indiki Ədəbiyyat İn-tu) aspiranturasını bitirmişdir. == Fəaliyyəti == == Elmi fəaliyyəti == 1969-cu ildə filologiya elmləri namizədi olub. === Əmək fəaliyyəti === Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında (indiki "Azərbaycan Milli Ensikolpediyası" Nəşriyyatı) böyük elmi redaktor, redaksiya müdiri (1966–70), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent əvəzi (1970–74), "Azərbaycan kommunist" jurnalının baş redaktor müavini (1981–1991). ""Dirçəliş" jurnalının, "Ana vətən" qəzetinin (1992–93) baş redaktoru (1991–93), Baş Sosial İdarəetmə və Politologiya İnstitunun baş müəllimi (1993–99) olmuşdur. Mətbuat tarixinə dair tədqiqatı, elmi-publisistik məqalələri var. == Təltifləri == Azərbaycan SSR— "Qızıl qələm" mükafatı laureatı (1979). Azərbaycan SSR— əməkdar jurnalisti (1988). == Mənbə == Naxçıvan Ensiklopediyası.
Şövqi İsmayılzadə
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. == Dinin Mühafizi kimi == Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əhməd Şövqi
Əhməd Şövqi (ərəb. أحمد شوقي‎; 1868[…], Qahirə – 23 oktyabr 1932 və ya 13 dekabr 1932, Qahirə) — Ərəb əsilli Misir şairi. == Həyatı == Qarışıq bir türk, ərəb, çərkəz, kürd və yunan köklərindən ibarət kübar bir ailədə anadan olub .Şair əslən Misirli olmayıb. Babası Əhməd Şövqi Məhəmməd Əli dövründə Misirə gəlmişdir və Səid Paşanın dövründə gömrük katibi vəzifəsinə qədər yüksəlmişdir. Ondan sonra ana tərəfdən babası Əhməd Həlim İbrahim Paşanın dövründə Anadoludan Misirə köçmüşdür. İbrahim Paşa onu sarayındakı yunan əsilli “Temzar” xanım ilə evləndirmişdir. Əhməd Həlim xədiv İsmayılın xüsusi vəkili olmuş və öləndən sonra xədiv bu vəzifəni onun dul qadınına ötürmüşdür. Şairin tərbiyəsi ilə yunan nənəsi məşğul olmuşdur. Hələ İbrahim paşanın dövründən Əhməd Şövqinin saray ilə əlaqəsi olmuşdur. Xədiv İsmayılın dövründə o, üç yaşında idi.
Gövhər Cəfərzadə (Şövqiyyə)
Gövhər Hacı Məcid qızı Cəfərzadə — Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912–1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Şövqiyar Abdullayev
Şövqiyar Cəmil oğlu Abdullayev (5 aprel 1969, Nərimanlı, Basarkeçər rayonu – 27 avqust 1992, Drombon, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. === Ailəsi === Subay idi. Cəmil Abdullayevin oğludur. Texnika elmləri namizədi Malik Abdullayevin qardaşı oğludur. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır.

Digər lüğətlərdə