Vaqif Arzumanlı
Vaqif Arzumanlı (1947, Quba rayonu – 9 iyul 2014, Nabran, Xaçmaz rayonu) — professor, filologiya elmləri doktoru, beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki. Filoloq-tarixçi, politoloq.
1947-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub.
On bir illik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir.
V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən professor adı almışdır , Beynəlxalq Eko- İnformasiya Akademiyasının akademikidir (1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979),Azərbaycan Jurnalistlər Birliyinin üzvü(2000), "Alman-Azərbaycan Cəmiyyəti" İdarə Heyətinin üzvü(1992), Beynəlxalq "Soydaş" Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti(1996),"Quba Xeyriyyə Cəmiyyəti"nin sədri (1996),Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidentidir(2002).
V.Arzumanlı "Elturan"("Milli məsələlər") (1992) və "Diasporun səsi" (2009) jurnallarının və "Ədəbi Əlaqələr" toplusunun (2005)Baş redaktoru, "Qartal" nəşriyyatının direktorudur(1999).