Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Rasimə Babayeva
Rasimə Babayeva (1 oktyabr 1950, Bakı ) — Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2021),Azərbaycan Respublikasının əməkdar müəllimi. == Həyatı == Babayeva Rasimə Əhməd qızı 1950-ci ildə Bakı şəhərində anadan olub. 1956-1968-ci illərdə Bülbül adına orta ixtisas məktəbində oxumuşdur. 1969-1973-cü ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan (Z.Cəfərovanın sinfi) sinifləri üzrə bitirmişdir. 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistent-stajorluğunu bitirmişdir. 1988-ci il Moskva Dövlət Konservatoriyasının orqan ixtisası üzrə yarım il təcrübə keçmişdir. Pitsunda (1988) Riqa (1989), Alma-Ata (1989) Danimarka (1992), İsveç (1997, 2001), Hollandiya (1999) ölkələrində keçirdiyi ustad dərslərində iştirakçı olmuşdu və beynəlxalq sertifikatlarına layiq görülmüşdür. 1974-cü ildən Konservatoriyanın konsertmeyster, 1985-ci ildən Orqan və klavesin kafedrasında orqan üzrə müəllim, 1986-cı ildən baş müəllim, 1991-ci ildən dosent, 2002-ci ildən indiyədək professor vəzifəsində çalışır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi == Elmi fəaliyyəti == 1973-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti, sonra isə AZKonsertin solisti, 1982-ci ildən Soyuz Konsertin və Dövlət konsertin solisti, keçmiş SSSR ərazisində olan bütün şəhərlərdə və xaricdə ilk azərbaycanlı orqan ifaçısı kimi ölkəmizi təmsil etmişdir. R.Babayeva Azərbaycan bəstəkarlarının orqan üçün yazılan bütün əsərlərinin təbliğatçısı, bir qisminin isə redaktorudur.
Alimə Abdenanova
Alimə Seitosmanovna Abdenanova (krımtat. Alime Seitosman qızı Abdenanova; 4 January 1924 — 5 April 1944) İkinci Dünya müharibəsi zamanı Qızıl Ordunun Krım tatar əsilli kəşfiyyatçısı olub. 1943-cü ildə Krımın Almaniya tərəfindən işğalı başlayandan sonra başçılıq etdiyi kəşfiyyat qrupu ilə Kerç yarımadasının inzibati ərazisi boyunca alman və rumın qoşunlarının mövqeləri haqqında kəşfiyyat məlumatlarının toplanmasını istiqamətində fəaliyyət göstərib və buna görə "Qırmızı bayraq" ordeni ilə təltif edilib. Qrup fevral ayında almanlar tərəfindən həbs edildikdən sonra Abdenanova bir aydan çox işgəncələrə məruz qalsa da, qarşı tərəfə hər hansısa məlumat verməkdən imtina edib. 5 aprel 1944-cü ildə, iyirmi yaşında Simferopol şəhəri yaxınlığında edam edilib. 1 sentyabr 2014-cü ildə Vladimir Putinin fərmanı ilə ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı elan edilib. Alimə Abdenanova bu mükafata layiq görülən sayca 16-cı qadın, eləcə də ilk Krım tatarı hesab edilir. == Həyatı == Alimə Abdenanova 4 yanvar 1924-cü ildə Kerçdə Krım tatar türkü olan kəndli ailəsində anadan olub. Anası Meselme qonşu Mayak-Salyn şəhərində çoxuşaqlı ailədə doğulmuş və on yeddi yaşında ailə qurana qədər yoxsulluq və məhrumiyyət içində böyümüşdü. Atası Seit Osman Kerçdə fəaliyyət göstərən metallurgiya zavodunda işləyirdi.
Asim Abbasov
Asim Rasim oğlu Abbasov (26 may 1987, Hacırüstəmli, İmişli rayonu – 28 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. == Hərbi xidməti == Asim Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asim Abbasov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Asim Bayramov
Asim Yusif oğlu Bayramov (11 mart 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı polkovnik, Birinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Asim Bayramov 11 mart 1952-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə Nərimanlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1968-ci idə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1968-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinin əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə isə institutu mühəndis elektromexanik ixtisası üzrə bitirmişdir.SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra 1975-ci ilin avqust ayından 1977-ci ilin 10 fevralına kimi Gəncə şəhərində elektrik quraşdırma idarəsində mühəndis işləmişdir. == Hərbi xidməti == 1973-cü ilin 1 iyul tarixində Bakı şəhər Nərimanov rayonu hərbi komisarlığından ehtiyatda olan zabit kimi iki illik həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini 21 avqust 1973-cü ildən 58818 saylı hərbi hissdə rabitə bölüyünün komandiri vəzifəsindən başlamışdır. 1974-cü ilin 10 oktyabr-20 dekabr tarixlərində hərbi hissənin məxfi rabitə aparatı tağımının redoreleyni-kabelni bölüyünün komandiri olmuş, 1974-cü ilin 20 dekabrından 1975-ci ilin 5 iyul ayına kimi 58818 saylı hərbi hissənin qərargah rəisinin səfərbərlik işi üzrə köməkçisi vəzifəsində hərbi xidmətini davam etdirmişdir. 5 iyun 1975-ci ildə xidmət müddəti başa çatdığına görə, Zaqafqaziya hərbi dairəsinin komandanlığının 25 may 1975-ci il tarixli 079 saylı əmri ilə baş leytenant hərbi rütbəsi verilməklə SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 10 fevral 1977-ci ildə SSRİ Müdafiə Nazirinin 02 saylı 4 yanvar 1977-ci il tarixli əmri ilə yenidən hərbi xidmətə çağırılmış, 3 mart 1977-ci ildən Gəncə şəhər hərbi komisarlığında 1-ci şöbə rəisinin köməkşisi, 18 noyabr 1978-ci ildən 16 noyabr 1982-ci ilə kimi isə 2-ci şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir. 1982-ci ilin noyabr ayının 16-dan Mingəçevir şəhər hərbi komisarlığının 2-ci şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, 1983-cü ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin səfərbərlik üzrə mərkəzi təkmilləşdirmə kursunu qurtarmışdır.
Asim Cəfərli
Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub. 2 bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Cəlilov
Asim Cəlilov (d. 18 avqust 1936) — Əməkdar jurnalist == Həyatı == Asim Cəlilov 18 avqust 1936-cı ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. == Fəaliyyəti == “Molodyoj Azerbaydjana” qəzetində (1967-1972), “Azərbaycanfilm” kinostudiyasında, “Bakinski raboçi” qəzetində (1991-1995) baş redaktor vəzifəsində işləyib. == Ad == Əməkdar jurnalistdir.
Asim Mehdiyev
Asim Yaqub oğlu Mehdiyev (1 yanvar 2001, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu – 7 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Asim Mehdiyev 1 yanvar 2001-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. 2007–2018-ci illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Asim Mehdiyev 2019–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Azərbaycan Ordusunun əsgəri olan Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Asim Mollazadə
Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru. == Həyatı == Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur. 1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.
Asim Qazıyev
Qazıyev Asim İsa oğlu — Ədəbi Yazarlar Birliyinin rəhbəri. == Həyatı == Asim Qazıyev 1926-cı il 10 may tarixində Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kiravabad Pedaqoji institutunun (Gəncə Pedaqoji universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb. Gəncəbasar Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb. Asim Qazyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb, sevilib.
Asim Quliyev
Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Süleymanov
Asim Məhərrəm oğlu Süleymanov (18 fevral 2001, Xoşbulaq, Daşkəsən rayonu – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Süleymanov 18 fevral 2001-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir və Gəncə Dövlət Regional Kollecində “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına daxil olmuşdur. == Hərbi xidməti == Asim Süleymanov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Asim Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Süleymanov 4 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Xudiyev
Asim Xudiyev — .sovet futbolçusu, müdafiəçi. FIFA referisi, UEFA müfəttişi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 212 dəfə baş hakim olmuşdur.
Asim Əliyev
Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Ərdəbili
Asim Ərdəbili, Salih Asim Kəffaş, Pərviz kimi tanınan, və şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindəndir ki, Ərdəbil şəhərində anadan olub və Azərbaycan dilində şeirlər yazır.
Asim Hüseyn
Asim Hüseyn (28 noyabr 1953, Kəraçi, Sind[d]) səhiyyə, təhsil və Pakistan siyasəti sahələrində Pakistan əsilli Kanadalı fəal. O, Kəraçidəki Ziauddin Xəstəxanalar Qrupunun sədri və Pakistanın Neft və Təbii Sərvətlər Nazirliyi üzrə baş nazirin keçmiş müşaviridir. O, 2009–2015-ci illərdə Pakistan Xalq Partiyasının tərkibində Pakistan Senatının üzvü olub.Təhsil və səhiyyə sahələrində xalqa xidmətlərinə görə 2005-ci ildə Sitara-i-İmtiaz, 2013-cü ildə isə Nişan-e-İmtiaz mükafatları ilə təltif edilmişdir. == Həyatı == Hüseyn 28 noyabr 1953-cü ildə Karaçidə anadan olub. İlk təhsilini Karaçi Qrammatika Məktəbində daha sonra Petaro Kadet Kolleci və Dau Tibb Kollecində təhsil aldıqdan sonra aldıqdan sonra təhsilinə Avropada davam etdirmişdir.O, filosof Sir Ziauddin Əhmədin nəvəsidir. == Karyerası == Hüseyn 2008-ci ilin mayından 2009-cu ilin noyabrına qədər Federal Nazir statusu ilə Milli Yenidənqurma Bürosunun sədri vəzifəsində çalışıb. 2008-ci ilin noyabrından 2009-cu ilin avqustuna qədər baş nazirin Neft və Təbii Sərvətlər üzrə müşaviri/federal naziri kimi fəaliyyət göstərib. 12 dekabr 2009-cu ildən Pakistan Prezidentinin fəxri şəxsi həkimi idi. 2011-ci ilin mayından 2013-cü ilin mayına qədər Federal Neft və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsini icra edib.Hüseyn 27 avqust 2015-ci ildə Pakistan ordusunun Kəraçi şəhərində başlatdığı əməliyyat çərçivəsində səlahiyyətlilər tərəfindən saxlanılıb.O, 2014-cü ildə Sinddə Ali Təhsil Direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildə ikinci müddətə yenidən təyin edilib.
ASIMO
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir. ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur. 2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır.
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Asima Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
Asim Quliyev (rəssam)
Asim Rzaqulu oğlu Quliyev (d. 9 yanvar, 1936) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısı, Azərbaycan Respublikasının Əməkdar rəssamı. == Həyatı == Quliyev Asim Rzaqulu oğlu 9 yanvar 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1964-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. 1969-1970-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarında təhsilini davam etdirmişdir. Asim Quliyev 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısıdır. Asim Quliyev Vaqif Nəzirov ilə birlikdə 1978-ci ildə "Sülh göyərçini" (Sumqayıt) monumental abidəsini işləmişdir. Həmin əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. "İmadəddin Nəsiminin" (Sumqayıt, Nəsimi adına parkda), Vaqif Mustafazadənin və qızı Əzizənin Asim Quliyevin heykəltaraşlıq portretlərindəndir.
Asim Quliyev (əsgər)
Asim Bəkir oğlu Quliyev (2 mart 1996, Bakı – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002–2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Subay idi. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olub. == Hərbi xidməti == Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.
Asim Əliyev (əsgər, 1998)
Asim Asəf oğlu Əliyev (17 sentyabr 1998, Əsədli, Sabirabad rayonu – 14 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Əliyev 1998-ci il sentyabr 17-də Sabirabad rayonunun Əsədli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Asim Əliyev oktyabrın 14-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Əliyev (əsgər, 1999)
Asim Nuru oğlu Əliyev (7 sentyabr 1999, Düz Qırıqlı, Tovuz rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Əliyev 1999-cu il sentyabrın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2006–2017-cı illərdə Düz Qırıqlı kənd tam orta məktəbində, 2017–2018-ci illərdə Azəbaycan Texnologiya Universitetində "Marketinq" ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini dayandırıb. Subay idi. == Hərbi xidməti == Asim Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Əliyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anime musiqisi
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. == Həyatı == Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası - . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. == Tarixdəki əsas nümayəndələri == Tonyukuk (çin. 阿史德元珍) - Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) - Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Charlotte (anime)
Charlotte (シャーロット, Shārotto, azərb. Şarlotta‎) — Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir. Anime serialının fikir müəllifi Cun Maedadır.
K (anime)
K (ケイ, Key, həmçinin K Project adı ilə tanınır) — 2012-ci ildə Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən çəkilmiş anime serialı. MBS-də 5 oktyabr 2012-ci ildən 28 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Anime serialı Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır. Prikvel manqası "K: Memory of Red" Yui Kuroe tərəfindən çəkilmişdir və 28 may 2012-ci ildən 15 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Aria" jurnalında serializasiya olunmuşdur. Digər prikvel manqası "K: Stray Dog Story" Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ilin noyabrından 2013-cü ilin martına kimi nəşr olunmuşdur. Üçüncü manqa "K: Days of Blue" 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi, dördüncü manqa "K: Countdown" 2014-cü ilin dekabrından 2015-ci ilin iyuluna kimi Kodansha nəşriyyatının "Aria" jurnalında yayımlanmışdır. Beşinci manqa "K: Missing Kings" "Monthly G Fantasy" jurnalında 2015-ci ilin aprelindən avqustuna qədər çap olunmuşdur. Bundan əlavə beş manqa seriyası — "K: The First", "Gakuen K", "K: Lost small world", "K: Dream of Green" və "K: Return of Kings" hazırda nəşr olunur. "K Side:Blue" və "K Side:Red" adlı iki ranobe 2012-ci ilin oktyabr və noyabr aylarında çapdan çıxmışdır.
Paprika (anime)
Paprika (パプリカ, Papurika) — 1993-cü ildə Yasutaka Tsutsui tərəfindən yazılmış eyniadlı kitabın əsasında çəkilmiş 2006-cı il istehsalı tammetrajlı animesi. == Məzmun == Yaxın gələcəkdə ixtira edilmiş yuxu maşını insanlara bir birinin yuxularına girmək imkan verir. Bu maşın oğurlanır və onu qaytarmaq lazım. == Qəbulu == === Mükafatları və nəmizədləri === Paprika aşağıdaki mükafatları və nəmizədləri almış: == Film adaptasiyası == 2010-cu ildə Volfqan Petersen rejessorluğu ilə animenin film adaptasiyası hazırlanırdı. Fəqət, həmin il oxşar məzmunlu Başlanğıc filmi üzə çıxandan sonra filmin hazırlanması haqqında hər hansı sa yeni məlumat olmayıb.
Ponyo (anime)
«Sıldırım qaya üzərindəki Ponyo» (崖の上のポニョ, Gake no Ue no Ponyo, ing. Ponyo on the Cliff by the Sea) — Studio Ghibli-də Hayao Miyazakinin ssenarisi və rejissorluğu ilə 2008-ci ildə çəkilmiş tammetrajlı anime-film. Bu, onun Ghibli-də səkkizinci, ümumilikdə isə onuncu filmidir. == Məzmun == Hekayə iki beşyaşlı uşaq, Soske adında oğlan və Ponyo balığı haqdadır. Soske və anası sıldırım qayanın üstəndə dəniz mənzərəsi olan evdə yaşayırlar. Soskenın atası balıqtutan gəminin kapitanıdır və evdə nadir hallarda olur. Ponyo çoxsaylı bacıları ilə okeanın dibində dəniz cadugarının evində yaşayır. Bir gün Ponyo insanlara baxmaq üçün evdən gedir və şüşə bankaya düşür. Bu halda onu sahildə Soske tapır. Ponyo Soskeya vurulur və insan olmaq arzusuna gəlir.
Veb-anime
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların,hadisələrin,obyektlərin,ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili,qurğu,oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim NəbiyevRasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001)Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Simgə
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.