Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Assuva
Assuva — Anadolunun qərbində konfederasiyası. Bu, hetlərə qarşı müharibə aparmaq üçün yaradılmışdır və e.ə.. 1230-cu ildə IV Tudxaliyanın başçılıq etdiyi het ordusu tərəfindən məğlub edilmişdir. Helmut Bossert sonradan yaranmış Asiya adının Assuvadan gəldiyini, bu adın əvvəlcə yalnız Anadoluya aid ediliyini və Makedoniyalı İsgəndərin yürüşləri dövründə Yunanıstanın şərqindəki torpaqların hamısını ifadə etdiyini irəli sürmüşdür. == Üzvlərin siyahısı == IV Tudxaliyanın "Annallar"ında koalisiyanın tərkibi göstərilmişdir. Siyahı cənubdan şimala doğru verilmişdir: adı "-ugga" və ya "-luqqa" ilə bitən ölkə. Kispuva ( Kispuwa ). Unaliya ( Unaliya ). başlıq zədələnib. Tura (Dura).
Aksum
Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις və Αὔξουμις) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015) turizm şəhəridir.Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi. Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur. == Tarix == Axum, Roma dövrü yazılarının ən erkən qeydlərində üzə çıxan və Aksum İmperiyası adlanan dəniz ticarəti gücünün mərkəzi idi.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Assur
Qədim Aşşur (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış qədim dövlət. Daha sonralar, Aşşur imperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir. Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu.
Atsumi yarımadası
Аtsumi yap. 渥美半島 (Atsumi-hanto) — Yaponiyanın Aiçi prefekturası ərazisində yerləşir. Honşu adasının şərq hissəsində Sakit okeanının sahillərində qərar tutur. Əsas şəhərləri Tahara və Toehasi. == Mənbə == Japan:An Illustrated Encyclopedia.
Aksum Krallığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Aksum padşahlığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Aksum çarlığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Assam Universiteti
Assam Universiteti (assam. আসাম বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Silçar şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Assam dili
Assam dili (assam. অসমিয়া [asamiya]) — Hind-Avropa dillərinin hind-ari qrupuna daxil olan dil. Əsasən Hindistanın şimal-şərqi ştatı olan Assamda və ona qonşu ştatlarda yaşayan təxminən 15 milyon insanın ana dili. Assam dilində danışan azlıqlar eləcə də Banqladeşdə və Butanda yaşayırlar.
Assur dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Assam zəlzələsi (1897)
Assam zəlzələsi — 12 iyun 1897-ci ildə baş vermiş zəlzələ.12 iyun 1897-ci ildə saat 17.15 dəqiqədə Benqal körfəzindən və Kəlküttədən şimalda, Assam əyalətində baş verən şiddətli zəlzələdən 350000 km² sahədə dağıntılar olmuş, o cümlədən təxminən 75000 km² sahədə bütün daş evlər uçmuşdur. Zəlzələ 4 milyon km² sahədə hiss edilmişdir. 25000 km² sahədə torpağın şiddətli deformasiyası müşahidə edilmişdir. Bundan əlavə 100000 km² sahədə torpaqda yarıqlar əmələ gəlmişdir. Yeraltı zərbələr nəticəsində əmələ gələn inersiya qüvvəsi yerin cazibə qüvvəsinin təxminən yarısına bərabər olmuşdur. Torpağın rəqs amplitudası 30 sm-ə qədər çatmışdır. Yerin səthində dəniz dalğalarına bənzər "Yer dalğaları" müşahidə edilmişdir. Bəzi yerlərdə qum və xırda daşlardan fəvvarə əmələ gəlmişdir. Bir neçə ev damına qədər torpağa gömülmüşdür. Çaylar öz istiqamətini dəyişmiş, şəlalələr əmələ gəlmişdir.
Sanzoku no Musume Rōnya
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. == Keçidlər == Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Fransisko Paskual Obama Asue
Fransisko Paskual Ayqu Obama Asue (fr. Francisco Pascual Eyegue Obama Asue; port. Francisco Pascual Eyegue Obama Asue; isp. Francisco Pascual Eyegue Obama Asue; 21 aprel 1949) — 23 iyun 2016-cı ildən etibarən Ekvatorial Qvineyanın Baş naziri vəzifəsini icra edən siyasətçi. == Fəaliyyəti == Baş nazir postunu tutmazdan öncə o, Səhiyyə və Sosial Təminat Naziri, eyni zamanda Ticarət Naziri olmuşdur. Ticarət Naziri olduğu müddətdə İspaniyanın idxalçı şirkətləri ilə işləyən qonşu ölkə Kamerunda istehsal olunan məhsulların idxalını qadağan etdiyi bilinir. 2015-ci ildə Baş nazir təyin olunandan bəri, dövlət idarəçiliyində korrupsiya artdı və prezident məsləhətçiləri və də daxil olmaqla, kabinet üzvlərinin əksəriyyəti ən yüksək vəzifələri daşıyan təcrübəsiz insanlardan təşkil edildi.
Aşsüzən
Aşsüzən — kiçik deşikləri olan qazana bənzər, mətbəx avadanlığı. Bərk cismlərlə mayeni bir-birindən ayırmaq üçün istifadə edilir.
Alsürmə (Xoy)
Alsürmə (fars. ‎‎السرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. == Həyatı == Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. == Elmi fəaliyyəti == M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (1951, Naxçıvan) — AMEA-nın müxbir üzvü (2017), texnika elmləri doktoru, professor. == Həyatı == Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. 1999-cu ildə Bakı Dövlət Universitetində “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə «Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, texnika elmləri doktorudur.
Aşşur (tanrı)
Aşşur- (akkad. ) assuriya, şumer-akkad mifologiyalarında müharibə, dava tanrısı.
Fatimə-i Məsumə Türbəsi
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir. Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir. Vəfat edəndə hələ cəmi 28 yaşında idi. == Memarlığı == Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir. Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.
Sumə’ə səra
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).