Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtorizasiya
Avtorizasiya — Bank işində elektron sənədi, kartoçkanı, yaxud özünü təqdim edən şəxsin səlahiyyətlərinin və ya müəllifliyinin təsdiq edilməsi. Adətən elektron sənədlərin avtorizasiyası, maqnitli və ya prosessorla kartoçkaların və bank sisteminin xüsusi istifadəçilərinin bilavasitə onların fiziki parametrlərinə görə avtorizasiyası fərqləndirilir. Avtorizasiya - kompüter şəbəkələrində icazələrin idarə edilməsi subyektlərin (istifadəçi və proseslərin) obyektlər (informasiya və digər kompüter resursları) üzərində yetinə yetirə biləcəyi əməliyyatları müəyyən etməyə və onlara nəzarət etməyə imkan verir. İcazələrin məntiqi idarə edilməsi (icazələrin fiziki idarə edilməsindən fərqli olaraq) proqram vasitələri ilə realizə olunur. Məsələnin formal qoyuluşu belədir. Subyektlər məcmusu və obyektlər toplusu var. İcazələrin məntiqi idarə olunması hər bir (subyekt, obyekt) cütü üçün yolverilən (mümkün) əməliyyatlar çoxluğunu müəyyən etməkdən və qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. (Subyekt, obyekt) münasibətini cədvəl şəklində təsvir etmək olar. Cədvəlin sətirlərində subyektlər, sütunlarında obyektlər sadalanır. Sətir və sütunların kəsişdiyi xanalarda verilən icazə növləri və əlavə şərtlər (məsələn, vaxt və hərəkətin məkanı) yazılır.
Avtorotasiya
Avtorotasiya (avto… lat. rotatio – fırlanma ) – 1) helikopter və ya avtojirin iş rejimi; onların daşıyıcı vintinin sürətli hava axınının təsiri altında fırlanması. Uçan aparatların güc qurğusu imtina etdikdə (və ya mühərrikin işi dayandırıldıqda) aparat enməyə başlayan zaman daşıyıcı vint avtorotasiya rejiminə keçir. Bu vaxt uçan aparatlarının potensial enerjisinin azalması nəticəsində vintin fırlanması (qaldırıcı qüvvənin yaranması) üçün lazım gələn enerji alınır. Avtorotasiya rejimində daşıyıcı vintin qaldırıcı qüvvəsi, demək olar ki, uçan aparatlarının ağırlıq qüvvəsinə bərabər olur; vintin valındakı fırlanma momenti isə sıfra yaxınlaşır. Bu vəziyyət mühərriki işləməyən avtojir və ya helikopterə az mailliklə, ehmalca və təhlükəsiz enməyə imkan yaradır. 2) Uçuş zamanı qaz — turbin mühərrikinin rotorunun sürətli hava basqısının təsiri altında (yanma kamerasındakı yanacaq yanmadan) fırlanması. 3) Təyyarənin hava vintinin güc qurğusu uçuş zamanı imtina etdikdə (və ya işi dayandırıldıqda) vintin sürətli hava axınının təsiri altında fırlanması. Avtorotasiya uçuş zamanı böyük aerodinamik müqavimət yaratdığından, təyyarə uçuşda olarkən bu rejim əlverişsizdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Faktorizasiya
Faktorizasiya — riyaziyyatda vuruqlara ayırma. Bir çoxhədlinin, tam ədədin və ya matrisin müəyyən komponentlərin hasili şəklində yazılmasıdır. Məsələn, 15 ədədi 3 və 5 rəqəmlərə faktorizasiya olunur (15=3x5), ya da x2−4 polinomu (x — 2) (x + 2) şəklində yazıla bilir x2−4 = (x — 2) (x + 2).
Valorizasiya
Valorizasiya (fr. valorisation; valoir — "qiymətləndirmək, təqdir etmək") — malların, qiymətli kağızların, valyutanın, pensiyaların, sosial ödənişlərin və digər kapitalın yenidən qiymətləndirilməsi və ya dəyərinin artırılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər. "Kapitalın valorizasiyası" anlayışını K. Marks "Kapital"ın birinci cildinin 7-ci fəslində təqdim etmişdir. Alman dilində orijinal termin "Verwertung" (və ya "Kapitalverwertung") kimi səslənir, bu da təxminən "kapitaldan istifadənin (istifadənin) artması" kimi tərcümə edilə bilər. Müasir iqtisadi cəmiyyət fransızca "valorizasiya" terminini qəbul etmişdir. Fransız termini "əsas kapitalın artırılması prosesi" kimi tərcümə olunur. Marksın və Engelsin əsərlərinin ikinci sovet nəşrində bu termin işlədilmir, söz "dəyərin/kapitalın (öz-özünə) artması prosesi" kimi tərcümə olunur. Karl Marks kapitalist istehsal prosesini istifadə dəyərinin yaradılmasının əmək prosesi və verilmiş dəyər üçün yeni dəyər yaratmaqla dəyər yaratma prosesi kimi müəyyən etmişdir. Bununla belə, kapitalistin məqsəd kimi dəyərinin yaradılması deyil. Kapitalist öz kapitalını daim artırmaq istəyir.