AVTORİTAR
AY
OBASTAN VİKİ
Avtorizasiya
Avtorizasiya — Bank işində elektron sənədi, kartoçkanı, yaxud özünü təqdim edən şəxsin səlahiyyətlərinin və ya müəllifliyinin təsdiq edilməsi. Adətən elektron sənədlərin avtorizasiyası, maqnitli və ya prosessorla kartoçkaların və bank sisteminin xüsusi istifadəçilərinin bilavasitə onların fiziki parametrlərinə görə avtorizasiyası fərqləndirilir.Avtorizasiya - kompüter şəbəkələrində icazələrin idarə edilməsi subyektlərin (istifadəçi və proseslərin) obyektlər (informasiya və digər kompüter resursları) üzərində yetinə yetirə biləcəyi əməliyyatları müəyyən etməyə və onlara nəzarət etməyə imkan verir. İcazələrin məntiqi idarə edilməsi (icazələrin fiziki idarə edilməsindən fərqli olaraq) proqram vasitələri ilə realizə olunur. Məsələnin formal qoyuluşu belədir. Subyektlər məcmusu və obyektlər toplusu var. İcazələrin məntiqi idarə olunması hər bir (subyekt, obyekt) cütü üçün yolverilən (mümkün) əməliyyatlar çoxluğunu müəyyən etməkdən və qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. (Subyekt, obyekt) münasibətini cədvəl şəklində təsvir etmək olar. Cədvəlin sətirlərində subyektlər, sütunlarında obyektlər sadalanır. Sətir və sütunların kəsişdiyi xanalarda verilən icazə növləri və əlavə şərtlər (məsələn, vaxt və hərəkətin məkanı) yazılır. İcazələrin məntiqi idarə edilməsi mövzusu – informasiya təhlükəsizliyi sahəsində ən mürəkkəb mövzudur.

Digər lüğətlərdə

антиклерикали́зм джи́нсы личи́ночный некомпле́кт похуда́лый разноро́дность соскрёбывать шла́ковый десятивёрстка инвести́тор несу́щая поверхность самолёта переассигно́вывание политическая эконо́мия примитизи́ровать пролифика́ция рю́шный теку́щий термоста́тный bio-bubble foreseeing hilarious multipartite ozonesonde unbend бронзовый