Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Axtaxana
Axtaxana (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Axtaxana (Qafan) — Qafan rayonunda kənd. Axtaxana (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.
Laxtalanma
Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi. Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Axtaxana (Cəlilabad)
Axtaxana — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli «padar» tayfasının bir qolu olan «axtaçı» tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan «çı» şəkilçisi düşmüşdür. «Xana» isə ev məkan bildirir. == Toponimikası == Cəlilabad r-nunun Ağdaş inzibati ərazi vahidində kənd. Göytəpə çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Oykonim axta və xana sözlərindən düzəlib, "heyvanların axtalandığı yer; at saxlanan yer" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi vaxtilə Göytəpə çayı boyunca keçən köç yolunda yerləşən axtaxanada salındığı üçün belə adlandırılmışdır. Ermənistan və Özbəkistan toponimiyasında da Axtaxana oykonimləri qeydə alınmışdır.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Axtaxana (Salmas)
Axtaxana (fars. اخته خانه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (129 ailə).Əhalisi yerli azərbaycan türklərindən ibarətdir. == Coğrafi yerləşməsi == Salmas şəhristanının mərkəzi bölgəsinin Ləkistan kəndistanında, Salmas şəhərindən 8 km cənub-şərqdə, Salmas-Urmiya avtomobil yolunun üstündədir.
Ortalama xərc
Ortalama xərc (ing. average cost) — məhsulun həcminə bölünən və ya orta sabit və orta dəyişkən xərclərin cəminə bərabər olan firmanın ümumi xərcləri. (АС=AVC+AFC) == Tərifi == K. R. Makkonellu və S. L. Brüyə görə, orta xərclər - firmanın istehsal etdiyi məhsulların miqdarına bölünən ümumi xərclər də sabit və dəyişkən xərclərin cəminə bərabərdir . Orta dəyişkən xərc (ing. average variable cost) — firmanın dəyişən xərclərinin ümumi həcmi, istehsal olunan məhsulların miqdarına bölünür. Orta sabit maya dəyəri (ing.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Atlama (mifologiya)
Atlama — Mifoloji bir termin olaraq fövqəladə səfər deməkdir. Ümumi olaraq sıçrayaraq bir maneəni aşma, ayaqların yerdən kəsilməsiylə birlikdə başqa bir yerə olma deməkdir. Lakin xüsusilə Türk nağıllarında və mifologiyasında iştirak edən söylencelerde başqa aləmlərə keçmək, ölçü dəyişdirmək mənasında istifadə edilər. Yeraltına atlama yolu ilə gedilər. Atlamada bu dünya ilə digər dünya arasındakı sərhədlər ortadan qalxar. Atlama üç yolla həyata keçirilir. Quş və ya başqa bir heyvan cildinə girərək. Bu şəkildə bir çox mənfi xarici faktorun varlığı zərər verə bilməz. İnsanların və ya kötücül varlıqların diqqətini çəkmədən sürətli bir şəkildə o biri aləmə gedilər. Fövqəladə bir heyvana minib səfər edərək.
Aşağı Axtala
Aşağı Axtala / Gümüşxana , Axtala (erm. Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1939–cu ildə işçi qəsəbəsi, 1995–ci ildə isə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən yaxınlığındaki kurort kəndi ilə birlikdə "Axtala bələdiyyəsi"ni (erm. Ախթալայի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 2.092 nəfərdir, şəhərdən 3 km aralıda yerləşən və onunla eyni bələdiyyəyə daxil olan (adsız) kurort kənddə isə cəmi 14 nəfər əhali yaşayır.
Paraşütlə atlama
Paraşütizm — kafi bir yüksəklikdən atlanılılması nəticəsi paraşüt adı verilən parçanın etibarlı bir sürətdə yerə enmək məqsədiylə açılması olaraq reallaşan əyləncə idmanıdır. == Quruluşu == Paraşütçülər əksəriyyətlə təyyarədən atlar və ümumiyyətlə düzlüklərə və açıq bir göyə ehtiyac duyarlar. Kiçik bir aerodromdan yola çıxılar və paraşütçülər təxminən 4000 metr yüksəklikdə təyyarədən atlarlar. Əksəriyyətlə "qarın aşağı" mövqedə bir müddət sərbəst düşərlər. 760 metr ətrafında tam şişəcək şəkildə paraşütlərini açarlar. Paraşütçülər, təyin olunmuş bir sahəyə enməyi məqsədlər. Paraşütçülər sərbəst eniş əsnasında saatda 190 km və üzəri sürətlərdə hərəkət edər. İstifadə etdikləri paraşütlər bu şərtlərdə açılmağa dözə biləcək şəkildə hazırlanmış və özbaşına şüşən qanad paraşütləridir. Ana paraşüt pozular və ya açılmazsa vəsaitdəki avtomatik bir sistem dövrəyə girər və ehtiyat paraşüt açılar. Paraşütlər də sərbəst atlaçıların süzülməyi idarə etmək və yerə etibarla enə bilmək üçün istifadə etdikləri istiqamətləndirmə kordonları və qulpları vardır.
Yuxarı Axtala
Yuxarı Axtala (erm. Վերին Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin Köhnə Axtala (rus. Ахтала старая) kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Bendik kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 19 nəfərdir.
Aktivləşdirilmiş laxtalanma müddəti
Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) - laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır. Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80-100 saniyədir. Bu o deməkdir ki qan 80-100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400-600 saniyə olması labüddür.
Salar de Atakama
Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı Laskar. Onların çoxu şoranlığın şərqində yerləşir. == Təsviri == Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²) və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür.
Axtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Axtarma-Paşalı palçıq vulkanı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Paşalı Axtarma palçıq vulkanı
Paşalı Axtarması palçıq vulkanı -respublikamızda olan ən iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Bu palçıq vulkanında Osmanbozdağ palçıq vulkanı kimi antiklinalın Böyük hərəmi, Kiçik hərəmi və Qalamədin kəsişdiyi düyündə yerləşir. Bu vulkan relyefdə Ləngəbiz silsiləsinin bir qədər alçalmış gədik hissəsinə uyğun gəlir. Şirvan düzündən 300 m, Pirsaatçayın dərəsindən isə 140 m ucalır. Vulkanın krateri dairəvi formaya yaxın olub vallarla haşiyələnmişdir. Bu valların nisbi yüksəkliyi 5-10 m-ə çatır. Paşalı Axtarması palçıq vulkanı da respublikamızın ən iri və uca (299,5m) palçıq vulkanından biri olduğundan o da aşağı Bakı dövründən başlayaraq dəniz altından azad olmağa başlamışdır. Bu palçıq vulkanı zirvəsi səviyyəsində, ondan cənuba və şimala doğru Ləngəbiz silsiləsinin qərb yamacında aşağı Bakı yaşlı dəniz terrasları intişar tapmışdır.
Torpaqlı Axtarma (palçıq vulkanı)
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı.Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.