Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayrılıqdan o yana... (film, 2013)
Ayrılıqdan o yana... qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film bəstəkar, Azərbaycanın xalq artisti, yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən görkəmli sənətkar Elza İbrahimovanın həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film bəstəkar, Azərbaycanın xalq artisti, yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən görkəmli sənətkar Elza İbrahimovanın həyat və yaradıcılığından bəhs edir.
Ayrılıq
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib. == Yaranması == Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir.Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi.
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Yol Ayrıcında (1988)
Yol ayrıcında — Azərbaycanfilmin istehsalı olan qısametrajlı sənədli film. == Məzmun == Film qeyri-adi insan — Naxçıvan Şəhər Partiya Komitəsinin keçmiş katibi K.Rüstəmov haqqındadır. O, işlədiyi partiya vəzifəsini atıb bərpaçı rəssam olur. Xalq sənəti-şəbəkə ornamentlərini yaratmaqla, o, həyatda öz yerini tapır, yaradıcılıq sevincini duyur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Valeri Kərimov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ayrılıq (film, 1995)
Ayrılıq qısametrajlı bədii filmi rejissor Elçin Cahangirli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Əsas rolları Nailə Əliyeva və Elçin Cahangirli ifa edirlər. == Məzmun == Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Onlar illər sonra bir toy mərasimində qarşılaşırlar. Vaxtilə bir-birilərini sevən bu gənclər baş verən bəzi hadisələr səbəbindən ayrılırlar. İllər sonra bu təsadüfi görüş hər ikisinin sevgi xatirələrini canlandırır. Ancaq necə deyərlər: Ötən günə gün çatmaz, calasan da günü günə...
Yol ayrıcında (film, 1988)
Yol ayrıcında — Azərbaycanfilmin istehsalı olan qısametrajlı sənədli film. == Məzmun == Film qeyri-adi insan — Naxçıvan Şəhər Partiya Komitəsinin keçmiş katibi K.Rüstəmov haqqındadır. O, işlədiyi partiya vəzifəsini atıb bərpaçı rəssam olur. Xalq sənəti-şəbəkə ornamentlərini yaratmaqla, o, həyatda öz yerini tapır, yaradıcılıq sevincini duyur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Valeri Kərimov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Yol ayrıcında (film, 1999)
Yol ayrıcında (hind: Jaanwar (hərfi tərcüməsi: “Heyvan”)) 24 dekabr 1999-cu ildə nümayiş etdirilən, Suneel Darşan tərəfindən çəkilmiş hindi dilli döyüş filmidir. Filmdə əsas rollarda Akshay Kumar, Karisma Kapoor və Shilpa Shetty çəkilmişdir. Film kommersiya müvəffəqiyyəti qazanmış və Kumar və Shettynin zəifləmiş karyeralarında yenidən canlanma yaratmışdır. Film iki dəfə benqal dilində, bir dəfə 2001-ci ildə Banqladeşdə Mukho Mukhi adı ilə, ikinci dəfə isə Hindistanın Qərbi Benqal əyalətində 2004-cü ildə Mastan adı ilə yenidən çəkilmişdir. == Süjet xətti == Ölkədə quraqlıqdır. İnsanlar acından ölürlər. Onların arasında 10 yaşlı Bapunun anası da vardır. Oğlan boş yerə onun üçün yemək istəyir. O, qətiyyətlə anasının həyatını xilas edə biləcək bir parça tort üçün vəhşi itlərlə vuruşur. Ancaq buna baxmayaraq onun anası ölür.
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ayrılıq imiş (film, 2008)
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayrılıq bir dənizmiş... (film, 2002)
Ayrılıq bir dənizmiş... qısametrajlı sənədli televiziya filmi 2002-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film bəstəkar, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun xatirəsinə həsr olunmuşdur. == Məzmunu == Film bəstəkar, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun xatirəsinə həsr olunmuşdur.
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Ayrılığın altı dərəcəsi
Ayrılığın altı dərəcəsi (ing. Six degrees of separation) — təsadüfi seçilən iki şəxs arasında maksimum altı nəfərlik ayrılığın olması fikri bu teoremin əsasını təşkil edir. Bu teorem ilk dəfə 1929-cu ildə Fridyeş Karinti tərəfindən müəyyən edilib və 1990-cı ildə Con Qeyr tərəfindən yazılmış tamaşa ilə məşhurluq tapmışdı. == Tədqiqat == 2007-ci ildə 200 milyon Microsoft Messenger istifadəçisi arasında aparılan araşdırma nəticəsində bu teoremin həqiqətə xeyli yaxın olduğu sübut olunmuşdur.