1. Birbəbir, bir-bir, ayrı-ayrılıqda.
Mirqasım mollaların bəzilərinə tək-tək salam verməyə başladı.
2. Hərdənbir, arabir, bəzən, nadir.
Məni də yorduqca arabir şəhər; Muğanın seyrinə çıxıram tək-tək.
[Coğrafiya müəllimi] ancaq tək-tək hallarda gimnazistlərə yüksək qiymət verərdi.
3. Birgə deyil, ayrı-ayrılıqda bir-bir, ayrıayrı.
Hamı tək-tək gəlib Cəfərqulu ilə əl-ələ görüşdü.
Bu quşlar çox vaxt təktək, bəzən də cüt-cüt gəzər, …yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar.
4. Adda-budda, bir-birindən aralı.
Ötədəbəridə tək-tək ulduzlar fərq edilirdi.
Külək ağacları gətirir dilə; Fənərlər alışır yollarda tək-tək.