Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azonallıq
Azonallıq - Müəyyən təbii zona üçün tipik olmayan mənzərə, hadisə və ya prosesə deyilir. Azonallıq başlıca fiziki- coğrafi qanunauyğunluqlardan biridir. Azonallıq relyef xüsusiyyətindən, mütləq hündürlükdən rütubətlikdən və başqa amillərdən asılıdır. Azonallıq zonallıqla bərabər regional təbii komplekslərin formalaşmasını müəyyən edir. == Həmçinin bax == Tebii zonaAzonallıq introzonallıqla eynilik təşkil etməsədə, introzonallıq azonallığın müəyyən təsirlərini özündə saxlaya bilir.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, qulaq as) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Zoğal
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Anomal uşaqlar
Anomal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar. Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır. Uşaqda hər hansı bir pozğunluğun (məs., qulağın birinin eşitməməsi) olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər. Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir. Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli [[Təsir|təsirlər](intoksikasiya, alkoqol, bətn daxili infeksiya, travma), həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin (meningit, poliomelit və s.), travma, intoksikasiya və s. nəticəsində yaranır.
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Azna
Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi. Bu şəhərin binasın gürcülər qoyublar. Azna sözünün kökü gürcüdür və aznauri sözündən alınıb.
Adi zoğal
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
Alona Koşevatskiy
Alona Koşevatskiy (d. 8 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. Alona Koşevatskiy 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Koşevatskiy həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Alona Koşevatskiy 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Aznay (İşembay)
Aznay (başq. Аҙнай, rus. Азнаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 28 km, kənd sovetliyindən (Urqe Etkol): 5 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 45 km.
Aznaş (Uçalı)
Aznaş (başq. Аҙнаш, rus. Азнашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 35 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Ağ zoğal
Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır.
Sonal Çauhan
Sonal Çauhan (ing. Sonal Chauhan) — Hindistan aktrisası.
Yohanna Donal
Yohanna Donal (alm. Johanna Aloisia Dohnal‎; 14 fevral 1939, Vyana – 20 fevral 2010) — müxtəlif illərdə Vyana Bələdiyyə Şurasının və Vyana Landtağının üzvü, Avstriya Parlamentinin aşağı palatasının üzvü və Avstriyanın üç federal hökumətində federal nazir, siyasətçisi və ictimai xadimi. Avstriyanın qadın məsələləri üzrə ilk federal naziri. == Bioqrafiyası == Yohanna Vyanada anadan olub. İbtidai və orta məktəbdə oxuduğu Penzinqdə nənəsi ilə birgə yaşamışdır. Donal maddi çətinliklər üzündən yeniyetməlik dövründə ali təhsil ala bilmir. 1953-cü ildən bəri "sənaye məmuru" olaraq oxuyur və çalışır. Yohanna Donal 18 yaşında, 19 illik evlilikdən sonra boşanan Franz Donal ilə evlənir. Yohanna Donal iki uşaq dünyaya gətirir - oğlu Robert (1959-2008) və qızı İngrid (1961). 22 yanvar 2010-cu ildə Donal və uzun müddət vətəndaş nikahında olduğu Annemari Aufreyter ilə Avstriyada eynicislilərin nikahlarının qanuni qüvvəyə mindiyi andan bir müddət sonra rəsmi nikah bağlayırlar.
Zoğal povidlosu
Zoğal povidlosu - zoğal püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir.Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957 ci ildə irəli sürülmüşdür.Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir.Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır.Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər.Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər.Ona görə də ,orqanizmdə hazır şəkildə,antigenlə qarşılaşmaqdan asılı olmayaraq ,milyonlarla müxtəlif reseptorlar mövcuddurlar.Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir.Adi,normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan,onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər.Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.Yəni ,antigenin özü bu prosesin induktoru və hərəkətverici qüvvəsi kimi çıxış edir. Aktivləşmiş hüceyrələr (limfositlər) bir neçə gün ərzində müxtəlif böyümə və inkişaf faktorlarının təsirindən bölünüb çoxalır(klonun ekspansiyası) və differensiasiyaya uğrayaraq effektor və yaddaş hüceyrələrinə çevrilirlər.B-limfositləri üçün bu effektor hüceyrələri plazmatik hüceyrələrdirlər.Onlar bir neçə gün ərzində intensiv sürətdə anticisimlər sintez etdikdən sonra məhv olurlar.Aktivləşmiş T-limfositləri isə bölünüb-çoxalıb,differensiasiyaya uğrayaraq sonra sitotoksikliyə malik effektor hüceyrələrinə çevrilirlər. Yaddaş hüceyrələri uzunömürlüdürlər.Onlar orqanizmdə uzun müddət dövr edir,və antigenlə yenidən qarşılaşdıqda aktivləşərək ona qarşı əvvəlkindən daha güclü immunoloji reaksiya yaradırlar.İmmunitetin yaranması məhz yaddaş hüceyrələrinin fəaliyyəti ilə əlaqədardır.
Zonalı əritmə üsulu
Zonalı əritmə üsulu bərk kristallik maddələrin ərimə üsuludur, o tərkibində olan aşqarların bərk və maye fazada müxtəlif cür həll olmasına əsaslanır. Bu metod istiqamətlənmiş kristallaşma üsulundan fərqli olaraq zonalı əritmə üsulunda nümunənin kiçik bir hissəsi əridilir və bu ərimiş hissə kütlə boyu kiçik sürətlə yerini dəyişir. Bu zaman təmizlənəcək maddədə olan aşqarlar növündən asılı olaraq kütlənin başlanğıc və ya son hissəsinə toplanır. Proses bir neçə dəfə təkrar olunmaqla təmizlənəcək kütlə yüksək təmizlik dərəcəsinə gətirilir. Aşqar tərkibindən asılı olaraq bu üsulun köməyi ilə təmizlik dərəcasi 0,00005-0,000006, bəzən isə daha artıq olan maddələri almaq mümkündür. Aşqar maye fazada yaxşı həll olduğu halda, kristal maye sərhəddində aşqarın yenidən paylanması baş verir, maye fazada aşqarın miqdarı artır və o maye faza ilə birlikdə hərəkət edərək tədricən zonanın yerdəyişmə istiqamətində yığılmağa başlayır. Nəticədə aşqar ilkin nümunənin bir hissəsində toplanır. Aşqar maye fazada pis həll olan halda isə proses nəticəsində aşqar nümunənin əks tərəfində toplanır. Xüsusi hal olaraq bəzən aşqarın maye və bərk fazada eyni cür həll olması halına da rast gəlinir. Belə maddələri zonalı əritmə üsulu ilə təmizləmək mümkün olmur.
Al-qırmızı zoğal
Al-qırmızı zoğal (lat. Cornus sanguinea) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Baltikyanı ölkələrdə təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, düz gövdəli, şaxələnmiş və ya sallaq budaqlı kol və ya ağacdır. Cavan zoğları çılpaqdır, əvvəlcə yaşıl, sonra qonur-qırmızı rəngli olur. Yaşıl zoğları boz-qırçınlıdır. Yarpaqları saplaqlıdır, uzunluğu 2-9,5 sm, eni 6 sm-ə qədərdir, üst tərəfdən parlaqyaşıl, alt tərəfdən solğundur, hər iki tərəfdən sıx qısa, iki yerə bölünmüş tükcükləri olduğuna görə kələ-kötürdür, yumurtaşəkilli-ellipsvari və ya ellipsvari, qısa sivri sonluqludur; yarpağın qaidə hissəsi dəyirmi və ya enli-pazşəkillidir; yan damarçıqlar hər tərəfdən 4-5 ədəd yerləşmişdir. Çiçək qrupu çox vaxt yastı olur, eni 6 sm-ə qədərdir, çiçək qrupunun saplaq və budağı sıxılmış tüklüdür. Ləçəkləri 5-6 mm uzunluqdadır və neştərtvari formada olub, xaricdən tüklüdür. Çiçəklənməsi may-iyun aylarına təsadüf eləyir.
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.
AZAL PFK
Şüvəlan FK— Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Anal dəlik
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Batail zona
== Batail zona == Batail zona- dəniz və okeanların batial zonasında ( sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülərə deyilir. Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%- ni örtür, əsasən materik yamaclarında yayılmışdır.
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.