Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürüşnə
Kürüşnə (lat. Vicia ervilia) -Mərciməyəbənzər çölnoxudu, lərgə cinsinə aid bitki növü.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşmə (film, 1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
Burustan
Burustan (fars. بوروستان‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Burustan Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 486 nəfər (kişilər: 221 nəfər - qadınlar: 265 nəfər) olmuşdur. Kənddə 101 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən ? km cənub-qərbdə, Givi şəhərindən ? km cənub-qərbdə, 37° 35' 26.43" şimal enində və 48° 07' 52.22" şərq uzunluğunda, dəniz səviyyəsindən 1665 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir.φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır. Xətti rəqs edən elektronlar isə rəqs istiqamətində şüa saçmır.
Buzüstü xokkey
Buz üstə xokey adından da aydın olacağı kimi buzun üzərində iki komanda/dəstələ oynanan bir idman və ya oyundur. Oyunçular hokey konkilərini geyib hokey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışarlar. Oyunçular diski (pakı) qalaya soxaraq ədəd taparlar. Komanda/dəstədə biri qapıçı olmaq üzrə altı oyunçu fasiləsiz oynayar. Əslən bir komanda/dəstədə 20dən çox oyunçu vardır. Bir oyunçu qaydaları pozuntu etsə hakim cəza olaraq komanda/dəstəs(n)i bir müddətə 5 adamla oynadar. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buz üstə xokey mövzusunda Kanada, Rusiya, İsveç, Finlandiya, Çex Respublikası, Amerika Birləşmiş Ştatları və Slovakyia qabaqda gələn ölkələrdir. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHLdəndir (Milli Xokey Liqası).
David Brüster
David Brüster (11.12.1781, Roksbro qraflığı, Cedboro – 10.2.1868, Melroz yaxınlığında Allerbi) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1815), Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvü == Həyatı == Edinburq Universitetində oxumuşdur. 1838– 59-cu illərdə Sent-Andrusda kolleclərin rəhbəri və universitetin professoru, sonra Edinburqda universitet professoru olmuşdur. 1849-cu ildən Britaniya elmlərin inkişafı assosiasiyasının prezidenti idi. == Fəaliyyəti == Əsas elmi əsərləri fiziki və tətbiqi optikaya, elmin tarixinə həsr olunmuşdur. Biroxlu və ikioxlu kristallarda işığın xromatik polyarlaşmasının təsvirini vermişdir (1813– 14). 1815-ci ildə dairəvi pol yarlaşmanı kəşf etmiş və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən etmişdir. Süni anizotrop mühitlərdə şüanın ikiqat sınması hadisəsini kəşf etmişdir. Mayaklar üçün linzalar quraşdırmış, kaleydoskop ixtira etmiş (1816) və stereoskopu təkmilləşdirmişdir. İ. Nyutonun bioqrafiyasının müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The Brewster Kaleidoscope SocietyWorks by David Brewster at Project GutenbergWorks by or about David Brewster at Internet ArchiveBrewster's (1834) "On the colours of natural bodies," Transactions of the Royal Society of Edinburgh, vol.
Le-Brüske
Le-Brüske (fr. Le Brusquet, oks. Lo Brusquet) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04036. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 976 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 671 nəfər (15-64 yaş arasında) 503 nəfər iqtisadi cəhətdən, 168 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 73.5%). Fəal olan 503 nəfərdən 461 nəfəri (239 kişi və 222 qadın), 42 nəfəri işsizdir (21 kişi və 21 qadın).
İbn Rüstə
İbn Rüstə; Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dasta kimi tanınmışdır. Mənşəcə farsdır. == Həyatı == İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir". == İstinadlar == == Mənbə == Sayyid Maqbul Ahmad.
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
Et tu, Brute?
Et tu, Brute? (pronounced [ɛt ˈtuː ˈbruːtɛ]) — azərbaycanca "Sən də mi Brut?" və ya "Hətta sən də, Brut?" kimi tərcümə olunan məşhur latın sözü. Əfsanəyə görə bu, Yuli Sezarın son sözləridir. Sitat, Uilyam Şekspirin Yuli Sezar pyesinin 3-cü aktında 1-ci səhnəsində görünür, burada Roma diktatoru Yuli Sezar öldürülərkən dostu Mark Yuni Brutu sui-qəsdçilərdən biri kimi tanıdıqdan sonra səslənir. Deyilənə görə, bu ifadənin ilk məlum nümunələri Yelizaveta dövrünə aid iki qədim pyesdə görünür; Şekspirin VI Henri 3-cü fəsil və Riçard Edesin Sezar öldürüldü adlı daha qədim pyesi. Bu ifadə əsasən bir dostun gözlənilməz xəyanətini ifadə etmək üçün istifadə olunur. Tarixi Sezarın bu sözləri söyləməsinə dair heç bir dəlil yoxdur. Tarixi Sezarın son sözləri dəqiq bilinməsə də, hadisədən bir əsr yarım sonra Roma tarixçisi Svetoni qeyd edir ki, Sezar ölərkən heç nə deməyib, lakin başqaları Sezarın Bruta son sözlərinin "sən də, övlad" və ya "sən də, gənc adam" anlamına gələn yunanca Kai su, teknon (Και συ τέκνον) ifadəsi olduğunu bildirirlər. Populyar inancın əksinə olaraq, bu sözlər Sezarın tamaşadakı son sözləri deyil, çünki dərhal sonra "O zaman Sezar yıxılsın!" deyir. == Kontekst == E.ə 44-cü il martın 15-də (Mart İdesi) tarixi Sezar, dostu və çırağı olan Brutus da daxil olmaqla bir qrup senatorun hücumuna məruz qaldı.
2011 Dünya Buzüstü Xokkey Çempionatı
2011 Dünya Buzüstü Xokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü xokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Xokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir. Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Xokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. == Ev sahibi şəhərin seçimi == Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Xokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır: Slovakiya İsveç Macarıstan FinlandiyaBir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Xokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Xokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi.
Accel World: Infinite Burst
Accel World: Infinite Burst (アクセル・ワールド INFINITE∞BURST, azərb. Sürətləndirilmiş dünya: Sonsuz partlayış‎) — 2016-cı il istehsalı elmi fantastika və döyüş anime filmi. HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılmış "Accel World" ranobe seriyasına əsaslanır. == İstehsal == 4 oktyabr 2015-ci ildə keçirilmiş Payız festivalında Dengeki Bunko ranobe seriyası əsasında Reki Kavahara tərəfindən yazılmış orijinal ssenari ilə "Accel World: Infinite Burst" adlı anime filminin çəkiləcəyini və anime filminin istehsalçı heyəti ilə seyyularının anime serialınında olduğu kimi olacağını açıqlamışdır. 2016-cı ilin fevralında "Dengeki Bunko Magazine" jurnalının 48-ci cildində filmin Yaponiya premyerasının 23 iyul 2016-cı ildə baş tutacağı anons edilmişdir. Filmin açılış mahnısı KOTOKO × ALTIMA tərəfindən ifa olunan "Plasmic Fire" mahnısıdır. == Media == === Film === Anime filmi Sunrise studiyası tərəfindən istehsal olunmuşdur. Rejissoru Masakazu Obara, ssenaristi Reki Kavahara, personaj dizayneri və animasiya rejissoru Yukiko Aykey, ekşn rejissoru Yosuke Kabaşimadır. Filmin Yaponiyada premyerası 23 iyul 2016-cı ildə baş tutmuşdur. === Ranobe === Filminin premyerasının ilk həftəsində filmi izləməyə gələnlərə Kavahara tərəfindən yazılmış "Accel World: Jump To Infinity" (アクセル・ワールド-無限への跳躍-, Accel World -Mugen e no Chōyaku, azərb.