Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəndək
Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır. Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslərUsta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri.Yaşayış məntəqələriBəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər. Bəndər Deyləm — İranın Buşehr ostanında şəhər.
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bugünəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Bəndər-Abbas
Bəndər-Abbas (fars. بندرعباس‎) — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur. Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir.Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır. == Əhalisi == 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Bəndər-Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bəndər (coğrafiya)
Bəndər- Gəncə şəhəri ərazisində dağ slsilələri üzərndə olan keçid, dağ keçidi.
Bəndər (şəhər)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Bəndər (şəxs)
Bəndər Abbas
Bəndər-Abbas (fars. بندرعباس‎) — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur. Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir.Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır. == Əhalisi == 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Bəndər Deyləm
Bəndər Deyləm — İranın Buşehr ostanının şəhərlərindən və Deyləm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19 829 nəfər və 4,426 ailədən ibarət idi.
Bəndər Deyr
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Bəndər Dəyyer
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Bəndər Genave
Bəndər Günavə — İranın Buşehr ostanının şəhərlərindən və Günavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 59,291 nəfər və 12,548 ailədən ibarət idi.
Bəndər Gəz
Bəndər Gəz- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Bəndər Gəz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,923 nəfər və 4,679 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.Qacarlar dövründə əhalisi ermənilər, ruslar və türkmənlərdən ibarət idi.
Bəndər Kung
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bəndər Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bəndər Kəngan
Kəngan və ya Bəndər Kəngan — İranın Buşehr ostanının şəhərlərindən və Kəngan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,921 nəfər və 5,200 ailədən ibarət idi.
Bəndər Lengə
Bəndər Lingə - İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəndər Lingə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,303 nəfər və 5,589 ailədən ibarət idi.
Bəndər Lingə
Bəndər Lingə - İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəndər Lingə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,303 nəfər və 5,589 ailədən ibarət idi.
Bəndər Mahşəhr
Bəndər Mahşəhr — İranın Xuzistan ostanının liman şəhərlərindən və Bəndər Mahşəhr şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 109,927 nəfər və 24,110 ailədən ibarət idi.
Bəndər Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Bəndər Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Bəndər Türkmən
Bəndər Türkmən- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Türkmən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,045 nəfər və 9,755 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar. türkmənlərdən başqa, mazandaranlılar,azərbaycanlılar, farslar,qazaxlar və s...də az sayda bu şəhərdə yaşayırlar.
Bəndər Xəmir
Bəndər Xəmir — İranın Hörmüzgan ostanının şəhərlərindən və Xəmir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,307 nəfər və 2,441 ailədən ibarət idi.
Bəndər Çarək
Bəndər Çarək — İranın Hörmüzgan ostanının Bəndər Lengə şəhristanının Sibkavə bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,958 nəfər və 609 ailədən ibarət idi.
Bender
Bender Bendinq Rodriges (ing. Bender Bending Rodríguez) — "Futurama" cizgi serialının əsas personajlarından biri. Con Di Macio tərəfindən səsləndirilib. Bender alkoqolik olması, əxlaqsız davranışlar sərgiləməsi, çox siqaret çəkməsi və qumarbaz olması ilə bilinir.
Bentem sultanlığı
Bentem sultanlığı—Yava adasının şimal-qərbində iqtidarda olan qədim bir İslam dövləti. == Tarixi == Öncələri Bentem, Yava adasının iç bölgəsində hökm sürən Hindu-Budist Pajajaran dövlətinə bağlı bir hakim tərəfindən idarə edilirdi. Bu durum, Yavanın şimal sahillərində olan Demak İslam dövlətinə bağlı bir əsgər və hakim olan Sunan Gunung Jatinin (ö. 1552) Qərbi Yavada ticari və strateji bir mərkəz qurmaq üçün hərəkətə keçməsinə qədər davam etdi. Şeyx İbn Mövlanə deyə də tanınan Jati 1522-ci ildə Bentemdən Pajajaran dövlətinin hakimini qovarak bölgəni ələ keçirdi. Onun ölümünə qədər Bentem Demak sultanlığına bağlı qaldı. Ardından taxta keçən oğlu Həssənəddin (1552-1570) Demak sultanlığından ayrılaraq Bentemi müxtəlif bir dövlət halına gətirdi. Həssənəddin zamanında Bentemin sərhəd-sınırları, Cənubi Sumatrada qara bibərin hazırlandığı Lumbang bölgəsinə qədər genişlədi. Bundan dolayı Bentem şəhəri bir qara bibər anbarı halına gəldi və Yava adasının ixracat limanlarından biri oldu. Bentemin ikinci hökmdarı Pangeran Yusuf (1570-1580) Pajajaranı ələ keçirip Yavadakı son Hindu-Budist dövlətini yıxdı və ölkəsinin sərhəd-sınırlarını daha da genişlətdi.