Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bələdçi
Bələdçi — yol göstərən, nabələd kimi isə yola müşayiət edən şəxs. Bələdçi — kiməsə yol göstərişi üçün müşayiət edən. Məsələn: dağlıq bələdçisi. Bələdçi — (dəmir yolu qulluqçusu). Bələdçi — yolda sərnişin vaqonunu müşayiət edən və sərnişinlərə xidmət edən dəmir yolu qulluqçusudur. Bələdçi — (elektrik Bələdçisi). Elektrik cərəyanını keçirən maddədir və ya belə maddədən istehsal edilmiş elektrik zəncirin elementidir. Bələdçi — zavod Bələdçisi Riqada yerləşmiş və XIX sonunda mövcud olmuş rezin məmulatlarının zavodudur. Bələdçi — Windows bələdçisi. Windows, explorer.exe istifadəçiyə fayllara giriş üçün qrafik interfeysi verən və Microsoft Windows əməliyyat sisteminin idarəsi altında işləyən kompüter proqramıdır, fayl meneceridir və iş stolu mühitidir.
Bəqərə
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Bəqərə surəsi
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Bədri Teymurtaş
Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908-1995)—İranın Avropa təhsilli ilk stomotoloq qadını, İran stomotologiyasının anası. == Həyatı == Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi. Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu. Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi. Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyə üzrə müavini olmuşdu.
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907 və ya 1907, Odessa, Xerson quberniyası[d] – 29 fevral 1968 və ya 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Saleh Bədri
Seyid Saleh Mehdi Bədri (1893, Səmərra, Səlahəddin mühafəzəsi – 1943, Bağdad) — İraq şairi və tərcüməçisi. == Həyatı == Saleh Mehdi Bədri həmin dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Samərra şəhərində anadan olmuşdur. O, burada təhsil almış, sonra Bağdadda yerləşən Əl-Rəşdiyə məktəbində təhsilini davam etdirmişdir. İraqın bir sıra şəhərlərində daşınmaz əmlak departamentlərində işçi kimi çalışmışdır. Türk dilini mükəmməl bilirdi deyə ərəb dilinə tərcümələr etmişdir. O, bununla yanaşı fransız və fars dillərini də bilirdi. İraqda ölkə miqyasında şeir müsabiqələrində mükafatlar qazanmışdır. Onun tam şeirlər toplusu oğlu tərəfindən toplanmışdır və "Arzular" adı ilə çap edilmişdir. Bədri Bağdadda vəfat etmişdir.
Məlik Bədri
Malik Babikr Badri Mohammed (ərəb. مالك بابكر بدري محمد‎; 16 fevral 1932 – 8 fevral 2021) — Sudanlı yazıçı və psixologiya professoru. O, müasir İslam Psixologiyasının banisi olub və “Müsəlman Psixoloqlarının Dilemması” və bir çox başqaları kimi nüfuzlu kitablar nəşr etdirib. Onu bəzən mehribanlıqla Baba Məlik adlandırırdılar. O, 8 fevral 2021-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində vəfat edib. O , Əhfəd Universitetini quran Babikr Bedrinin oğlu idi. Evli olub, 7 övladı var.
Əl-Bəqərə surəsi
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Həkim Məhəmməd Bəqər
Həkim Məhəmməd Bəqər (Təbriz) — == Həyatı == Həkim Məhəmməd Bəqər Təbrizdə doğulub boya-başa çatmışdı. Onun qardaşı Mir Bəqər məşhur və istedali həkim idi və Shah Abbas Səfəvinin saray həkimi vəzifəsində çalışırdı. Məhəmməd Bəqər də, qardaşi kimi, tibb sahəsində və başqa elmlərdə dərin savada malik idi. Bir müddət Təbrizdə həkim işləyəmdən sonra o, Hindistana yollanır və Əbdürrəhman Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Bu xeyriyyəçinin əməlləri bütün İran və Azərbaycana əks səda salmışdı. Xani-xanan Məhəmməd Bəqəri hörmətlə qarşılayır, onunla dostlaşır və özünün şəxsi həkimi təyin edir. Məhəmməd Bəqər ömrünün sonuna qədər orada yaşayır və böyük var-dövlət sahibi olur.
Yaqub Qədri Qaraosmanoğlu
Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı. == Həyatı == Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı. 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı. Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı.
Benderı (Moldova)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Qulamhüseyn Beqdeli
Beqdeli Qulamhüseyn Fətulla xan oğlu (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Qulamhüseyn Beqdeli 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. == Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti == Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Elvin Beqiri
Elvin Beqiri — Albaniya futbolçusu Elvin 27 sentyabr 1980-ci ildə Albaniyada dünyaya gəlib və ampulası müdafiəçidir. Karyerasına 1999-cü ildə "Vllazniya"da başlayıb. 2003-cü ildə Donetsk "Metallurq"una keçib. 2005-ci ildə Rusiyaya üz tutaraq, Vladiqafqaz "Alaniya"sı ilə anlaşıb. 2005/06 mövsümünü Təl-Əviv "Makkabi"sində keçirdikdən sonra, yenidən "Metallurq"a dönüb. 2008-ci ildə Kiyev "Arsenal"ının şərəfini qoruyub və daha sonra "Vllazniya"ya dönüb. İndiyə qədər 47 dəfə Albaniya millisinə dəvət alıb. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 250 min avro qiymət qoyub. Qeyd edək ki, Beqiri 2008-ci ildə Bakıda Azərbaycan və Albaniya yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. Həmin görüşün ilk yarısında qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır.Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. == Tarix == Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. == İqtisadiyyatı == İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir. Dərin vadilərdə düyü əkinçiliyinə əsaslanır.
Bedri Rahmi Eyüboğlu
Bedri Rahmi Eyüboğlu – (1911-ci il Görele - 21 sentyabr 1975-ci il İstanbul) Türk rəssam və şairidir. == Həyatı == Bedri Rahmi 1911-ci ildə Qaradəniz, Görele-də doğulub. O, beş uşaqlı ailənin ikinci uşağı olub. Böyük qardaşı Sabahattin Eyüboğlu tanınmış bir yazıçı idi. Kiçik bacısı Mualla Eyüboğlu isə bərpa işində çalışan ilk memarlardan biri olub. O, daha çox İstanbuldakı Topkapı sarayının Harem bölməsində etdiyi işlərlə tanınır. Atası vali vəzifəsində işlədiyinə görə, Trabzonda liseyə gəlmədən əvvəl Türkiyənin müxtəlif yerlərində yaşamışdılar. O, 1929-cu ildə İstanbulda Gözəl Sənətlər Akademiyasına girmək üçün İstanbula köçdü. 1931-ci ildə isə qardaşı ilə birlikdə Fransada təhsil almaq üçün müvəqqəti olaraq Akademiyadakı təhsilini dayandırdı. O, əvvəlcə Dijon, sonra Lyonda Fransızca öyrəndi.
Potentilla egedii subsp. yukonensis
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.