Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BMTİ
Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ — 1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı. "Moskva" mehmanxanasının binasından yayımlanırdı. Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi. 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır. Kanalın təsisçisi Mahmud Məmmədov, baş direktoru isə Elşad Quliyev olub.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Böyük Kəti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Bədi (islam)
Əl-Bədi (ər. البديع) — Allahın adlarından biri. Bütün varlıqları, həyat yoldaşı və nümunəsi olmadan, sənətkaranə bir şəkildə yaradan, misilsiz, heyrət verici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir. Səcdə surəsi (32), 7: " Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur. " Bəqərə surəsi (2) , 117 : "O, göyləri və yeri yoxdan var edicisidir və O, bir işin olmasını murad edincə , ona yalnız :" Ol! "Deyər, o da dərhal olar . " Allah (cc), " Mən yer üzündə bir xəlifə yaradacağam " (Bəqərə surəsi (2), 30.) buyurdu və yerləri, göyləri yaratmamışdan əvvəl o, "Ərş" ı sular üzərindəykən , gələcək insanların taleyini yazdı … Sonra Öz nurundan "Ya Məhəmməd ! Sen olmasan Cənnəti yaratmazdım , sən olmasan Cəhənnəmi yaratmazdım , sən olmasan dünyanı yaratmazdım !" (Üsulu -i Hədisi və qanunvericilik — ı Aliyyü'l — Kari Tərcüməsi, Əhməd Serdaroğlu , shf. 99.) buyurduğu Sevgili Peyğəmbərimizin nurunu yaratdı. O "nur " ilə " eşq" üfürüləcəkdir aləmlərə dostlar ; eşq üfürüləcəkdir.
Bədi Nişaburi
Bədi Nişaburi (fars. بدیع نیشابوری‎) (həmçinin "Şəhidlərin iftixarı") — Bab və Bəhaullahın tərəfdarı olan Əbdül-Məcid Nişapurinin oğlu. Bədi ən çox Bəhaullahın Nasirəddin Şaha ünvanladığı Lövhü şaha çatdırması, bu zaman işgəncəyə məruz qalması və 17 yaşında öldürülməsinə görə tanınır. O həmçinin Bəhaullahın qabaqcıl həvarilərindən biridir. Bədinin atası bəhai olmasına baxmayaraq, Bədi əvvəlcə qətiyyən bu yeni dindən təsirlənməmişdi. O asi və üsyankar təbiətli bir gənc idi və atası onu "ailənin naümidi" kimi təsvir edirdi. Bəhaullahın sadiq tərəfdarı Nəbili-Əzəm ilə görüşdə ondan Bəhaullahın nazil etdiyi şeirlər eşidir və ağlamağa başlayır. Təhsilini başa vuran kimi nəyi vardısa geridə buraxıb Bağdada doğru piyada səfərə çıxır, harada ki, əhəmiyyətli sayda bəhailər təqib altında idilər. Nəhayət o Mosuldan çıxaraq Bağdaddan keçməklə o zaman Osmanlının məhbəs şəhəri olan Əkkaya yollanır. Mühafizlər bəhailərin Əkkaya girişini əngəllədikləri üçün Bədi qiyafəsini dəyişərək su daşıyan kimi görünür və mühafizlərdən sıyrıla bilir.
Bədi Xeyri
Bədi Xeyri (ərəb. بديع خيري‎; 17 avqust 1893 və ya 1893, Qahirə – 1966[…] və ya 1 fevral 1966) — Misir dramaturqu.
Bəni-Abbas
Bəni-Abbas (ərəb. بني عباس‎) — Əlcəzairin qərbində şəhər, Beşar vilayətindəki Beni Abbes rayonunun inzibati mərkəzi. Beşar şəhərindən 241 kilometr (150 mil) cənubda və ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1,200 kilometr (750 mil) cənub-qərbdə, quruyan Saura çayının sol sahilində yerləşir. Şimaldan, şərqdən və qərbdən şəhər Böyük Qərbi Erq qumlu dənizi ilə, cənub və cənub-qərbdən isə Saur vadisi ilə əhatə olunmuşdur. 2009-cu il üçün əhalinin sayı 11,416 nəfərdir.
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır. Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi. Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.
Bəni-Rüstəm
Bəni-Rüstəm — Rüstəm övladı sülaləsi Bəni-Rüstəm Əlcəzairdə hakimiyyət qurmuş kiçik bir sülalə olmuşdur. Bəni-Rüstəm dövləti 755-ci ildə Abbasilərin valisi Rüstəm tərəfindən təsis edilmiş və 909-cu ilədək davam etmişdir.
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Bəni-Ziyar
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 История Ирана . Москва . 1961 .
Bəni-Əmran
Bəni-Əmran (ərəb. بني عمران‎, fr. Béni Amrane) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 123 metr (404 ft) yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 60 kilometr (37 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 25 kilometr (16 mil) cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 23162 nəfər idi.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.
Bəqi qəbiristanlığı
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Bəri bax
Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.
Bəsti Bağırova
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962, Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950). 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952). AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir. Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi (2023) Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə. Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R. Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S. Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ. Əfəndiyev), Solmaz ("Od gəlini", C. Cabbarlı), Martrio ("Dişi canavar", F. Q. Lorka), Qonerilya ("Kral Lir", V. Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç. Aytmatov və M. Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J. Rassin), Afət ("Afət", H. Cavid), Qadın ("İnsan səsi", J. Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M. S. Ordubadi) və s.
Bəsti Qasımova
Bəsti Sevdiyeva
Sevdiyeva Bəsti Sevdiyar qızı (1958, Bakı) – xanəndə, əməkdar artist. Bəsti Sevdiyar qızı 1958-ci ildə Bakı şəhəri Qaradağ rayonu Ceyildağ qəsəbəsində anadan olmuşdur. Əslən şamaxılıdır. 1965-ci ildə 224 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. Onun hələ məktəb illərindən musiqiyə, ifaçılığa çox böyük həvəsi vardır. Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmış və bir çox müsabiqələrin diplomantı, laureatı, həmçinin "Oxu tar" 1973-1975-ci illərin qalibi olmuşdur. Məhz bu müsabiqələrdə korifey sənətkarlar Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova və başqalarının iştirakı və seçimi Bəsti Sevdiyevanın gələcəkdə peşəkar xanəndə, müğənni kimi yetişməsinə dəlalət etmişdir. Artıq B.Sevdiyeva 17 yaşında Xalq artisti İ.Rzayevə anturaj olaraq M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə iştirak etmişdir. 1977-ci ildə o, M.A.Əliyev adına Az. Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir.
Bəxti (Xudabəndə)
Bəxti (fars. بختي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (56 ailə).
Kiçik Kəti
Kiçik Kəti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözünün türk dilində «dağın gün düşməyən tərəfi» mənasında işlənən kət (kat) sözünə birləşməsi əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.X.1946-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernantsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Pokraşen (Kiçik kənd) qoyulmuşdur.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Teti
Teti (e. ə. XXIV əsr – təq. e.ə. 2300) — Köhnə Padşahlıqnın VI sülalənin ilk hökmdarı.Təxminən e.ə 2347-2337 illər aralığında hökmdarlıq etmişdir. Şəxsi ad: Teti Horus adı: Hr Sehetep Tavi Nebti adı: Sehetep Nebti Qızıl Horus: Hr nebu sema Yunan dilində adı: Othoes Teti, kralın anası Seşeşetin oğludur.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Besi Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Beta Oğlaq
Beta Capricorni, β Capricorni qısaldılmış formada Beta Cap, β Cap — Capricornus bürcündə bir çox ulduz sistemi və günəşdən 328 işıq ili təşkil edir. Sistem beş ulduzdan ibarətdir. Dürbün və ya kiçik bir teleskopla, Beta Capricorni ikili cüt halına gətirilə bilər. İki dənəsinin parlaqlığı Beta¹ Capricorni və ya Beta Capricorni A; dimmer, Beta² Capricorni və ya Beta Capricorni B. Hər ikisi də özləri çoxlu ulduzlardan ibarətdir. Beta¹ Capricorni üç komponentə malikdir; Beta Capricorni Aa (həmçinin Dabih [4] adı verilmiş) və ikili cüt, Beta Capricorni Ab (iki komponent Beta Capricorni Ab1 və Ab2 olaraq təyin olunur) adlı bir ulduzdur. Beta² Capricorni də Beta Capricorni Ba və Bb komponentləri olan ikili cütdür. Digər yaxın ulduzları John Herschel tərəfindən aşkar edilmişdir. Bəzən Beta Capricorni D və E kimi adlandırılanlar, sadəcə optik cütlərin və ya Beta Capricorni sisteminin bir hissəsinin olub-olmadığı aydın deyil. Beta¹ Capricorni, dimensional Beta² Capricorni'nin +6.09-da görünən bir qüvvətə malik olduğu halda, iki hissənin daha parlaqdır. İki komponent göydə 3.5 arcminut ilə ayrılaraq, onları ən azı 21 min AU (0.34 işıq ili) ayırır.
Beta Tea
Beta Tea — çay brendi. 1994-cü ildə baş verən iqtisadi böhran səbəbilə istehsalçı şirkət brendi fərqli bazarlara soxmaq məcburiyyətində qalmışdır. Beləliklə, "Beta Tea" Türkiyəyə idxal çayı gətirən ilk firma olmuşdur. Brend 1990-cı illərin əvvəllərində postsovet məkanındakı dövlətlərin bazarlarına daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz "Beta" olmuşdur. Şirkət indiki dövrdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir.
Beta hissəcik
Beta hissəciklər- yüksək enerji və sürətli elektron və ya pozitronlardır. Beta hissəciklərin yayılma prosesi beta şüalanması adlanır. Enerji 0,5 MeV olan Beta hissəcikləri havada təxminən bir metr aralığa malikdir; məsafə hissəcik enerjisindən asılıdır. Beta hissəcikləri ionlaşdırıcı şüalanmanın bir növüdür və radiasiyadan qorunma məqsədləri üçün qamma şüalarından daha çox ionlaşan, lakin alfa hissəciklərindən daha az ionlaşan sayılırlar. İonlaşdırıcı təsir nə qədər yüksək olarsa, canlı toxumaya ziyan bir o qədər artır. Artıq neytronları olan qeyri-sabit bir atom nüvəsi bir neytronun bir protona, bir elektrona və bir elektron neytrinə çevrildiyi β - çürüməyə məruz qala bilər: n → p + e- + νe nuclear çürümə nüvə reaktorlarında istehsal olunan neytronla zəngin parçalanma yan məhsulları arasında tez-tez baş verir. Pulsuz neytronlar da bu proses vasitəsilə çürüyür. Bu proseslərin hər ikisi parçalanma-reaktor yanacaq çubuqları tərəfindən istehsal olunan çox sayda beta şüalarına və elektron antineutrinlərə kömək edir. β + şüalanma pozitronların yayılması prosesidir. β + çürümə zamanı protonlardan biri neytrona , eletron neytrinə və pozitrona çevrilir: p → n + e+ + νe Beta hissəciklərinin maddəyə təsir edən ionlaşdırıcı və ya həyəcanlandırıcı təsiri radiometrik aşkaretmə alətlərinin beta şüalanmasını aşkar və ölçmələri əsas proseslərdir.
Beta laktamazlar
Beta laktamazlar (β-laktamazlar) — bakterial fermentlər qrupu olub, beta laktamlı antibiotiklərin təsirini azaltmağa və sıfıra endirməyə qabil substant. Bu fermentlər sözügedən antibiotiklərə qarşı müqavimətli, dözümlü bakteriyaların əmələ gəlməsinə səbəb olurlar. β-Laktamasların təsirindən hidrolitik laktam həlqəsinin açııaraq pozulması nəticəsində aralıq məhsulun, sonra isə öz-özünə dekarboksilləşmə nəticəsində son məhsulun alınması reaksiyası: Həlqə pozğunluğu aralıq məhsulu öz-özünə dekarboksilləşir. Bu zaman aralıq məhsulun orqanizmin zülaları ilə geridönməyən birləşmələr əmələ gətirərsə, bu allergik reaksiyaya səbəb ola bilər. Adətən bu cür tam potensiallı antigenlərə qarşı orqanizmin antitellər vasitəsilə dəf etmə mexanizmi işə düşmüş olur. Nəticə etibarilə sensiblizasiya reaksiyasının: dəri qıcıqlanmasından -övrədən tutmuş anafilaktik şokadək inkişafı mümkündür. ESPL (ing. Extended– spectrum Beta- Laktamase geniş spektrli beta laktamazlar) β laktam tərkibli antibiotiklərin geniş spektrini bölmək qabiliyyəti deməkdir. Enterobakteriyalar ailəsindən olan bakteriyalar beta laktamazlar adlanan enzim yaratma qabiliyyətinə malikdirlər ki, bu da antibiotik təsirini qüvvədən salmış olur. ESBL mikrob olmayıb, müxtəlif enterobakteriyaların birlikdə qazanmış olduğu özünə məxsusluq ya xasiyyətdir.
Beta particle
Beta hissəciklər- yüksək enerji və sürətli elektron və ya pozitronlardır. Beta hissəciklərin yayılma prosesi beta şüalanması adlanır. Enerji 0,5 MeV olan Beta hissəcikləri havada təxminən bir metr aralığa malikdir; məsafə hissəcik enerjisindən asılıdır. Beta hissəcikləri ionlaşdırıcı şüalanmanın bir növüdür və radiasiyadan qorunma məqsədləri üçün qamma şüalarından daha çox ionlaşan, lakin alfa hissəciklərindən daha az ionlaşan sayılırlar. İonlaşdırıcı təsir nə qədər yüksək olarsa, canlı toxumaya ziyan bir o qədər artır. Artıq neytronları olan qeyri-sabit bir atom nüvəsi bir neytronun bir protona, bir elektrona və bir elektron neytrinə çevrildiyi β - çürüməyə məruz qala bilər: n → p + e- + νe nuclear çürümə nüvə reaktorlarında istehsal olunan neytronla zəngin parçalanma yan məhsulları arasında tez-tez baş verir. Pulsuz neytronlar da bu proses vasitəsilə çürüyür. Bu proseslərin hər ikisi parçalanma-reaktor yanacaq çubuqları tərəfindən istehsal olunan çox sayda beta şüalarına və elektron antineutrinlərə kömək edir. β + şüalanma pozitronların yayılması prosesidir. β + çürümə zamanı protonlardan biri neytrona , eletron neytrinə və pozitrona çevrilir: p → n + e+ + νe Beta hissəciklərinin maddəyə təsir edən ionlaşdırıcı və ya həyəcanlandırıcı təsiri radiometrik aşkaretmə alətlərinin beta şüalanmasını aşkar və ölçmələri əsas proseslərdir.
Beta vulgaris
Adi çuğundur (lat. Beta vulgaris ) - çuğundur cinsinə aid bitki növü.
Beta Əjdaha
Beta Draconis — ikili bir ulduz və Draco şimal dairəvi plitələrində üçüncü parlaq ulduzdur. 2.79-da görülə bilən vizual ölçülüdür, Adi gözlə asanlıqla görülə bilən parlaqdır. Hipparcos astrometri peykindən parallax ölçmələrinə əsasəndir.Günəşdən təxminən 380 işıq ili (120 parsek) məsafəsində yerləşir. İkili sistem hər dörd minillikdə və ya bir dəfə cırtdan bir yoldaş tərəfindən yaradılan parlaq nəhəngdən ibarətdir. Günəşlə müqayisədə, Beta Draconis A altı dəfə kütləsi və təxminən 40 qat radiuslu böyük bir ulduzdur. Bu ölçüdə Günəşin parlaqlığını 950 dəfə xarici zərfdən effektiv 5,160 K temperaturda, isə G tipli bir ulduzun sarı hündürlüyünə verir. Spektri II parlaq parlaqlıq göstərən II parlaqlıq sinfi ilə G2 II,-nin mükəmməl təsnifatına uyğun gəlir. Bu təxminən 67 milyon yaşındadır.
Beta əmsalı
Betsi Ardsma
Betsi Rut Ardsma (11 iyul 1947, ABŞ, Miçiqan, Hollandiya - 28 noyabr 1969, ABŞ, Pensilvaniya) — 1969-cu ilin noyabr ayında Pensilvaniya ştatındakı Pensilvaniya Dövlət Universitetinin Patti Kitabxanasının "Stacks" bölgəsində qətlə yetirilən 22 yaşlı amerikalı magistr tələbəsi. Onun qətli rəsmi olaraq üstü açılmamış qalsa da, yerli təhqiqat müxbirləri və iki fərqli müəllif geologiya professoru Riçard Hefneri günahlandıran dolayı dəlillərin sübutlarını və şahid ifadəsini dərc etdilər. Ardsma Miçiqan ştatının Hollandiya şəhərində Ester və Riçard Ardsmanın ailəsində dünyaya gələn dörd uşaqdan ikincisi idi. O, Hollandiya orta məktəbini fərqlənmə ilə bitirib. Sonra Ardsma sənət və ingilis dilini öyrəndiyi Miçiqan Universitetinə daxil oldu. Məzun olduqdan sonra Pensilvaniya Dövlət Universitetinə qəbul oldu. Ölüm vaxtı o, Pensilvaniya Dövlət Uşaq Xəstəxanası Devid Rayt adlı tələbəsi ilə münasibətdə idi. Ardsma 28 noyabr 1969-cu ildə məqalə ilə bağlı araşdırma aparmaq üçün kitabxanada idi. Saat 16:45-16:55 radələrində o, oxu zalında sol döşündən bıçaqla bir dəfə bıçaqlandı, ağciyər kötüyü kəsildi və ürəyinin sağ mədəciyi deşildi. Polis Ardsmanın əllərində müdafiə yaraları olmadığı üçün arxadan hücuma məruz qaldığına inanırdı.
Betsi Brentli
Betsi Brentli (ing. Betsy Brantley, 20 sentyabr 1955) — amerikalı aktrisa.