Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səlim Babullaoğlu
Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi. Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979–1989) M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990–1995) ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997–2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub. "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016) olub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda ("Türk edebiyatı", "Kültür-Sanat", "Cumhuriyet", "Hece" — Türkiyə; "Literaturnaya qazeta", "Drujba narodov", Knijnoye obozrenie, "Vavilon/Text only" — Rusiya; "Odra", "Kultura liberalna" — Polşa; "La Traductiere" — Fransa; "Kultura", "Kiyevskaya Rus", "Vsesvit" — Ukrayna; "Kitob dünyosi", "Jaxon odobiyyatı" — Özbəkistan; "Revista Literara" — Moldova, "Sveske", "Knijne novine" — Serbiya; "Convorbırı literare" — Rumıniya, "Современи диjaлози" — Makedoniya, "Alternativa", "New Saunje" — Gürcüstan; "Publisher Weekly-Arabian" — BƏƏ, "Nizwa" — Oman və s.) dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub.
Abdulla
Abdulla — kişi adı və təxəllüs. Adın Abdullah forması da var.
Baburlu
Baburlu — İrəvan xanlığının Talın mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914–1915-ci illərdə azərbaycanlılar qovulmuşdular. 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir.
İbadulla
İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir. 29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır. Əhalisi 1437 nəfərdir.(2009 - cu il) Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid yaşayış yeri var. İbadulla kəndi GEOnet Names Serverdə.
Abolla
Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədim yunanlar və romalılar arasında geniş yayılan, mantiya tipli olub, çiyinə bərkidilən, rəngli yun parçadan hazırlanan qolsuz geyim. Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.. Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.. == Qədim Romada == Abolla qədim romalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malik geyim növüdür. Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhali toqanın əvəzinə istifadə edirdilər. Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədim Roma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür. Qədim Roma şair və yazıçılarının faciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar. .
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Elvin Abdulla
Elvin Abdulla (13 sentyabr 1990, Şəki) — Azərbaycan kinorejissoru, “Dream Big Film Company” şirkətinin təsisçisi və idarəçisi. == Həyatı == Elvin Abdulla 1990-cı ildə Azərbaycan Respublikası Şəki şəhərində tanınmış aktyor Fərman Şəklinin evində anadan olub.2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq fakültəsi Kinoşünaslıq ixtisasını bitirib.2016-cı ildə “Xənnas” – tammetrajlı bədii film (Azərbaycanda ilk dəfə “mistik-triller” ) – ideya müəllifi,quruluşçu rejissoru olmuşdur.
Fyodorovka (Xaybulla)
Fyodorovka kəndi (başq. Фёдоровка) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Fyodorovka kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Fyodorovka kəndinin milli tərkibi: başqırdlar (55 %), ruslar (42 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 13 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 69 km. Tırqamış çayı Taşla çayı ilə birləşdiyi ərazidə yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Hakmar (Xaybulla)
Hakmar kəndi (başq. Һаҡмар) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Samar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hakmar kəndinin milli tərkibi: ruslar (54 %), başqırdlar (44 %) == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 18 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 76 km. Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
I Abdulla
I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti – 20 iyul 1951[…]) — İordaniya kralı. Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu. Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. II Dünya Müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. Suriya və Livanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü. Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib. Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu.
Kamal Abdulla
Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; 4 dekabr 1950, Bakı) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri. Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. == Həyatı == Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. === Təhsili === 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
Komsomolsk (Xaybulla)
Komsomolsk kəndi (başq. Иҫәнгилде) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Komsomolsk kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):48 km., kənd sovetliyindən (Selin): 19 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mahirə Abdulla
Mahirə Abdulla — yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Mahirə Abdulla Qubadlı rayonunun Əliyanlı (indiki Başarat) kəndində anadan olmuşdur. Mahirə Abdulla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. On yeddi yaşında "Kimyaçı" qəzetində əmək fəaliyyətinə başlamışdır. "Kimyaçı" qəzetinin redaktoru, "Yazıçı" nəşriyyatının poeziya şöbəsinin böyük redaktoru, Respublika “Kitab evi”nin direktoru, "Azərkitab" Respublika Kitab Ticarəti Birliyi birləşmiş həmkarlar komitəsinin azad sədrı vəzifələrində çalışmışdır. 1980-1982-cı illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Təbliğat şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu İdarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə məsləhətçi işləyir. AYB üzvlüyünə qəbul üzrə ekspert qrupunun sədridir.
Makan (Xaybulla)
Makan kəndi (başq. Маҡан) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Makan kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):15 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 94 km. == Tanınmış şəxsləri == Pavel Nikolayeviç Çumaçenko — Böyük Vətən müharibəsi qəhrəmanı. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mehriban Yadulla
Mehriban Yadulla — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti. == Bioqrafiya == 1970-ci il 13 yanvar tarixində Bakı şəhərində (Azərbaycan Respublikası) anadan olmuşdur. 1986-ci ildə Bakı şəhəri 54 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsinin "Maliyyə" ixtisasını əla qiymətlərlə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetində 08.00.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildən Bakı Dövlət universitetində çalışır. 2003-cü ildən iqtisad elmləri namizədidir - «Azərbaycanda əmək bazarının təşəkkülü və fəaliyyətinin tənzimlənməsi problemləri» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Dosent elmi adını alıb. 2012/2013-cü tədris ilində 5307.01 – “İqtisadi nəzəriyyə” elmlər doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunub. “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Elmi Şurasının qərarı ilə dissertasiya mövzusu “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” (30 aprel 2013 -cü il tarixli 8 saylı protokol) kimi təsdiq edilmişdir.
Mirzə Abdulla
Mirzə Abdulla Fəraxani (tam adı: Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani, fars. میرزا عبدالله فراهانی‎; d. 12 oktyabr 1843, Şiraz, Qacarlar dövləti – 18 mart 1918, Tehran, Qacarlar dövləti) — İran tarzəni, sətarçalanı, Radif musiqi sənətinin qurucularından biri (digəri Mirzə Hüseynqulu Fəraxani). O, eləcə də XX əsr İran setarçalanı Əhməd İbadinin atası olmuşdur. Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər Fəraxani Məhəmməd Şah Qacarın və Nəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur. Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır.
Mixaylovka (Xaybulla)
Mixaylovka kəndi (başq. Михайловка) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu İvanovka kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Mixaylovka kəndinin milli tərkibi: ruslar (71 %), başqırdlar (29 %) Məsafələr: rayon mərkəzindən (Akyar): 39 km., kənd sovetliyindən (İvanovka): 7 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 95 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Murad Abdulla
Murad Mahir oğlu Abdulla — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, FİDE ustası (2017), kişilər arasında üçqat Şotlandiya çempionu (2017, 2018, 2022). Erkən yaşlarından şahmatla məşğul olub. Şotlandiya KİV-ləri onu 2010-cu ildə Şotlandiyanın Aberdin şəhərində keçən turnirdə güclü oyununa görə "Nəhənglərin qatili" adlandırıblar. 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanmışdır. 2017-ci ildə Şotlandiyanın Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub. Çempionat zamanı Muradın cəmi 16 yaşı var idi. 2018-ci ildə Murad eyni uğuru təkrarlayaraq, Şotlandiyanın kişilər arasında ikiqat şahmat çempionu olub. Eyni ildə, həmçinin, Batumidə keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb. FIDE Chess profili Murad Abdulla. Chess-DB.com Arxivləşdirilib 2016-08-22 at the Wayback Machine (ing.) Murad Abdulla.
Məmbət (Xaybulla)
Məmbət kəndi (başq. Мәмбәт) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Məmbət kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., kənd sovetliyindən (Makan): 12 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 83 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Nail Nabiulla
Nail Nabiulla və ya Nail Nabiullin (tatarca:Наил Нәбиуллин; 27 iyun 1989, Nurlat, Tatarıstan MSSR) — tatar milli hərəkatı mənsubu olan aktivist. Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Rusiya Sosialist Federativ Respublikasının Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nurlat şəhərində 1989-cu ilin 27 iyununda dünyaya gəlmişdir. Nail 2010-cu ilindən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. Aktivistliklə yanaşı yazıçılıqla da məşğul olan Nail Nabiulla "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün təşkilatçısıdır. Göy Börü Tatar Zamanı: "Наил Нәбиуллин: Хизб ет-тәхрир Татарстанга каршы эшли һәм алар белән башкача бәйләнмим". Kazandakı milli aktivistlər mühakimə edilir. Nail Nabiullin: Tatar dilini dəstəkləmək üçün aclıq aksiyasına başlamağa hazıram. 2013-cü ilin ən təsirli şəxsləri:Azadlıq oxuyucuları görüşü Ana dilim üçün Arxivləşdirilib 2021-02-09 at the Wayback Machine z001.kz - Rusiyadakı türklərin Qazaxıstanın yardımına ehtiyyacı var.
Novoukrainka (Xaybulla)
Novoukrainka kəndi (başq. Новоукраинка) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Novoukrainka kəndinin milli tərkibi: başqırdlar 90 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 34 km., kənd sovetliyindən (Podolsk): 10 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 92 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Perevoloçan (Xaybulla)
Perevoloçan kəndi (başq. Переволочан) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tatır Uzyak kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Perevoloçan kəndinin milli tərkibi: başqırdlar 86 % Məsafələr: rayon mərkəzindən (Akyar): 21 km., kənd sovetliyindən (Bayquskar): 7 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 79 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Pervomayski (Xaybulla)
Pervomayski kəndi (başq. Первомайское) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Pervomayski kəndinin milli tərkibi: başqırdlar 94 % Məsafələr: rayon mərkəzindən (Akyar): 87 km., kənd sovetliyindən (Ufa): 20 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 70 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Petropavlovski (Xaybulla)
Pertopavlovski kəndi (başq. Петропавловский) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Petropavlovsk kəndinin milli tərkibi: başqırdlar 93 % Məsafələr: rayon mərkəzindən (Akyar): 45 km., kənd sovetliyindən (Antinqan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 108 km. Matraevski su anbarının yaxınlığında yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Podolsk (Xaybulla)
Podolsk kəndi (başq. Петропавловский) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Podolsk kəndinin milli tərkibi: başqırdlar 90 % Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., ən yaxın dəmiryol stansiyasından (Orsk stansiyası): 120 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Qabdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.