Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
Back to Black
Back to Black — Emi Uaynhausun albomu. == Treklər == "Addicted" mahnısı albomun ABŞ-dakı versiyasında yoxdur və "You Know I'm No Good" remiksi ilə əvəz olunmuşdur.
Back Orifice
Sistem administratorlarına kompüteri məsafədən (adətən, İnternetdən) idarə etməyə icazə verən alət. “Cult of the Dead Cow” (cDc) adlı haker klubu tərəfindən 1998-ci ildə yaradılmışdı, iki ildən sonra qrup BO2K və ya Back Orifice 2000 adlandırılan daha yeni versiyanı buraxmışdı. Back Orifice krekerlər tərəfindən troyan vasitəsilə yayıla bilər. Quraşdırılandan sonra hədəf kompüteri məsafədən tam idarə etməyə imkan verir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Back vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back to December
Back to December — amerikalı müğənni, musiqi müəllifi Teylor Svift tərəfindən yazılan və səsləndirilən kantri-pop tərzində sinql. Müğənninin "Speak Now" adlı üçüncü studiya albomunun ikinci sinqlı olan mahnı 15 noyabr 2010-cu il tarixində Big Machine Record şirkətinin dəstəyi ilə yayımlanmışdı. Sinqlın prodüserləri isə Svift özü və Neytan Çapman idi. Svift "Back to December" adlı bu sinqlının bir şəxsdən üzr istədiyi ilk mahnı olduğunu bildirmişdir. Sinqlın yayımlanmasından sonra tənqidçilər mahnının Sviftin köhnə sevgilisi Teylor Lotnerə yazıldığını iddia etsələr də, nə Svift, nə də Lotner bu fikirin doğru olub-olmadığı barədə heç bir fikir bildirmədilər. Janr olaraq bu sinql orkestr kontri-pop balladasıdır. Sinqlın sözlərində isə əsas mövzu iki sevgilinin ayrılığıdır. "Back to December" bir çox tənqidçi tərəfindən müsbət tənqidlər almışdır. Həmçinin sözləri səbəbi ilə bu sinql "Speak Now" albomunun ən cəlbedici mahnılarından biri olmuşdur. Bir çox tənqidçilər sinqlın mənalı sözlərini, təkrarlanan sabit melodiyasını bəyənmiş və Sviftin inkişaf etmiş vokal ifasına təriflər söyləmişdilər.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Back For Good (Modern Talking albomu)
Ready for Romance (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Backh.
CeymsBekhaus (ing. James Backhouse; 8 iyul 1794 – 20 yanvar 1869) — Böyük Britaniya-Avstraliya botaniki.. == Elmi fəaliyyəti == Ceyms Bekhaus qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşıb və Avstraliya florasını öyrənilməsinə böyük töhfə verib. == Əsərləri == A Narrative of a Visit to the Australian Colonies. 1843. A Narrative of a Visit to the Mauritius and South Africa. 1844. A Memoir of Deborah Backhouse. 1828. Memoirs of Francis Howgill.
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır.Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir. == Tarix == Qədim Babildə, Misirdə, Yunanıstanda bank fəaliyyətinin olduğu etibarlı tarixi qaynaqlardan məlumdur.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
SWAT
Amerika əyalətlərində təşkilatlanan seçmə bir polis taktika vahididir. Nizamlı bir təhsil ilə yüksək riskli əməliyyatları reallaşdırmaq üçün öyrədilmişdir. Vəzifələri girov qurtarmaq və yüksək riskli həbs, arama və terrorla mübarizə əməliyyatlarıdır. Bir SWAT qrupu, ümumiyyətlə, yüngül pulemyotlar, hücum tüfəngləri daxil olmaq üzrə, xüsusi silah, ov tüfəngi, qarışıqlıq idarə agentləri, baş gicəlləndirici əl bombaları və iti nişançı tüfəngləri ilə təchiz edilmişdirlər. Ayrıca gecə fikiri üçün xüsusi təchizata və xüsusi can yeleklerine malikdir. İlk SWAT timi, 1968-ci ildə Los Anceles Polis Müəssisəsində quruldu. SWAT vahidləri qurulduğu tarixdən etibarən müvəffəqiyyətli performansları ilə Amerikanın diqqət çəkən vahidlərindəndir.
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. == Tarixi haqqında == İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. == Tarix == 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009).
Bank BTB
Bank BTB — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Bank haqqında == Bank “BTB” ASC 2010-cu ildə təsis edilmiş və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Bank hüquqi və fiziki şəxslərə geniş çeşidli bank məhsulları xidməti təklif edir. Bank öz fəaliyyətində müştəri məmnuniyyəti, rahat xidmət, sadə həllər və çeviş yanaşma missiyalarına əsaslanır.
Bank Respublika
Bank Respublika — bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixçə == Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Respublika ölkənin aparıcı banklarından biri kimi özünü doğrultmuşdur. 28 aprel 2005-ci il tarixdən etibarən Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və Sparkassen International Development Trust səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olmaqla Bank Respublika-nın səhmdarları sırasına daxil olmuşlar. Almaniyanın bu nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması beynəlxalq səviyyədə Banka olan etibarı göstərir. Hazırda Bank Respublika müştərilərə müxtəlif növ müasir bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və sair. Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – "Sizə faydalı", həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlıq edir. Bank Respublika Sahibkarlığa Kömək Milli Fondu ilə sahibkarlığın kreditləşdirilməsi və Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarının da aktiv iştirakçısıdır, Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Bank Riski
Bank Technique
"Texnika Bank" — Azərbaycan Respublikasında özəl bank. == Tarixi == Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. ilk fəaliyyətə başladığı zaman "RəşadBank" adı ilə xidmət göstərib.Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. == Göstəriciləri == Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln. dollar məbləğində kredit almışdır.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Şəft
Şəft — İranın Gilan ostanında yerləşən şəhər. Rəşt şəhərindən 20 kilometr cənub-qərbdə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Şəftdə 1700 ailədə 6158 əhali yaşayır. Şəft əhalisinin əksəriyyətini giləklər və talışlar təşkil edir.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500 -ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır.Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər.Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-ci ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.Ki, baş , kubok və dostluq ilə qalib və bu kimi qrupları təbliğ edərkən qeyri-adi siyahısı "Bačka" sayəsində,əsas yaddaşı Millinin yaxşı nəticələr bir sıra etmişdir Partizan, Dinamo Zaqreb, OFK Beograd, Vojvodina, Spartacus, Borac Banja Luka, Proleter, çayları , Osijek...
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
SAT
SAT (Türkiyə)