Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balamət Balamətov
Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu – 2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir. Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir. Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.
Balamet Balametov
Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu – 2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir. Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir. Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.
Balakən
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Balavat
Balavat – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları ("Balavat qapıları") tapılmışdır. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. Ritorika Ritorik fiqurlar Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Kalamit
Kalamitlər (Calamitales) - paleozoyda mövcud olmuş qatırquyruğuna oxşar ağac bitkiləri qrupunu əhatə edir. Kalamitlər hündürlüyü 20 m-ə çatırdı. Xarici görünüşünə (gövdənin bu­ğum­lu quruluşu, buğum və yarpaqların çiçək göbə düzülüşü) görə onlar nəhəng qatırquyruğuları xatırladır. Gövdənin səthi hamar və ya uzununa şırımlarla örtülü olub. Qazıntı halında ən çox özəyin izlərinə rast gəlinir. Neştərəoxşar yarpaqlarının sayı çiçək köbəsində adətən 20-dən çox olur. Nisbətən erkən kalamitlər yarpaqları dəfələrlə şaxələnən sapşəkilli elementlər seriyasını xatırladır. Kalamitlər sporongiləri bərabər- və müxtəlifsporlu olub adətən kompakt strobillərdə (qozalar) toplanmışdır. Üst devon – alt perm. Paleozoy Qatırquyruğu Bitkilər Devon dövrü Perm dövrü Geologiya terminlərinin izahlı lüğəti.
Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (32 ailə).
Balakən (dəqiqləşdirmə)
Balakən (gəmi-bərə) — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Balakən — Azərbaycanda şəhər. Balakən (Salmas) — İranda kənd.
Balakən aeroportu
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var. Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib.
Balakən bələdiyyələri
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balakən bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balakən döyüşü
Balakən döyüşü (rusca:Битва при Белоканах) — 1803-cü ilin 9 (21) mart tarixində rusların Car-Balakən yürüşü çərçivəsində baş vermiş döyüş. Döyüş rus ordusu ilə Car-Balakən camaatlığı arasında baş tutmuşdur. Rusları gürcülər, Car-Balakəni isə İlisu sultanlığı və müttəfiq dağlılar dəstəkləmişdir. General Sisianov general Qulyakova Qanıxçay sahilləri boyunca irəliləməyi, burada dağlıların vəziyyəti ilə bağlı kəşfiyyat materialları toplamağı, habelə gələcəkdə bölgədə rus işğlalını asanlaşdırmaq üçün gücləndirilmiş istehkamların tikilməsi üçün yerlər seçməsini əmr etmişdi. Düşmənlə qarşılaşma və onların məğlub edilməsi halında, ruslar şahzadə Aleksandrın onlara verilməsini, həmçinin rus ordusunun Cara və Balakənə daxil olmasını istəməli idi. 6 (18) mart tarixində Anaqa kəndi yaxınlığında Qanıxçayı keçən Qulyakov ordusu ilə birlikdə Balakənə doğru yola çıxdı. Rusların yürüşü başlayan kimi yerli əhali sahilboyu kəndləri tərk etdi və Qulyakov yerli sakinləri danışıqlara məcbur edə bilmək üçün Balakənə doğru irəliləməyə məcbur oldu. Bələdçinin olmadığı, güclü yağışla müşayət olunan yürüş zamanı rus ordusu bataqlıqlardan keçməyə məcbur oldu. Nəhayət, 9 (21) mart tarixində Balakənə yaxınlaşdılar. Kəşfiyyata göndərilən polkovnik Drenyakinin dəstəsi Balakən qalasına yaxınlaşdığı zaman qalanın çox güclü divarlara malik olduğunu, ətrafının bataqlıqlar və qamışlarla əhatələndiyi üçün keçilməsinin qeyri-mümkün olduğunu gördü.
Balakən rayonu
Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir. Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s.
Balakən televiziyası
Balakən şəhəri
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Ağkilsə (Balakən)
Ağkilsə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Ağkilsə Balakən r-nunun Şambul i.ə.v.-də kənd. Oykonim ağ (rəng) və kilsə (ibadət üçün tikilmiş bina) sözlərindən düzəlib, "ağ rəngli kilsə" deməkdir. Kəndin ərazisində ağ kilsə olduğundan belə adlanmışdır. Gədəbəy r-nunun Novoivanovka kəndinin adı 1844-cü ilə qədər Ağkilsə olmuşdur. Keçən əsrdə Ermənistan ərazisində bir neçə Ağkilsə kəndi qeydə alınmışdır.
Balabəy Həsənbəyov
Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol – 1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub.
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.
Beretbinə (Balakən)
Beretbinə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Beretbinə Balakən r-nunun Katex i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin ərazisi vaxtilə Zaqatala r-nunun Qəbizdərə kəndinə aid binə yeri olmuşdur. Sonralar Qəbizdərədən çıxmış bir qrup ailənin burada məskunlaşması ilə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Daha sonralar kənd iki hissəyə bölünərək eyni adla yarısı Balakən, digər hissəsi isə Zaqatala r-nuna verilmişdir. Avar. peret "xırda ağaclıq", "kol-kos" mənasını bildirir. Oykonim "ərazisi kol-kosdan ibarət olan binə, kənd" deməkdir.
Məlikzadə (Balakən)
Məlikzadə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Tülü (Balakən)
Tülü — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir. Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman edilir. Ərazisində bir orta, bir natamam-orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda KHTC-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir. Yerli musiqi aləti sayılan damburun (Dambır,Tənbur, Tambur) ən mahir ifaçıları bu kənddədir. Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir.
Bafomet
Bafomet — 14-cü əsrin əvvəllərində Katolik Kilsəsi tərəfindən xaric edilmiş Məbəd Cəngavərləri tərəfindən sitayiş edildiyi iddia edilən şeytan fiquru. İlk dəfə 1307-ci ildə tanrı kimi istifadə olunsa da, Bafomet termini 19-cu əsrdə populyarlaşdı. Xüsusilə bu tarixdən sonra Bafomet Elifas Levinin çəkdiyi "Sabbat Keçisi" olaraq da bilinən əsəri ilə xarakterizə olunmağa başladı. Bu təsvir kişilik və qadınlıq, yaxşı və pis, yuxarı və aşağı kimi təzadlı anlayışları ehtiva edir. Müasir akademiklər və "İngilis dilinin Oksford lüğəti"nə görə Bafomet qədim fransızcada yer alan və mənası Məhəmməd olan Mahomet sözündən törəmişdir. Qədim dövrlərdə xristianlar müsəlmanlara Məhəmmədə ibadət edən bütpərəstlər olaraq baxırdılar.
Baladeh
Baladeh (Fars) — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər. Baladeh (Gilan) — İranın Gilan ostanında kənd.
Balase
Balase (fr. Balacet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09034. 2008-ci il üçün kommunanın əhalisi 19 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 12 nəfər arasında (15-64 yaş) 7 nəfər iqtisadi fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 58,3%, 1999-cu ildə 54.5%). 7 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. 5 hərəkətsiz 0 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Blanet
Blanet qara dəliklərin orbitində fırlanan hipotetik ekzoplanetlər sinfinin üzvüdür. Blanetlər prinsipcə planetlərə oxşardırlar; onların öz cazibə qüvvələri tərəfindən dövrə vurdurula biləcək qədər kütlələri mövcuddur, lakin ulduzların orbitində fırlanan planetlər kimi termonüvə birləşməsinə başlatmaq üçün kifayət qədər kütlələri yoxdur. 2019-cu ildə astronomlar və ekzoplanetoloqlardan ibarət bir qrup superkütləvi qara dəliyin ətrafında və onun orbitində minlərlə blaneti saxlaya bilən təhlükəsiz zona olduğunu göstərdilər. Yaponiyanın Kaqoşima Universitetindən Keiiçi Vadanın rəhbərlik etdiyi komanda bu adı qara dəlik planetlərinə verib. Söz qara dəlik və planetin portmantosudur. Kifayət qədər böyük qara dəliyin orbitində fırlanan yığılma diskində blanetlərin əmələ gəldiyindən şübhələnirlər.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Baladeh (Fars)
Valashahr — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2015-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,972 nəfər və 856 ailədən ibarət idi.
Baladeh (Gilan)
Baladeh — İranın Gilan ostanında kənd. Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 11 km. cənubda, Ənzəli-Astara avtomobil yolunun 2 kilometrliyindədir.