MƏLAL
MƏLƏFƏ
OBASTAN VİKİ
Məlamətilik
Məlamətilik — sufi təriqəti. Xorasanda Həmdun Kəssar (ö. 884-cü il) tərəfindən yaradılmış bu təriqətin təliminin əsasında "məlamət" adlandırılan, insanın günahkar mahiyyətinə görə, ilk növbədə özünü təqsirləndirməsi, məzəmmət etməsi ideyası durur. Buna görə də, təriqət mənsubları Allaha səmimi ibadət etməyi, Onun mərhəmətinə can atmağı önə çəkib, bir çox din xadimlərinə xas olan "möminlik görüntüsü"ndən qaçmağı lazım bilərmişlər. Məlamətilər mənəvi təcrübələrində, yaxud gündəlik həyatlarında uğurlarından və ya uğursuzluqlarından danışmamağa üstünlük verərmişlər. Onlar sirr saxlamağa böyük həssaslıqla yanaşırmışlar. Məlamətilər mənəvi qapanmanı bəyənməmiş və "tərki-dünyalığı" yalnız cəmiyyət içində yaşamaqla əldə etməyin tərəfdarı olmuşlar. Onların fikrincə, insan gündəlik həyatını olduğu kimi yaşamalı və hər şeyi Allahı xatırlayaraq etməlidir. Allaha hər an yaxın olmaq, Onun adı ilə bütün işləri görmək ideyası məlamətilərin ən yüksək amallarıdır.

Digər lüğətlərdə

вы́кройка краса́вицын обнови́тельный окормля́ть отмота́ться подкиса́ние подма́риваться распростуди́ться усмири́ться гумоли́ты дисциплини́рованность на зубо́к подарить неликви́ды подстрига́ть родно́й театрома́нка шаблонизи́роваться Guyana madman obiter dictum petrogenesis rivulet votation оробеть помарка