Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalderaş
Kalderaş, həmçinin kelderarlar və ya kelderari (rum. căldărari sözündən) — qaraçıların subetnosu. Rumıniya ərazisində etnik qrup kimi formalaşmışdır. Onlar daha kiçik qruplara bölünür: moldovan, serb, yunan və başqaları. Rusiyada və dünyada ən böyük və ən geniş yayılmış qaraçı etnik qruplarından biri olan kelderarlar Avropada və Amerikada geniş şəkildə məskunlaşıblar. == İstinadlar == == Əlavə ədəbiyyat == Деметер Н. Г., Бессонов Н. В., Кутенков В. К. История цыган — новый взгляд / РАН. Ин-т этнологии и антрополгии им. Н. Н. Миклухо-Маклая; под ред. Деметера Г. С. — Воронеж, 2000. — 334 с.: ил. ISBN 5-89981-180-3 Друц Е. А., Гесслер А. Цыгане.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Paldaran (Əhər)
Paldaran (fars. پالدرن‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (12 ailə).
Oksana Madaraş
Oksana Stepanovna Madaraş (ukr. Окса́на Степа́нівна Ма́дараш; 12 sentyabr 1969, Buçaç[d], Ternopil vilayəti) — Ukrayna yüksək kateqoriyalı dirijoru, Kiyev Milli Akademik Operetta Teatrının rejissoru, xormeyster-rejissoru, müəllimi. O, Ukraynanın əməkdar artisti (2008) və Ukraynanın xalq artisti (2019) fəxri adlarına layiq görülmüşdür. == Həyatı == Oksana Madaraş 12 sentyabr 1969-cu ildə SSRİ respublikalarından olan Ukrayna SSR-də, Ternopol vilayətinin Buçaç şəhərində anadan olmuşdur. O, 1989-cu ildə Nikolayev Dövlət Musiqi Məktəbinin dirijorluq və xor fakültəsini bitirmişdir. Madaraş ali musiqi təhsilini Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında almışdır. O, 1989–1994-cü illərdə Ukraynanın xalq artisti, professor Viktor Petriçenkonun sinfində xor dirijorluğu, opera və simfonik dirijorluq kafedrasının seçmə kursu (professor, Ukrayna və Rusiyanın xalq artisti V. Kojuxarinin sinfi), Ukraynanın xalq artisti, professor Yevgeni Duşşenkonun sinfində opera və simfonik dirijorluq, 2002–2005-ci illərdə Yevgani Duşşenkonun sinfində assistentlik – opera və simfonik dirijorluq kafedrasında internatura üzrə təhsil almışdır. Madaraş təhsil aldığı müddətdə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyasında dirijorluq etmişdir (Sergey Raxmaninovun "Aleko", Pyotr Çaykovskinin "Yevgeni Onegin", Coakkino Rossininin "Sevilya bərbəri" əsərləri). O, 1994–2002-ci illərdə "Dumka" Milli Akademik Kapellasında işləmişdir. Madaraş 2002-ci ildən Kiyev Milli Akademik Operetta Teatrının səhnə dirijoru və Kiyev Uşaq Rəssamlıq Akademiyasının Musiqi fakültəsinin gənc tələbələrin kamera orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
Badara monastırı
Badara monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. == Tarixi == Monastır ərazisindən aşkarlanmış kitabəli xaçdaşlar kompleksin tarixini müəyyənləşdirməyə imkan vermişdir. Xaçdaşlar kitabələrlə yanaşı həm də insan fiqurları ilə zəngin bədii kompozisiyalarla bəzədilmişdir. Xaçdaşlarda təsvir edilən insanlar əksər hallarda zirehli geyim və silahlarla təmin olunmuş döyüşçülərdir. Ümumilikdə Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. Badara monastırı ərazisində öyrənilmiş ən erkən xaçdaşlar 1156, 1165, 1193, 1216-cı illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Badara monastırı kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşir. Ümumilikdə on üç dini və mülki tikilidən ibarət olan monastır kompleksinə daxil olan tikililərdən altısı bir-birinə bitişik olsa da, ayrı qapı və pəncərələrə malikdir.
Xilaskar monastırı (Badara)
Xilaskar monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. == Tarixi == Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Tarix adətən birinci sətirdə göstərilir, kitabənin birinci sətiri isə tamamilə silinmişdir. Lakin, kitabədə “darpas” (saray), "vaçar" (bazar) kimi sözlərin istifadəsi, İşxan Smpat, Katolikos Atanas kimi adların çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir. Abidəni tədqiq etmiş K. Mkrtçyan ehtimal edir ki, Həsən Cəlalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından buraya köçürülmüşdür. == Memarlıq xüsusiyyətləri == Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır. Monastırın başkilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur.
Alparas
Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır. Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Antonio Banderas
Xose Antonio Dominqes Banderas (isp. José Antonio Domínguez Banderas; 10 avqust 1960[…], Malaqa, Əndəlüs), daha çox Antonio Banderas adı ilə tanınır — Hollivudda məşhurluq qazanmış ilk ispan aktyoru. == Həyatı == Antonio Banderas 10 avqust 1960-cı ildə Malaga-İspaniyada doğulmuşdur. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Dominqez isə polis olmuşdur. Özündən böyük Xavyer adlı qardaşı var. Uşaqkən ən böyük arzusu professional futbolçu olmaq idi, lakin o, 14 yaşında ikən ayağı sınır və bu arzusunun üzərindən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçədə öz bacarığının nümayiş etdirən Banderas nəhayət ki, Milli İspaniya Teatrına daxil ola bilir. Aktyor səhnə adı kimi anasının soyadını götürüb.
Viktor Madaras
Viktor Madaras (mac. Madarász Viktor, 14 dekabr 1830[…], Ştitnik[d], Koşitse bölgəsi – 10 yanvar 1917[…], Budapeşt)— macar rəssam. Daha çox tarixi səhnələr və portretlər rəsm etmişdir. == Haqqında == Viktor Madaras 14 dekabr 1830-cu ildə Çestnekdə anadan olmuşdur. Atası Andraş dəmirçi idi. Viktor ilk əvvəl Pozonidə hüquq təhsili alsa da Macarıstan inqilabından sonra qardaşı ilə birgə universiteti tərk edərək qoyaraq orduya qoşulur. Müxtəlif döyüşlərdə iştirak etdikdən sonra tezliklə ikinci leytenant rütbəsi alır. Vilaqosun mühasirəsi zamanı böyük igidlik göstərən Viktor ordunu tərk edərək Peştə ailəsinin yanına qayıdır. Bu zaman o, həm hüquq təhsilini davam etdirir, həm də yerli rəssamlardan rəsm dərsləri almağa başlayır. 1853-cü ildə Viktor Vyana İncəsənət Univeristetinə daxil olur.
Baladas En Español
Ballads en Espanol — Roxette qruppunun ispan dilində albomudur.
Balabas cins qoyunları (film, 1976)