Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baldoy
Baldoy (gür.: g.ə. პალდო, l.ə. paldo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99.9%-i azərbaycanlılardan ibarət 696 nəfər (367 nəfəri kişilər, 329 nəfəri qadınlar) əhali yaşayır.
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Valday
Valday — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Baldza
Baldza ( yun. Μπάλτζα) və ya Sivri Təpə — Yunanıstanda Qalikosun sol sahilində, Oreokastron və Salonikidən şimalda, Pikrolimni gölünün cənub-şərqində alçaq silsilələr. Ən yüksək zirvəsi Baldzadır, dəniz səviyyəsindən 561 m hündürlükdədir. == İstinadlar == == Xarici keçidlər == "εργασία: Νεοχωρούδα Θεσσαλονίκης". 2012-01-11 tarixində arxivləşdirilib. Το σύγχρονο Ωραιόκαστρο, Δρ.
Baləli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Bandl
Bandl (ing. bundle — bağlama, büküm, boğça) — oyun və kompüter sənayesində bir neçə məhsuldan və ya xidmətdən ibarət, lakin bütov vahid bir məhsul və ya xidmət kimi satılan komplektə deyilir. == Bandl nümunələri == Bu strategiya (bandl yaratmaq) daha çox kompüter proqramları biznesi (məsələn, mətn prosessoru, cədvəl və verilənlər bazasının bir ofis proqramına yerləşdirilməsi), kabel televiziyası sənayesi (məsələn, ABŞ-də adi kabel adətən birdəfəyə bir çox kanalları bir qiymətə təklif edir) və fast fud sənayesi (bir neçə yemək bir yemək kimi təqdim olunur) üçün xarakterikdir. Oyun komplektləri və bir neçə funksiyanı özündə cəmləşdirən brauzer bandlları (ing. browser bundles) da daha geniş yayılmaqdadır.
Aloe ballyi
Aloe ballyi (lat. Aloe ballyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Baldır əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Doğuş Balbay
Doğuş Balbay (türk. Doğuş Balbay; doğ. 21 yanvar 1989-cu il, İstanbul, Türkiyə) — Türkiyəli peşəkar basketbolçu. Anadolu Efes basketbol klubunda oyun qurucu mövqedə oynayır. Balbay iki mövsüm Fənərbaxça klubunda oynamışdır. 2006-cı ildə ABŞ-yə getmiş və orda Bryuster akademiyasında təhsil almışdır. Dörd il sonra Ostin Texas Universitetinə daxil olmuşdur. Üç mövsüm Texas Lonqhorns klubunda oynadıqdan sonra NBA Draft (2011) qatılmaq üçün müraciət etmiş ancaq qəbul olunmamışdır. 2013-cü ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış etmişdir. == Bioqrafiyası == Doğuş Balbay Mithat və Şukran Balbayların ailəsində anadan olub.
Baləli Maştağalı
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Baləli Rzayev
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Yevgeni Xaldey
Yevgeni Xaldey (23 mart 1917, Donetsk, Yekaterinoslav quberniyası – 6 oktyabr 1997[…], Moskva) — II Dünya Müharibəsi zamanı Sovet İttifaqının 1945-ci ildə Almaniyaya qarşı qələbəsini qeyd edən paytaxt Berlində Reyxstaqın üstünə Sovet bayrağını sancmış Abdulhakim İsmayılov adlı sovet əsgərinin fotosunu çəkən Qırmızı Ordunun fotoqrafı idi. Xaldey Yuzovkada (indiki Donetsk, Ukrayna) yəhudi ailəsində anadan olub. Fotoqrafiyaya onun uşaqlıqdan həvəsi olub. Bir fotoqraf kimi on doqquz yaşında TASS sovet mətbuat agentliyi ilə işləməyə başlayıb. Xaldey tarixin bir çox vacib məqamının şahidi olub, II Dünya Müharibəsi və Nürnberq dövründə çəkdiyi fotoşəkilləri ilə xüsusilə məşhurdur. Xaldey 1949-cu ilə qədər TASS ilə işləyib. Antisemitizm artdığına görə Sovet dövləti tərəfindən qovulub. Sonrakı on il ərzində gündəlik həyat səhnələrinə fokuslanan özəl müstəqil fotoqraf kimi çalışıb. 1970-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qalana qədər "Pravda" qəzetində işləyib. Xaldeyin ən məşhur şəkli II Dünya Müharibəsinin sonunda Reyxstaqın üzərində Sovet bayrağını qaldıran Sovet Qırmızı Ordusu əsgərinin fotosu olub.
Garcinia balala
Garcinia epunctata (lat. Garcinia epunctata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton, London qraflığı[d]) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Badlı (Miyanə)
Badlı (fars. بادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (22 ailə).
Ballı ayran
Ballı evkalipt
Baloy-Lam
Baloy-Lam (çeç. Baloyn-Lam, hərf. "Baloylular dağı"; Baloylam) — Çeçenistanın Açxoy-Martanov rayonunda dağ zirvəsi. == Haqqında == Osuxi çayı, Qexi çayının sol qolu və Ağ Şalaji çayları arasında yerləşən bu dağ zirvəsi dəniz səviyyəsindən 2029,9 metr yüksəklikdə yerləşir. Baloyn-Lam dağında iki yüksəklik vardı: Taşi-Kort xəritələrində Bokxa-Taş-Korta və Joma-Taş-Korta. Rəvayətə görə, Baloylam dağında döyüşkən çeçen etnik icması baloy meydana çıxmışdır. Hazırda bu çeçen tayplarının nümayəndələri Rusiyanın Qroznı, Arqun, Qudermes kimi şəhərlərində, Rusiyanın Psedax, Beerdakel, Kurçaloy, Qeldarana, Tsotsin-Yurta, İlasxan-Yurta, Oysxara, Türkiyənin Çardaq və İstanbul şəhərlərində, İraq, İordaniya və Suriya ərazisində yaşayırlar. == Ədəbiyyat == Сулейманов А. С. Топонимия Чечни / Ред. Т. И. Бураева. — Грозный: ГУП "Книжное издательство", 2006.
Marta Baldo
Marta Baldo (8 aprel 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Marta Baldo İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Monte Baldo
Monte Baldo— İtaliya Alplarında dağ silsiləsi, Trento və Verona əyalətlərində yerləşir. Monte Baldo dağları cənubdan Kaprino Veroneseda qurtaran hündür ərazilər, qərbdən Qarda gölü, şimaldan Roveretonun Naqo-Torbole qovuşduğu və şərqdən Val Adige ilə sərhədlənir. Dağın adı Alman Wald ("meşə") adından götürülmüşdür. Bu 1163-cü ildə Alman xəritəsində ilk dəfə görünür. Sülh Yolu (Peace Trail, italyan dilində Sentiero della Pace ) şimali İtaliyadakı ən əhəmiyyətli yollardan biridir və silsilə üzərindən keçir. Dağdan Malcesine şəhərinin yaxınlığında yerləşən Qarda gölü sahilinə kanat vasitəsilə çatmaq olur. Baldo dağları qərbdən göl və şərqə Val d'Adige arasındakı 40 km məsafədə, Qarda gölünə paralel coğrafi baxımdan oxşar silsilələrlə xarakterizə olunur və cənubda Kaprino düzənliyi və Şimali Loppio vadisi ilə sərhədlənir. Baldo dağlarının maksimal hündürlüyü Cima Valdrittada 2218 metr yüksəklində və Qarda gölü sahilində isə minimal hündürlüyü 65 metr yüksəklikdədir. Dağın digər görkəmli zirvələrini Monte Altissimo di Nago (2079 m), Cima del Longino (2180 m), Cima delle Pozzette (2132 m) və Punta Telegrafo (2,200 m) təşkil edir.
Mustafa Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Alexandro Balde
Alexandro Balde (18 oktyabr 2003, Barselona) — ispaniyalı futbolçu, sol cinah müdafiəçisi. İspaniya milli komandasının və Barselona FK-nın oyunçusu.
Ballı (Uludərə)
Ballı — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində qeyd olunur Şivitdir və kürdcə "dərə otu" deməkdir. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.