BALDIZ

Mənbələrdə “kiçik gəlin” anlamı baltır sözü ilə verilib. Gəlinin kiçik bacısı “baldız” adlanıb. Bəzi türk dillərində “yalduz” (baldız), “yaldız” (qızıl suyuna salınmış) “baldız” mənasında işlədilir. Belə olduqda “baldız” “gözəl” mənasında işlədilən “parlaq” anlamını əks etdirə bilər. Türk dillərində yaşca kiçik qohumlara baltır, arvadın kiçik bacısına baltız deyiblər. Maraqlıdır: böyük bacının əri baca, kiçiyinki bacanaq adlandığı kimi, arvadın böyük və kiçik qohumları da müxtəlif sözlərlə (aba, xala, baldız və s.) ifadə olunub. İndi baldız “kiçik” mənasından uzaq­laşıb, həm də yalnız arvad tərəflə məhdudlaşmır. Ər və arvadın bütün bacıları onlar (ər və arvad) üçün baldız hesab olunur. Deməli, baldız tarixən (bala) kiçik sözü ilə bağlıdır, “çıxıntı” mənası da mövcud olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BALDIRĞAN
BALIQ
OBASTAN VİKİ
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.

Digər lüğətlərdə

-ар-(а) аудие́нц-зал бакла́ны балка́рский домовни́ца нада́ивание подма́зка пу́чить ка́риес мете́лить сюсю́кать afterbirth aides-de-camp board room cornrow crisper flump La Hague mapmaking omniform pea huller povera viewy затворяться заштукатурить