Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bernhard Bolzano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bernhard Klodt
Bernhard Klodt (26 oktyabr 1926, Helzenkirxen, Prussiya[d] – 23 may 1996, Qarmiş-Partenkirhen, Bavariya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. == Futbolçu karyerası == Klub karyerası boyunca Klodt əsasən "Şalke 04"-də oynamışdır. 17 yanvar 1943-cü ildə 16 yaşında 6–2 qələbə hesabı ilə bitən "Vestfaliya Herne" klubu ilə oyunda əsas heyətdə debüt etdi və qol müəllifi oldu.Klodt karyerasını 1963-cü ildə Bundesliqanın başlaması ilə 36 yaşında başa vurdu. Son oyununda, "Şalke"nin 18 iyun 1963-cü ildə Bolqarıstan millisinə 1-0 hesabı ilə qalib gəldiyi tək qolu vurdu. O, Oberliqa Vest çempionatında 330 oyuna 129 qol vurmağı bacarmışdır.1950-1959-cu illər arasında Klodt 19 dəfə Almaniya milli futbol komandasının formasıyla meydana çıxdı və üç qol vurdu. O, 1954 FİFA Dünya Kubokunu qazana heyətin üzvü idi və 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. 1954 Dünya Kuboku zamanı Klodt Helmut Ran əvəzinə sağ kənar mövqede oynayırdı. O, Türkiyəyə qarşı hər iki oyunda iştirak etdi. Hər iki oyunda da kifayət qədər yaxşı oynasa da, Zepp Herberger Yuqoslaviya ilə dörddəbir finalda onu Ranla əvəzləməyə qərar verdi. Herbergerin qərarı əvvəlcə mətbuat tərəfindən birmənalı qarşılanmadı, ancaq Ran Yuqoslaviyaya qol vurduqdan sonra Klodt komandandan xeyli kənarda qaldı.
Bernhard Raab
Bernhard Raab (d. 17 Mart 1966) alman eks-futbolçu və məşqçi. Daha çox Azərbaycanda bir müddət Sumqayıt FKda baş məşqçilik etməsi ilə tanınmışdır.
Bernhard Riman
Bernhard Riman (ing. Bernhard Riemann; 17 sentyabr 1826[…], Yameln[d] – 20 iyul 1866[…], Verbaniya[d], Pyemont) — alman riyaziyyatçısı. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsində həndəsi istiqamətin əsasını qoymuşdur. O, həndəsəyə istənilən bircins obyektlərin kəsilməz yığımı haqqında təlim kimi baxmış, kəsilən funksiyaları öyrənmişdir. Riyaziyyata Riman fəzası adlanan fəza daxil etmiş və onun nəzəriyyəsini (Riman həndəsəsi) yaratmışdır; diferensial tənliklər nəzəriyyəsi, triqonometrik sıralar, inteqral hesabı sahələrində çalışmışdır. == Həyatı == 1826-cı ildə doğulub. 1866-cı ildə vəfat edib.
Bernhard Varenius
Bernhard Varenius - alman coğrafiyaçısıdır. == Həyatı == Almaniyanın Hamburq şəhərinin şimalında, Elbe Nehri kənarında bir şəhərdə 1622-ci ildə anadan olmuşdur. Kahin ailəsində anadan olan Berhard ailənin 4-cü övladı idi. Anası 1623-cü ildə doğuş vaxtı rəhmətə geib və ailəsi 1628-ci ildə Uelzdən köçmüşdür. Atası 1635-ci ildə öldükdə sonra kimsəsiz uşaqların hamısı Almaniyada Varenius şəhərində bir kilsədə öz təhsillərini davam etmişlər və Tübingenə getmişlər. Daha sonra Tibb, astronomiya və coğrafiya fənlərini öyrənmiş, coğrafiyaya daha çox marağı olduğu üçün onu seçmiş və biliklərini artırmağa davam elemişdir.1649-cu ildə təhsilini başa vuraraq Amsterdama gəlmişdir. Həmin il ""Descriptio Regni Japoniae" adlı əsəsinrdə Yaponiya və Siam haaqında məlumat vermişdir. Ən vacib əsəri isə Coğrafiyanın xüsusiyyətidir. 1650-ci ildə bu kitabı bitirmiş və həmin il rəhmətə getmişdir. == İş həyatı == Varenius bu kitabı coğrafiyanın bir çox prinsipləri ortaya qoymuşdur.
Bernqard Petri
Bernqard Eduardoviç Petri (17 sentyabr 1884-25 noyabr 1937)—sovet etnoqrafı və antrapoloqu. == Həyatı == Bernqard Eduardoviç Petri 17 sentyabr 1884-cü ildə Berndə anadan olmuşdu. Uşaqlığı İtaliyada keçmişdi. Gimnaziyanı və universiteti Sankt-Peterburqda bitirmişdi. Onun hamisi və ustadı akademik Vasili Radlov idi. Universiteti tamamlayandan sonra Rusiya elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyində ştatdankənar əməkdaş, sonra kiçik etnoqraf vəzifələrində çalışmışdı. Avstraliya və Okeaniya şöbəsinə başçılıq etmişdi. Bernqard Petri 1912, 1913 və 1916-cı illərdə Pribaykala antropo-arxeoloji ekspedisiyada iştirak etmişdi. Bernqard Petri 1918-ci ildən İrkutsk Universitetinin dosenti, sonra professoru vəzifəsində çalışmışdı. Onun diyarşünaslıq dərnəyinə gələcək akademik A. P. Okladnikov (1908—1981) və tarix elmləri doktoru M. M. Gerasimov (1907—1970) tez-tez baş çəkirdilər.
Bernard Bolsano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bernard Cribbins
Bernard Cribbins (29 dekabr 1928, Qlodvik[d] – 27 iyul 2022) — karyerası yetmiş ili əhatə edən ingilis aktyoru, səs sənətçisi və müğənnisidir.
Bernard Herrmann
Bernard Herrmann (ing. Bernard Herrmann) — ABŞ bəstəkarı, "Oskar", BAFTA və Qremmi mükafatları laureatı, bir çox kinofilmlərin musiqisinin müəllifi. == Həyatı == Bernard Herrmann 29 iyun 1911-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Bernard Herrmann 1930–1940-cı illərdə "Dünyanın müharibəsi" və "Vətəndaş Keyn" radio tamaşalarında Orson Uellslə əməkdaşlıq etmişdir. O, Alfred Hiçkokun 1955–1964-cü illər arasında çəkilmiş bütün filmlərinə musiqi tərtibatı vermişdir. Onun şah əsəri Hiçkokun "Psixo" filminə yazdığı musiqi hesab olunur. Uzunmüddətli əməkdaşlıqdan sonra Hiçkokla aralarında inciklik yarananır və bəstəkar Fransua Trüffo, Brayan De Palma kimi rejissorlarla işləməyə başlayır. Onun kinoda son işi 1976-cı ildə rejissor Martin Skorsezenin "Taksi sürücüsü" filminə yazdığı musiqi olur. Bernard Herrmann 1975-ci ildə Los-Ancelesdə vəfat etmişdir. Herrmannın yaradıcılığı o qədər yüksək səviyyədə olmuşdur ki, təkcə Ancelo Badalamenti və "The Beatles" qrupuna yox, eləcə də müasir filmlərə öz təsirini göstərdi.
Bernard Kamunqo
Bernard Kamunqo (1 yanvar 2002, Kasulu, Tanzaniya) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Tanzaniya futbolçusu. == Erkən illəri == Kamunqo Tanzaniyanın Kasulu şəhərində anadan olmuşdur. O, ailəsi birlikdə ABŞ-yə köçmüş və bir müddət qaçqın düşərgəsində yaşamışdır. Daha sonra Texas ştatının Abilin şəhərinə köçmüşdür. ABŞ-yə köçdükdən sonra Kamunqo Abilin orta məktəbinin futbol komandasına yazılmışdır. Orta məktəbi bitirdikdən sonra Kamunqo qardaşı İmani ilə birlikdə potensialını artırmaq üçün onlayn axtarışlara başlamışdır. İştirak haqqı 500 dollar olan yoxlanışdan sonra İmani sadəcə 90 dollara tapdığı MLS təmsilçisi Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" klubuna yoxlanışa çağırılmışdır. == Klub karyerası == 2021-ci ilin yanvar ayı boyunca yoxlanışda olan Kamunqo öz oyunçu bacarıqları ilə "Nort Texas" klubunun baş məqşçisi Erik Killi heyran etmiş və 25 mart 2021-ci ildə oyunçu ilə peşəkar müqavilə imzalanmışdır. Kamunqo öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Hope Avayevunu əvəz etmişdir.
Bernard Levis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Bernard Liç
Bernard Hovell Liç (ing. Bernard Howell Leach; 5 yanvar 1887[…], Britaniya Honkonqu[d] – 6 may 1979, Sent-Ayvs[d], Kornuoll[d]) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı. O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir. == Həyatı == Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır. Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir. Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır. Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi. Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər. Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur.Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər. Dünyanın müxtəlif yerlərindən olan peşəkar dulusçular və tələbələr dulusçuluq sənətini öyrənmək üçün Sent-Ayvs studiyasına gəlirdilər.
Bernard Luis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Bernard Medoff
Bernard Medoff (29 aprel 1938, Kuins, Nyu-York və ya Nyu-York, Nyu-York ştatı – 14 aprel 2021) – "əsrin fırıldaqçısı" 29 iyun 2009-cu ildə Nyu-York məhkəməsi "əsrin fırıldaqçısı" adını qazanmış Bernard Medoffa hökm oxuyub. "Əsrin maliyyə piramidası"nın qurucusuna nə az, nə çox- 150 illlik həbsxana cəzası kəsilib! "Nasdaq" adlı keçmiş fond birjasının sahibi olan B.Medoff tarixdə ən böyük məbləğdə- 64,8 milyard dollarlıq maliyyə piramidasını qurmuşdu. Medoffun vəkilləri onun yaşını (71) nəzərə alaraq, hakimdən 12 illlik cəza istəsələr də, məhkəmə maksimal cəza müddəti kəsib. Qeyd edək ki, Medoffa qarşı 11 maddə üzrə, o cümlədən qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, fırıldaqçılıq və yalançı şahidlik üzrə ittihamlar irəli sürülmüşdü. İttihama görə, B.Medoff şüurlu şəkildə ayrı-ayrı fiziki şəxsləri, kompaniyaları, bankları, sosial və təqaüd fondlarını illik 46 faiz təmiz gəlir vəd etməklə öz piramidasına cəlb edib. Bundan əlavə, fırıldaqçı milyarder işə əsasən onun biznesinin mahiyyətini anlamayan təcrübəsiz şəxsləri götürürmüş. Qeyd edək ki, aldadılan şirkətlər arasında dünya şöhrətli kompaniyalar da var. Bunlara misal olaraq, HSBS, BNP Paribas, Credit Agricole, UniCredit, Nomura, Royal Bank of Scotland kimi bankları göstərmək olar.
Bernard Monqtomeri
Bernard Lou Montqomeri (ing. The Viscount Montgomery of Alamein; 17 noyabr 1887[…] – 24 mart 1976[…], Olton[d], Hempşir qraflığı[d]) — ingilis feldmarşalı. == İlk illəri == Bernard Montqomeri 1887-ci ildə Londonda, Kenningtonda doğulub. Bir Anqlo-İrlandiya Anqlikan rahibi olan Atası Henri Montqomery və həyat yoldaşı Maudun (qızlıq soyadı Farrar) doqquz uşağının dördüncüsü idi. 1901-ci ildə, Yepiskop Montgomery İncili Yaymaq Cəmiyyəti katibi oldu və ailəsi Londona döndü. Montqomery St. Paul Məktəbinə getdi. Bir leytenant olaraq sentyabr 1908-ci ildə 1. Tabur Kral Warwickshire Alayına qatıldı və ilk dəfə İngilis Hindistan'ında o il xidmət etdi. 1910-ci ildə teğmenliğe qalxma etdi.
Bernard Montqomeri

Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist - ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Cozef Bernard
Cozef Bernard (fr. Joseph Bernard; doğum 1836-cı il - ölüm 1931-ci il) — müasir klassik fransız heykəltaraşı. Cozef Bernard Elie Fauerin 1927-ci il müasir incəsənətin "Spirit of Forms" icmalında yer alıb. O, Pyerre-Yulez Kavalyerin Ekol des Beaux-Arts atelyesində təlim keçmişdi. == Yaradıcılığı == Cozef Bernard 1906-cı ildə La fete des pampres divar qabarmasını, 1912-ci ildə bürüncdən Torso de La Jeune Fille a la cruche heykəlini hazırlamışdır. Cozef Bernard yaradıcılığında daş, bürünc, gipsdən və mərmərdən istifadə edərək müxtəlif əsərlər yaratmışdır.
Albert Bernhard Frank
Albert Bernhard Frank (alm. Albert Bernhard Frank‎; 17 yanvar 1839, Drezden – 27 sentyabr 1900, Berlin, Almaniya imperiyası) — Alman bioloqu, botaniki və mikoloqu. == Elmi əsərləri == 1893: Lehrbuch Der Botanik Nach Dem Gegenwartigen Stand Der Wissenschaft, Volumen 1 (Libro de texto de Botánica De acuerdo con el estado actual de la ciencia). Ed. Engelmann. 669 pp. Reeditó en 2010 BiblioBazaar, 686 pp. ISBN 1144420709. 1896: Pflanzenschutz: Anleitung für den praktischen landwirt zur erkennung und bekämpfung der beschädigungen der kulturpflanzen. Im auftrage der Deutschen landwirtschafts-gesellschaft, Sonderausschuss für pflanzenschutz, Volumen 1 (Protección de las Plantas: Guía práctica para el agricultor detectar y combatir los daños a los cultivos.
Bernhard fon Bülov
Bernhard Henrix Karl Martin fon Bülov (alm. Bernhard Heinrich Martin Karl Fürst von Bülow‎; 3 may 1849[…] – 28 oktyabr 1929[…], Roma, İtaliya krallığı) — alman dövlət və siyasi xadim və 1900-1909-cu illərdə Almaniya imperiyasının reyxkansleri. == Reyxkanslerliyi == Bernhard fon Bülov 1900-cu ildə Xlodviq Hohenloedən Almaniya imperiyasının reyxkansleri təyin olundu və ilk olaraq aşağıdakı islahatları həyata keçirdi. 1900-cü ildə qəbul edilən qanuna əsasən ölkə daxilində ayrı-ayrı təşkilatların koalisiyalar yaratmasına icazə verildi. Həmin ildə qəbul edilmiş digər bir qanuna əsasən istehsalatda bədbəxt hadisələrə görə xəsarət almış şəxslərə kompensasiyaverilməsi nəzərdə tutulurdu. 1900-cü ildə həmçinin kənd icmalarında arbitraj məhkəmələrin yaradılması haqqında qanun qəbul edildi. Bülovun daxili siyasətində Otto fon Bismarkla oxşarlığı onda idi ki, o da Bismark kimi ölkənin gələcəyini məhz sənayenin, ticarətin inkişafında görürdü. 1902-ci ildə Bülov reyxstaqın ölkəyə gətirilən taxıl və taxıl məhsulları üzərinə qoyduğu gömrükhaqlarının artırılması ilə yeni tarifin tətbiq olunmasına nail oldu. Yeni tarif 1902-ci ildə qəbul olunsa da, 1904-cü ilin yanvar ayının 1-dən qüvvəyə mindi. Həmin tarifə görə ölkəyə gətirilən arpa, buğda, çəltik məhsulları üzərinə qoyulan gömrük rüsumu 3 dəfəyədək artırıldı.
Adolf Bernard Meyer
Adolf Bernard Meyer (alm. Adolf Bernard Meyer‎; 11 oktyabr 1840, Hamburq – 5 fevral 1911, Berlin) — alman antropoloqu, ortinoloqu və etimoloqudur. 1870-ci illərdə İndoneziya arxipelağında mühüm işlər görmüş, səyahətini bitirdikdən sonra Drezden muzeyində direktor çalışmışdır. 1884-cü ildə Yeni Qvineyada tapılmış nadir quş növü Meyer şərəfinə "Epimachus meyeri" adlandırılmışdır. == Əsərləri == Das Hemmungsnervensystem des Herzens. Berlin 1869. Abbildungen von Vogelskeletten (1879-95) Publikationen des königlichenethnographischen Museums zu Dresden (1881-1903) Album von Philippinentypen (1885-1904) The Birds of Celebes (1885) The Distribution of Negritos (1899) Studies of the Museum (of Natural History) and kindred Institutions of New York, etc.
Bernard Martin (ekoloq)
Martin Bernard (ing. Bernard Martin) — Kanadalı balıqçı və ekoloq. 1999-cu ildə Ətraf Mühitin Mühafizəsi üzrə Qoldman mükafatına layiq görülüb. == Bioqrafiya == Martin Nyufaundlend ştatının Petti Harbor Maddox Kouv şəhərində balıqçı ailəsində anadan olub. Ailəsi artıq dörd nəsildir ki, treska ovu ilə məşğul olmağa davam edir. == Treska ovuna qoyulan moratorium == Treska ovu uzun əsrlər boyu Nyufaundlenddə həyat tərzi olmuşdur, lakin İkinci Dünya müharibəsindən sonra sənaye həddən artıq balıq ovu və ətraf mühitin deqradasiyası balıqçılıq sahəsinə ciddi ziyan vurur. Nəticədə treska balıqlarının sayı kəskin şəkildə azalır. Martin və digər balıqçılar ovların azaldığını görür və vəziyyətlə bağlı hökuməti xəbərdar edirlər. Onlar ümid edirlər ki, treska ovu kvotalarının azaldılması ovların azalmasının qarşısını almağa kömək edəcək. Onlar Petti Harbor Maddox Kouv şəhəri ətrafında qorunan balıqçılıq ərazisi qururlar və 1983-cü ildə treska balıqlarının kommersiya ovlanmasına nəzarət etmək üçün Balıqçılar Kooperativini təşkil edirlər.
Bernard Xarms mükafatı
Bernard Harms mükafatı və medalı (alm. Bernhard-Harms-Preis und Medaille‎) — beynəlxalq iqtisadi mükafatlar. Mükafat hər 2 ildən bir Kiel Dünya İqtisadiyyatı İnstitutu (Almaniya) tərəfindən beynəlxalq iqtisadiyyat nəzəriyyəsinin inkişafına və dünya iqtisadi əlaqələrinin təkmilləşdirilməsinə mühüm töhfə vermiş alimlərə verilir. Mükafat ilk dəfə 1964-cü ildə institutun yaradılmasının 50 illiyi münasibətilə verilib. Mükafatın məbləği 25.000 € təşkil edir. Medal qeyri-müntəzəm olaraq institutun yaradıcısı Bernard Harmsın ənənəsinə uyğun olaraq institutun tədqiqat işinə töhfə vermiş iqtisadçılara verilir.
Corc Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist - ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Helmut Karl Bernhard fon Moltke
Helmut Karl Bernhard fon Moltke (alm. Helmuth Karl Bernhard Graf von Moltke‎; 26 oktyabr 1800[…] – 24 aprel 1891[…], Berlin) — Almaniya sərkərdəsi və hərbi nəzəriyyəçi, qraf (1870), Prussiya baş qərargah rəisi, general-feldmarşal (1871). Bismark və Roon ilə birlikdə Alman imperiyasının qurucularından biri hesab olunur. Alman Baş Qərargah rəisi general-polkovnik Helmut fon Moltkenin (Kiçik Moltke) əmisi.