Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Emili Barringer
Emili Danninq Barrinqer (1876 – 8 aprel 1961) — dünyanın ilk təcili yardım cərrahı və cərrahi rezidenturaya yiyələnmiş ilk qadın. Emili Danninq Nyu-Yorkun Skarsdeyl şəhərində Edvin Ceyms Danninq və Frensis Qor Lanqın ailəsində anadan olub. Təqribən on yaşı olanda onun varlı Nyu-York ailəsi çətin günlərə düşdü və atası var-dövlətini bərpa etmək üçün anasını beş uşaqla qoyaraq Avropaya getdi. Anasının dostu qızına dəyirmançı ustanın yanında şagird olmağı təklif etsə də, anası buna qarşı çıxmış və təhsil alacağını bildirmişdir. Ailə dostları olan doktor Meri Korinna Putnam, onlara Kornell Universitetinin tibbi hazırlıq kursunu tövsiyə etdi və Kornellin qurucularından olan əmisi Henri Seyc, təhsil haqqını ödəməyə razı oldu. Digər ailə dostları da xərclərə kömək edirdi. Emili Danninq 1897-ci ildə məzun oldu və Nyu-York Klinikasının Tibb Kollecində oxumağa qərar verdi. Oradakı ikinci ilində kollec yeni Kornell Universiteti Tibb Məktəbi ilə birləşdi. O, 1901-ci ildə tibb dərəcəsini aldı və daha sonra Nyu-Yorkdakı Quvernyor Xəstəxanasında təcrübə keçmək üçün seçmə imtahanında ikinci ən yüksək balı qazandı. Lakin xəstəxana onun müraciətini rədd etdi.
Emili Barrinqer

Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Beynəlxalq Barmenlər Assosiasiyası
Beynəlxalq Barmenlər Assosiasiyası (ing. IBA) dünyanın ən bacarıqlı barmenlərini təmsil etmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır, 24 fevral 1951-ci ildə təsis edilmişdir. Həm Dünya Kokteyl Müsabiqəsi (ing. WCC) həm də Ümumdünya Fleyritending Müsabiqəsi (ing. WFC) illik tədbir BBA tərəfindən təqdim edilmiş və təşkil edilmişdir. BBA rəsmi kokteyllərin siyahısını da təqdim edir. Hər il tədbirlər müxtəlif istiqamətlərdə keçirilir. 2006-cı ildə 6 oktyabr 2006-cı il (WCC-nin 32-ci illiyi üçün) - 7 oktyabr 2006-cı il tarixlərində (WFC-nin 7-ci illiyi üçün) müsabiqə Yunanıstan, Halkidiki, "Meliton Porto Carras Hotel"-də keçirildi.