Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Süyüm bikə
Söyümbikə (tatar. Söyembikä, «Söyem» — Sevim, «Bikä» — xanım, tərcüməsi — Sevimli xanım) (1516 - 1557) — Qazan xanlığının hakimi. == Həyatı == Kazan xanlığında Noğay xanı Yusif mirzənin gözəl qızı Söyümbikə 1516-cı ildə anadan olmuşdu. Gənc yaşda mirzələr tərəfindən evləndirilmişdi. İlk həyat yoldaşı Can Əli xan rus tərəfdarı imiş. Kazanlılar onu heç sevməzmiş və üsyan edib onu öldürüblərmiş. Sonra gənc yaşda dul qalan gözəl qadın Söyümbikə xan ilə Krım xanı Səfa Giray xan evlənirlər. Səfa Giray xanın oğlu Krım xanlığının varisi Bole xandan sonra Söyümbikə xandan da ikinci oğlu Ödəmiş xan dünyaya gəlir. Səfa Giray xan neçə dəfə Kazana göz dikən rusları döyüşdə darmadağın etmişdi. Ölümündən sonra vəsiyyətinə görə taxtı oğlu Ödəmiş xana qalmışdır.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. == Həyatı == 572-ci ildə Məkkədə doğulub. 634-cü ildə Mədinədə vəfat edib.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir."Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır.
Altmış bir
Altmış bir — say sistemində ədədlərdən biridir. Altmışdən sonra, altmış ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.Hər iki dövlət müstəqillik əldə etdikdən sonra Həlaib Üçbucağı Sudanın, Bir Tavil isə Misirin nəzarətində qaldı.
Bir sabah
Bir sabah — Mübariz Tağıyev və "Tac" qrupunun ifa etdiyi mahnı. == Mahnı haqqında == "Bir sabah" mahnısını Mübariz Tağıyev "Tac" qrupu müşayiəti ilə birlikdə ifa etmişdir. Bu mahnı 1991-cı ildə "Bəxt üzüyü" filminin sonu üçün, final mahnısı olaraq yazılmışdır. Yaşar Baxış mahnının həm aranjimanını etmiş, həm də elektrogitarada ifa eləmişdir.Mahnının musiqisi bəstəkar Eldar Mansurova, sözləri isə şair Vaqif Səmədoğluna məxsusdur.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko[d], Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. == Riyaziyyatda == On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. === Əsas hesablamalarda === === Say sistemində === == Elmdə == Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Say sistemində === Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. == Söz açımı == Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. == Özəllikləri == "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
İyirmi bir
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Abbad ibn Bişr
Abbad ibn Bişr (ərəb. عباد بن بشر‎ 589, Mədinə – 632) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mədinədə anadan olmuşdur. Məhəmməd peyğəmbərin Mədinəyə göndərdiyi Musab ibn Umeyrin xütbələri sayəsində İslam ehkamı ilə tanış olur. İslamı qəbul etdikdən sonra zahid bir həyat tərzi keçirir, namaza çox vaxt sərf edir. O, parlaq Quran alimi idi. Aişə binti Əbu Bəkr demişdir: "Əbdül-Əşxələ nəslindən olan üç ənsardan heç kim fəzilət baxımından üstün ola bilməzdi: Səd ibn Muaz, Üseyd ibn əl-Xudeyr və Abbad ibn Bişr". Abbad ibn Bişr Peyğəmbərin dövründə bütün hərbi yürüşlərdə iştirak etmişdir. 626-cı ildə Məhəmməd peyğəmbər Bəni Muharib və Bənu Sələbə qəbilələrinə qarşı yürüş edir. Vadilərin birindəki "Zat ər-Rikaa" döyüşündən qayıdan dəstə gecəni saxlanır.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Biko Əli Paşa
Biko Əli Paşa — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və saraya necə girdiyi məlum deyil. Tarixi mənbələrdə adına ilk dəfə Qoca Dərviş Paşanın sədarəti dönəmində rast gəlinir. Belə ki, 1653-cü ilin martında Dərviş Paşanın sədarət naibi olmuşdur. 1655-ci ilin yanvarında baş dəftərdar olsa da, həmin ilinin sonunda vəzifədən ayrıldı. Daha sonra ikinci dəfə bu vəzifəyə gətirilsə də, bu dəfə də çox keçmədən vəzifədən alındı və 1656-cı ildə vəzir rütbəsiylə yenidən sədarət naibi oldu. Bir ay sonra isə sancaqbəyliyinə gətirildi. 1658-ci ilin dekabrında kaptan-ı dərya oldu və 2 il boyunca bu vəzifədə qaldıqdan sonra 1660-cı ilin aprelində Rumeli bəylərbəyliyi ilə vəzifədən alındı. Daha sonra vəfat etdi. Vəfat tarixi isə məlum deyil.
Bişr ibn Bəra
Bişr ibn Bəra (ərəb. بِشْرِ بْن بَراء‎; I minillik – 628) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsinin Sələməoğulları (Bənu Sələmə) qolundandır. Atasının adı Bəra ibn Mərur və anasının adı Halise binti Kays olmuşdur. Hicrətdən əvvəl atası Bəra ibn Mərur müsəlman olur. Bişr ibn Bəra Bədr, Uhud və Xəndək kimi əksər döyüşlərdə iştirak etmişdir. Bişr ibn Bəra Xeybər döyüşündə (hicrətin yeddinci ili) bir neçə səhabə ilə bir yəhudi qadının Peyğəmbərə (s) gətirdiyi zəhərli əti yeyərək zəhərləndiyi barədə şayiələr var.
Bəkr Əl-Dulaymi
Bəkr Əl-Dulaymi (d. 26 aprel 1998) — İraqlı üzgüçü. Bəkr Əl-Dulaymi İraqı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Bəkr Əl-Dulaymi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.12 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 75-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Əbu Bəkr məscidi (Bakı)
Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr As-Siddik şərəfinə inşa edilmiş məscid. == Tarixi == Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər. Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir.Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır. Məsciddə qadınlar üçün ayrıca bölmə var. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır.
Green Baku (Yaşıl Bakı)
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. == Qurulma tarixi == Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. == Əsas fəaliyyət == Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.