Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr As-Siddik şərəfinə inşa edilmiş məscid.
İslam | |
Əbu Bəkr məscidi | |
---|---|
Din | |
Başçısı | Qamət Süleymanov |
Statusu | Qafqaz Müsəlmanları İdarəsi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Memarlıq | |
Tikdirəni | |
Üslubu | İslam memarlığı |
Binası | 2 minarə |
Vəziyyəti | İşlək |
|
|
Saytı | |
QMİ |
Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər.[1] Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir.[2]
Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır.
Məsciddə qadınlar üçün ayrıca bölmə var. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır.
17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu «Meşə qardaşları» qrupunun törətdiyini bəyan etmişdir.[3] 2008-ci ilin oktyabrında Nərimanov rayon məhkəməsi məscidin ziyarət edilməsinə qoyulan qadağanı aradan götürmüşdür.[4]