Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banəzir (Sərdəşt)
Banəzir (fars. بانه زير‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (48 ailə).
Binələr
Binələr (Ağdaş)
Benazir Bhutto
Bənazir Bhutto (21 iyun 1953[…], Kəraçi, Pakistan dominionu, Britaniya İmperiyası – 27 dekabr 2007[…], Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 1988–1990 və 1993–1996 baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı. Mühacirətdə olduğu uzun müddətdən sonra, vətənə qayıtmışdı, və 2007-ci ilin son aylarında ona iki sui-qəsd edildi. Birinci sui-qəsd 2007-ci il oktyabrın 18-də edilmişdi, onun nəticəsində daha 130 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Bhutto 2007-ci il dekabrın 27-də ikinci terror aktı nəticəsində həlak olmuşdu. == Həyatı == 1953-cü il iyun ayının 23-də Pakistanın Karaçi şəhərində anadan olub. Onun ata xətti üzrə əcdadları Bhuto qəbiləsindən olan sindx racputları idi. Bu klan XVII əsrdə Radcastxandan Sində köçmüşdü. Ata babası Şah Navaz Bhutto və atası Zülfüqar Əli Bhutto Pakistan hökumətinə rəhbərlik etmişdilər.. Anası, İran kürdlərindən Begüm Nusret Bhuttodur. Bənazir ailədə ən böyük uşaq idi; onun kiçik qardaşları Mürtəza və Şahnavaz və bacısı Sənəm var idi.
Benazir Əhməd
Benazir Əhməd (1 oktyabr 1963) — Təcili cavab batalyonunun (RAB) və 2014-cü ildən bəri Banqladeş Milli Polisinin rəhbəri. == Həyat və fəaliyyəti == Dakaka Universitetinin tibb fakültəsində İngilis mütəxəssislərinin, magistr, bakalavr, sonra tibb elmləri namizədi olan xüsusi bir proqrama əsasən təhsil aldı. Dakada Polis Akademiyasını bitirdikdən sonra Kişoreganj şəhərinin rayon şöbəsində Banqladeş Daxili İşlər Nazirliyinin əməkdaşı oldu. Bir neçə il sonra müvəqqəti olaraq polis xidmətindən ayrıldı və sosiologiya dosenti olaraq əlavə institusional mənsubiyyət aldı. Tezliklə Daka Polis Akademiyasında Baş Təlimatçı və Tanqaylda yerləşən təlim hərbiyyə mərkəzinin komendantı vəzifələrini aldı. Qısa müddət Banqladeş Polis Qərargahında Maliyyə Sistemi və İdarə Əməliyyatları Sistemi Başçısı olaraq çalışdı. 2013-cü ildə Dakka Polis Komissarı vəzifəsinə yüksəlmişdir. Xaricdə, o, BMT-nin Kosovadakı silahsız beynəlxalq hərbi müşahidəçilərinin bir hissəsi idi və bir müddətdir UNMIBH sülhməramlıları ilə Bosniya və Herseqovinada asayişi izləmişdir. Digər ölkələrdə çoxsaylı təcrübə keçib, o cümlədən: Asiya-Sakit Okean Təhlükəsizlik Tədqiqatları Mərkəzində (Havay, ABŞ) İnteqrasiya Terrorizm dərəcəsi ilə. Avstraliya Federal Polis Universitetində (Kanberra, Avstraliya) cinayət kəşfiyyatı dərəcəsi ilə.
Bicəmir (Nir)
Bicəmir - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 20 km. cənub-qərbdədir.
Binədiq (Kəleybər)
Binədiq (fars. بنه ديق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (5 ailə).
Binələr (Ağdaş)
Binələr — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Binələr (Meşkinşəhr)
Binələr (fars. بنه لر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Binələr bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bənazir Bhutto
Bənazir Bhutto (21 iyun 1953[…], Kəraçi, Pakistan dominionu, Britaniya İmperiyası – 27 dekabr 2007[…], Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 1988–1990 və 1993–1996 baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı. Mühacirətdə olduğu uzun müddətdən sonra, vətənə qayıtmışdı, və 2007-ci ilin son aylarında ona iki sui-qəsd edildi. Birinci sui-qəsd 2007-ci il oktyabrın 18-də edilmişdi, onun nəticəsində daha 130 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Bhutto 2007-ci il dekabrın 27-də ikinci terror aktı nəticəsində həlak olmuşdu. == Həyatı == 1953-cü il iyun ayının 23-də Pakistanın Karaçi şəhərində anadan olub. Onun ata xətti üzrə əcdadları Bhuto qəbiləsindən olan sindx racputları idi. Bu klan XVII əsrdə Radcastxandan Sində köçmüşdü. Ata babası Şah Navaz Bhutto və atası Zülfüqar Əli Bhutto Pakistan hökumətinə rəhbərlik etmişdilər.. Anası, İran kürdlərindən Begüm Nusret Bhuttodur. Bənazir ailədə ən böyük uşaq idi; onun kiçik qardaşları Mürtəza və Şahnavaz və bacısı Sənəm var idi.
Binəli Musayev
Musayev Binəli İsa oğlu – fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Binəli Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır. 1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır. Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Binəli Yıldırım
Binəli Yıldırım (20 dekabr 1955, Sivas ili) — Türkiyə siyasi alimi. Sabiq nəqliyyat naziri, Türkiyə Respublikasının Sabiq baş naziri, Türkiyə Respublikasının Sabiq TBMM sədri. == Həyatı == 1955-ci ildə Erzincan'ın Refahiye mahalında doğulub. İstanbul Texniki Universiteti Gəmi İnşa və Deniz Elmləri Fakültəsindən məzun oldu və eyni hissədə yüksək lisenziya etdi. Dərhal sonra 1978–1993 illəri arasında Türkiyə Gəmi Sənaye Ümumi Müdirliyi və Camialtı Tersanesi'nde müxtəlif qədəmələrdə idarəçilik etdi. 1990–1991 illəri arasında İsveçdə olan Beynəlxalq Dənizçilik Təşkilatına (IMO) aid Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə Can və mal təhlükəsizliyi Rəhbərliyi mövzusunda ixtisas təhsili aldı. Bu təhsil zamanı ümumi 6 ay Skandinaviya ölkələri və Avropada müxtəlif ölkə limanlarında Dənizçilik İdarəsi Professionallar ilə birlikdə idarələrdə tapıldı. Yıldırım 20 oktyabr 2022-ci ildə Zəngilana səfər edərkən yol qəzasına uğrayıb. == Şəxsi həyatı == Müəllim Semiha Yıldırım ilə evli olan Binəli Yıldırımın üç uşağı var. Yaxşı səviyyədə ingilis və fransız dilləri bilir.
Bənazir Bhuttonun qətli
Bənazir Bhuttonun qətli 2007-ci il dekabrın 27-də Pakistanın Ravalpindi şəhərində baş vermişdir. Pakistanın iki dəfə baş naziri (1988–1990; 1993–1996) olmuş və o vaxtki müxalifətçi Pakistan Xalq partiyasının lideri Bənazir Bhutto 2008-ci ilin yanvarına planlaşdırılan seçkilər ərəfəsində seçkiqabağı kampaniyasını aparırdı. Liakvat Milli Bağında keçirilən siyasi mitinqdən sonra ona atəş açıldı, atəşdən dərhal sonra isə terrorçulardan biri özünü partlatdı. O, yerli vaxtla 18:16-da (13:16 UTC) Ravalpindi Baş Xəstəxanasında ölü elan edildi. Bombardman nəticəsində daha 24 nəfər həlak oldu. Bundan əvvəl Bhutto ona qarşı törədilən və ən azı 180 nəfərin öldüyü oxşar sui-qəsd cəhdindən sağ çıxmışdır, bu hadisə onun sürgündən qayıtdıqdan 2 ay sonra baş vermişdir. İlkin məlumatlarda ölüm səbəbi şrapnel və ya güllə zərbəsi göstərilsə də, Pakistanın Daxili İşlər Nazirliyi əvvəlcə bildirdi ki, partlayış dalğası nəticəsində Bhuttonun başı avtomobilin lyuk hissəsinə bərk dəydiyindən vəfat etdi. Bhuttonun köməkçiləri bu versiyanı təkzib etmişdilər ki, ona bomba partlayışından əvvəl iki güllə dəymişdir. Daxili işlər Nazirliyi sonradan öz əvvəlki iddialarını geri çəkdi. 2007-ci ilin mayında Bhutto Blackwater adlı xarici podratçı agentlikləri və Britaniya firması olan ArmorGroupdan əlavə qorunma istəmişdir.
Bəzir karxanası
Ordubad rayonunun Biləv kənd sakini Əsədov Əsəd Kərəm oğlunun (1925-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə, Biləv kəndinin yaxınlığında, Yalqızaq deyilən yerdə “Gümüş ağılı”, “Mahmud ağılı” adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin, bu ərazidə Qarovulxana, Arpaçuxuru, Südyolu adlandırılan bölgədə də daş karxanalarının fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Rayonun Tivi kənd sakini Qurbanov Nağı Tağı oğlunun (1935-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə isə, Tivi kənd ərazisinə aid olan, lakin vaxtilə Sürcü kəndi kimi tanınan bölgədə “Bəzir” karxanası adı ilə tanınan daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Bu mərkəzdə istehsal olunan məhsullar üçün daş xammalı ən çox Qalxana dağından kəsilərək gətirilmişdir. == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). == Həyat və fəaliyyəti == Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. == Kitabları == "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) == Mükafatları == 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Nəzir Osmanov
Nəzir Rahib oğlu Osmanov (1 yanvar 1998; Qıpçaq, Qax rayonu, Azərbaycan — 1 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəzir Osmanov 1998-ci il yanvarın 1-də Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Qax rayon Qıpçaq kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Nəzir Osmanov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq olaraq davam etmişdir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Nəzir Osmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nəzir Osmanov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Qax rayonunun Qıpçaq kəndində dəfn olunmuşdur.
Nəzir Törəqulov
Nəzir Törəqulov (1892, Kokand, Fərqanə vilayəti – 3 oktyabr 1937, Moskva)—Qazax diplomatı. == Həyatı == 1892-ci ildə Kokand şəhərində doğulmuş Nəzir Törəqulov ilk təhsilini mədrəsədə alır. Sonra atası onu Kokandda Rus müstəmləkəçilərinin işğal etdikləri yerlərdə kiçik məmurlar hazırlamaq məqsədilə açdığı Rus Tuzem məktəbinə göndərir. Bu tip məktəblərə Azərbaycanda Rus tatar məktəbləri deyirdilər. 1905-ci ildə Rus tatar məktəblərini bitirən Nəzir Kokanddakı ticarət kadrları hazırlayan texniki peşə məktəbinə daxil olur. Oranı bitirdikdən sonra müxtəlif sahələrdə çalışır. 1913-cü ildə isə Moskvaya gedərək İqtisad İnstitutuna qəbul olunur. Qazax və Rus dillərini mükəmməl bilən, ərəb və fars dillərindən, islam dini və tarixindən, türk ləhcələrindən xəbərdar olan Nəzir təhsil illərində fransız və alman dillərini öyrənir. Rusiyada baş verən qarışıqlıq Türküstana da öz təsirini göstərir. Vətəninin ağır durumda olduğunu görən Nəzir təhsilini yarımçıq qoyaraq 1916-cı ildə Kokanda qayıdır.
Nəzir Əhmədov
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). == Həyat və fəaliyyəti == Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. == Kitabları == "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) == Mükafatları == 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Bəni Nəzir
Bəni Nadir və ya Bəni Nəzir (ərəb. بَنُو ٱلنَّضِير‎, ivr. ‏בני נצ'יר‏‎) — Ərəbistanın şimalında, VII əsrə qədər Mədinə vahəsində yaşamış yəhudi ərəb qəbiləsi. Onlar Uhudda qureyş qəbiləsi ilə döyüşdə məğlub olduqdan sonra islam peyğəmbəri Məhəmməd tərəfindən yaşadıqları ərazidən qovulmuşdular. Qəbilə daha sonra qureyşilər ilə birlikdə Xəndək döyüşünü planlaşdırmışdı. Onlar daha sonra Xeybər döyüşündə iştirak etmişdilər.Ərəb tarixçisi Səmaninin yazdığına görə, Bəni Nadir qəbiləsinin üzvləri Yəhudiyyədən Ərəbistana köçmüş yəhudi Nadirin nəslindəndir. Ehtimal olunur ki, Nadir adı ivrit dilində Ha-Nazir adından götürülmüşdür. Ərəb tarixçisi İbn Həzmə görə, onlar bibliyadakı Harunun birbaşa nəsilləridir.
Bənu Nəzir

Bəni-Nəzir

Qışlaq-i Piləzir (Nəmin)
Qışlaq-i Piləzir (fars. قشلاق پلازير‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (9 ailə).
Sınevir
Sınevir (ukr. Синевир) — Ukrayna Karpatı ərazisinin ən məşhur və iri gölüdür. Göl Tereblya çayının yuxarı ararında yerləşir. Su səthinin sahəsi 4-5 hektardır. Gökü əsasən bulaqlar qidalandırır. Dağlardan gələn axarlar gölə tökülür. Göldən isə axan axar Tereblya çayına tökülür. Sinevir gölündə çoxlu sayda forel gölü yaşayır. Ancaq onların ovlanması qadağandırGöl 989 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Orta dərinliyi 10-12 metr təşkil edir.
Inezia
Inezia (lat. Inezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.