BİNƏLİ

sif. dan.
1. Bir yerdə yurd salmış, çoxdan sakin olmuş; həmişəlik, daimi.
2. məc. Əsaslı, möhkəm, etibarlı.
BİNƏLƏŞMƏK
BİNƏSİB
OBASTAN VİKİ
Binəli Musayev
Musayev Binəli İsa oğlu (15 avqust 1944 – 20 aprel 2008) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Binəli Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır. 1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır. Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Binəli Yıldırım
Binəli Yıldırım (20 dekabr 1955, Sivas ili) — Türkiyə siyasi alimi. Sabiq nəqliyyat naziri, Türkiyə Respublikasının Sabiq baş naziri, Türkiyə Respublikasının Sabiq TBMM sədri. == Həyatı == 1955-ci ildə Erzincan'ın Refahiye mahalında doğulub. İstanbul Texniki Universiteti Gəmi İnşa və Deniz Elmləri Fakültəsindən məzun oldu və eyni hissədə yüksək lisenziya etdi. Dərhal sonra 1978–1993 illəri arasında Türkiyə Gəmi Sənaye Ümumi Müdirliyi və Camialtı Tersanesi'nde müxtəlif qədəmələrdə idarəçilik etdi. 1990–1991 illəri arasında İsveçdə olan Beynəlxalq Dənizçilik Təşkilatına (IMO) aid Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə Can və mal təhlükəsizliyi Rəhbərliyi mövzusunda ixtisas təhsili aldı. Bu təhsil zamanı ümumi 6 ay Skandinaviya ölkələri və Avropada müxtəlif ölkə limanlarında Dənizçilik İdarəsi Professionallar ilə birlikdə idarələrdə tapıldı. Yıldırım 20 oktyabr 2022-ci ildə Zəngilana səfər edərkən yol qəzasına uğrayıb. == Şəxsi həyatı == Müəllim Semiha Yıldırım ilə evli olan Binəli Yıldırımın üç uşağı var. Yaxşı səviyyədə ingilis və fransız dilləri bilir.

Digər lüğətlərdə