Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Binokl
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Binomial əmsallar
Binomial əmsallar — Nyuton binomunun açılışında alınan çoxhədlinin əmsalları. Yəni ( a + b ) n = ∑ k = 0 n C n k a n − k b k {\displaystyle (a+b)^{n}=\sum _{k=0}^{n}C_{n}^{k}a^{n-k}b^{k}} düsturunda C n k {\displaystyle C_{n}^{k}} ədədləri. C n k = n ! k ! ( n − k ) ! , n ! = 1 ⋅ 2 ⋯ n ( n = 0 , 1 , 2 , … , 0 ! = 1 ) {\displaystyle C_{n}^{k}={\frac {n!}{k!(n-k)!}},n!=1\cdot 2\cdots n(n=0,1,2,\ldots ,0!=1)} Binomial əmsalların aşağıdakı xassəsi var C n k + C n k + 1 = C n + 1 k + 1 {\displaystyle C_{n}^{k}+C_{n}^{k+1}=C_{n+1}^{k+1}} Bu xassə əsasında Paskal üçbucağı qurulur. Binomial əmsalların bir sıra xassələri var. Məsələn, C n k = C n n − k , ∑ k = 0 n C n k = 2 n , ∑ k = 0 n ( − 1 ) k C n k {\displaystyle C_{n}^{k}=C_{n}^{n-k},\sum _{k=0}^{n}C_{n}^{k}=2^{n},\sum _{k=0}^{n}(-1)^{k}C_{n}^{k}} və s.
Bundal adası
Bundal adası (urdu جزیرہ بندل) — Ərəbistan dənizində, Pakistana məxsus olan kiçik ada. 2006-cı ildə Pakistan hökuməti Bundal adası daxil olmaqla iki adanı "Emaar Properties" şirkətinin istifadəsinə verir. Şirkət adalara 43 mld $ dərərində yatırım qoymalıdır. Emaar Properties şirkəti BƏƏ ən böyük şirkətlərindən biridir. Onlar Bundal və Buddo adalarında infrastruktura qurmalıdır. Qasım limanı aksiyanın 15 % sahib olmalıdır.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Tomas Lindal
Tomas Lindal - ( isveç : Tomas Robert Lindahl , 28 yanvar 1938il , Stokholm ) — İsveç əsilli britaniyalı biokimyaçı və xərçəng tədqiqatçısı. 2015-ci ildə o, kimya üzrə Nobel mükafatını Əziz Sancar və Pol Modriçlə “DNT təmiri mexanizmləri ilə bağlı araşdırmalarına görə” bölüşdü. London Kral Cəmiyyətinin üzvü (1988il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2018il). == Bioqrafiyası == T.Lindal 28 yanvar 1938-ci ildə Folke Robert Lindal və Ethel Hulda Hultbergin oğlu olaraq İsveçin Stokholmun Kungsholmen şəhərində anadan olub. 1964-1967-ci illərdə Prinston Universitetində aspirant olub (PhD, 1967il). 1967-ci ildən 1969-cu ilə qədər Nyu Yorkdakı Rokfeller Universitetində doktoranturadan sonra elmi işçi olub. 1969-1977-ci illərdə Stokholmdakı Karolinska İnstitutunda (1971-ci ildə tibb dərəcəsi alıb, sonra elmi işçi). 1977-1981-ci illərdə Göteborq Universitetində Tibbi Biokimya kafedrasında çalışmışdır. 1981-ci ildən Londonda İmperator Xərçəng Araşdırma Fondunun elmi işçisi olub. 2009-cu ilə qədər orada araşdırmalarını davam etdirməyə davam etdi.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Angry Birds kinoda
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.
AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısı
AFI’s 100 Years… 100 Stars (azərb. AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısı‎) — Amerika Film İnstitutunun (AFI) 1999-cu il 16 iyun tarixində CBS kanalında təqdim etdiyi və XX əsr tarixində ABŞ kino sənətində xüsusi xidmətləri olmuş 50 kino xadiminin (25 kişi və 25 qadın) adını birləşdirən siyahı. == 50 "əfsanə" siyahısı == Siyahıdakılar arasında hazırda həyatda olan aktyorlar — Kirk Duqlas, Sidni Puatye və Sofi Lorendir.