Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Barbara Barns
Barbara Enn Barns (ing. Barbara Ann Barnes) — 1995-ci ilin dekabrında, 13 yaşında qətlə yetirilən amerikalı məktəbli qız. İş bu günə kimi həll olunmamış qalır. Çoxları onun ölümünə görə əmisinin məsuliyyət daşıdığını güman etdi, lakin digərləri inanırdılar ki, cinayət ərazidə yerli biri tərəfindən törədilib. Jurnalist Ceyms Renner işin Tina Harmon, Krista Harrison, Debora Smit və Emi Mixaleviç cinayətləri ilə əlaqəli ola biləcəyi barədə nəzəriyyəsini yayımladı. == Məlumat == Barns məktəbdə yaxşı oxuyan, şirindilli bir qız kimi təsvir edilmişdir. O, səkkizinci sinifdə oxuyurdu və Harding orta məktəbinə gedirdi. Evi ilə məktəbi arasında məsafənin az olması səbəbindən o, məktəbə hər gün məktəb yoldaşları ilə gedirdi. Barnsın atası 1989-cu ildə güllələndi, hansı ki bu, onun şəxsiyyətinin dəyişməsinə səbəb oldu. == İtkin düşməsi və qətli == Bir sinif yoldaşı tərəfindən Barnsın 7 dekabr 1995-ci ildə qaçırıldığı zaman məmləkəti Ohayo ştatı, Styubenvill şəhərindən məktəbə getdiyi bildirildi.
Barbara Bax
Barbara Bax (ing. Barbara Bach, qızlıq soyadı Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır. == Həyatı == 27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub. Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub.Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib. 18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib. 1968-ci ildə Barbaranın qızı Françeska, 1972-ci ildə isə oğlu Canni dünyaya gəlib.
Barbara Brılska
Barbara Brılska (pol. Barbara Brylska; 5 iyun 1941) — Sovet və Polşanın teatr-kino aktrisası, müğənni. SSRİ Dövlət Mükafatı laureatı (1977). Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır. == Həyatı == Barbara Brılska 5 iyun 1941-ci ildə Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır. 1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Barbara Buş
Barbara Buş (ing. Barbara Pierce Bush; 8 iyun 1925[…], Manhetten, Nyu-York ştatı – 17 aprel 2018[…], Hyuston) - ABŞ Prezidenti Corc Herbert Uoker Buşun həyat yoldaşıdır.
Barbara Kyappini
Barbara Chiappini (it. Barbara Chiappini; 2 noyabr 1974, Piaçensa, Emiliya-Romanya) — İtaliya kino, televiziya və teatr aktrisası və model.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Barbara Peyton
Barbara Peyton(ing. Barbara Lee Payton), qızlıq soyadı Redfild (ing. Redfield; 16 noyabr 1927, Klokey, Minnesota, ABŞ — 8 may 1967, San-Dieqo, Kaliforniya, ABŞ) — amerikalı aktrisadır. == Həyatı == Barbara Peyton 16 noyabr 1927-ci ildə ABŞ-nin Minnesota ştatının Klokey şəhərində anadan olmuşdu. Barbara Peyton dörd dəfə ailə həyatı qurmuşdu. Yeganə oğlu Con Li Peyton 14 mart 1947-ci ildə dünyaya gəlib. Barbara Peyton 8 may 1967-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində vəfat edib.
Barbara Pompili
Barbara Pompili (fr. Barbara Pompili; 13 iyun 1975, Bois-Bernard[d]) — fransız siyasətçi, Fransa Milli Assambleyasının üzvü. Kompleks Ətraf Mühitin Dəyişiklikləri Naziri (2020-ci ildən). == Bioqrafiya == 13 iyun 1975-ci ildə Bois-Bernard kəndində (Pas-de-Kale departamenti) anadan olub. Lill Universitetini siyasi elmlər üzrə bitirib. Siyasi fəaliyyətə 2000-ci ildə Yaşıllar Partiyasına qoşularaq başlayıb. 2002-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı o, Yaşılların namizədi Noel Mamerin mətbuat katibi olub. Sonrakı beş il ərzində o, İva Koşun köməkçisi kimi çalışır. 2007-2012-ci illərdə o, Fransa Milli Assambleyasında Sol Demokratlar və Respublikaçılar fraksiyasının Aparat rəhbərinin müavini olub. 2012-ci il Milli Assambleya seçkilərində Barbara Pompili Somme departamentinin 2-ci seçki dairəsində Yaşıllar və Sosialistlər Alyansının namizədi olur və 50,83% səslə qalib gəlir.
Barbara Qonzalez
Barbara Qonzalez (d. 15 yanvar 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Barbara Qonzalez, İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Barbara Qonzalezin bacısı, Lara Qonzalezdə bədii gimnastdır. == Karyerası == Barbara Qonzalez, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. Barbara Qonzalez növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, İsabel Paqan, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Barbara Stenvik
Barbara Stenvik (ing. Barbara Stanwyck; 16 iyul 1907 – 20 yanvar 1990) — Amerkia kinoaktrisası.
Barbara Streyzand
Barbra Streyzand (ing. Barbra Joan Streisand, 24 aprel 1942[…], Bruklin, Nyu-York) — ABŞ aktrisası və müğənnisidir. == Həyatı == Barbra Streyzandın ən yaxşı rollarından biri Vilyam Uaylerin 1968-ci ildə ekranlaşdırdığı "Məzəli qız" filmində olub. Bu filmdə onun tərəf müqabili Ömər Şərif idi. Onların işbirliyi və dekorasiyaların zənginliyi nəticəsində bu film yaddaşlarda dərin iz qoyub və hələ də maraqla izlənilir.
Barbara Trjetelevka
Barbara Stanislav Trjetelevka (rum. Pia Brătianu 30 sentyabr 1954, Yavojno[d]) — daha çox Basiua adı ilə tanınan Polşa müğənnisi, mahnı müəllifi və musiqiçisi. Latın caz pop musiqisini ilə məşquldur. == Bioqrafiya == Basiya 1954-cü ildə Polşada, Yavojna şəhərində anadan olmuşdur. Musiqiçilərin olduğu bir ailədə böyüyən Basiya, erkən yaşlarından mahnı oxumağı sevir və geniş vinil vallar toplayır. Anası ona fortepiano dərsləri verir. 1969-cu ildə Basiya yerli Astry qrupunda bir vokalçı olaraq debüt edir. Kaliş şəhərində keçirilən Milli Festivalda qrup ilə birlikdə çıxış edərək birinci yeri tutur. Basiya Yaqellon Universitetində riyaziyyat öyrənməyə hazırlaşırdı, lakin sonda fizikanı üstün tutur. Kursun birinci ilində məşhur qrup Polşa Alibabki qadın qrupunun meneceri ilə görüşür, onu qrupla danışmağa dəvət edir.
Barbara Vussou
Barbara Vussou (28 mart 1961, Münhen, Bavariya, Qərbi Almaniya) — Alman aktrisa.
Beripara buxtası
Beripara buxtası (bolq. залив Берипара, ‘Zaliv Beripara’ \'za-liv be-ri-'pa-ra\) — 2.45 km uzunluğu olan və Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən 1.8 km cənub-şərqdə yerləşmişdir. Baliya burnundan şimalda, Leşko burnundan cənubda yerləşmişdir.Buxta şimali Bolqarıstanda yerləşən Frakiya şəhəri olan Beriparanın adını daşıyır. == Yerləşməsi == Beripara buxtası 64°02′40″ c. e. 61°54′50″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory.
Birbaşa göndərmə
Birbaşa göndərmə (ing. Drop shipping) – satıcının müştərilərin sifarişlərini qəbul etdiyi, lakin məhsulları müştəriyə stokda saxlamadan birbaşa göndərdiyi pərakəndə ticarət növü. Bu ticarətdə heç bir saxlama prosesi yerinə yetirilmir. == Gedişat == Bu iş modeli məhlul mağazası tələb etmir. Tamamilə ləğv edilə bilər və ya göndərilən sifarişin yerinə yetirilməsi iş modeli ilə birləşdirilə bilər. Fiziki pərakəndə satıcı, potensial açılan göndərilən əşyaları sərgidə saxlaya bilər, poçt sifarişi qaydaları haqqında məlumatları kataloqu ilə təmin edə bilər və ya yalnız onlayn mövcud olan məlumatları olan vebsayt saxlaya bilər. Virtual pərakəndə satış şirkətinin yalnız vebsaytı olur. == İnkişaf == 2006-cı ildən bəri Çində bir çox birbaşa göndərmə şirkəti meydana çıxdı, bunların çoxu həm şirkətlərə, həm də fərdlərə topdansatış və endirmə xidmətləri təklif edir. == Fırıldaqçılar == Drop Shipping internet əsaslı ev biznesi fırıldaqlarında da nəzərə çarpırdı. Fırıldaqçılar bu işi gəlirli bir "evdən iş imkanı" olaraq təbliğ edəcəklər hansıki bu qurbanlara satışa göndərilən sifarişlərinin verilə biləcəyi müəssisələrin siyahısı satılacaq.
Birbaşa köçürmə
Birbaşa köçürmə - mətnin Copy-paste (və ya buna oxşar) əmri vasitəsi ilə köçürülməsidir. Bu köçürmədə yeni mətnlə mənbə tamamilə üst-üstə düşür. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Birbaşa tədbiqetmə
Birbaşa tətbiqetmə — Avropa İttifaqının hüququna aid anlayış. Bu, xüsusən tənzimləmə ilə əlaqəlidir. Birbaşa tətbiqetmə Lissabon Müqaviləsi ilə düzəliş edilmiş Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilənin 288-ci maddəsində qeyd olunmuşdur.Birbaşa tətbiq olunan tənzimləmələr fərdi üzv dövlətlər daxilində əlavə qanunvericilik tələb etmir, çünki qaydalar Avropa Komissiyası tərəfindən dərc edildikdən dərhal sonra qüvvəyə minir. Birbaşa tətbiqetmə tez-tez birbaşa təsir ilə qarışdırılır, lakin üzv ölkələrdə yalnıztənzimləmələr birbaşa tətbiq edilə bilər. Avropa Ədliyyə Məhkəməsinin erkən hüququ qanununda "birbaşa təsir" birbaşa tətbiqetmənin nəticəsi kimi qeyd edilir, lakin birbaşa təsir doktrinasına direktivlər və digər tədbirlərin daxil edilməsi ilə genişləndirilməsi birbaşa tətbiqetmə ilə arasında fərq yaratdı. İndi birbaşa tətbiqetmə, tənzimləmələrin daxili tətbiqini tələb etmir.
Birbaşa tətbiqetmə
Birbaşa tətbiqetmə — Avropa İttifaqının hüququna aid anlayış. Bu, xüsusən tənzimləmə ilə əlaqəlidir. Birbaşa tətbiqetmə Lissabon Müqaviləsi ilə düzəliş edilmiş Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilənin 288-ci maddəsində qeyd olunmuşdur.Birbaşa tətbiq olunan tənzimləmələr fərdi üzv dövlətlər daxilində əlavə qanunvericilik tələb etmir, çünki qaydalar Avropa Komissiyası tərəfindən dərc edildikdən dərhal sonra qüvvəyə minir. Birbaşa tətbiqetmə tez-tez birbaşa təsir ilə qarışdırılır, lakin üzv ölkələrdə yalnıztənzimləmələr birbaşa tətbiq edilə bilər. Avropa Ədliyyə Məhkəməsinin erkən hüququ qanununda "birbaşa təsir" birbaşa tətbiqetmənin nəticəsi kimi qeyd edilir, lakin birbaşa təsir doktrinasına direktivlər və digər tədbirlərin daxil edilməsi ilə genişləndirilməsi birbaşa tətbiqetmə ilə arasında fərq yaratdı. İndi birbaşa tətbiqetmə, tənzimləmələrin daxili tətbiqini tələb etmir.
Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Birjada oyun
Mirpaşa Miriyev
Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; 24 iyun 1920, Bakı – 12 iyun 2007) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü. == Həyatı == Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö­bəsinə daxil olub. Orada təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. == Fəaliyyəti == İkinci Dünya mü­haribəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Bö­yü­kağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər.